Yaş ayri-seçkiliyi
Faəliyyət sahənizdən asılı olaraq yaş və təcrübə üstünlük verə bilər və ya tərsinə iş tapmaqda çətinlik törədər. Bu tədqiqatımızda işədüzəlmə prosesinə əhəmiyyətli dərəcədə təsir edəcək yaş ayrı-seçkiliyini və kritik yaş həddini müəyyən etməyə çalışdıq. Bir çoxları elə zənn edir ki, yaş ayrı-seçkiliyi 50 yaşına qədər olan insanlara şamil edilmir. Lakin sorğu aparılanların çoxunda bu 40 yaşında başlayır. Bəziləri isə ümumiyyətlə 35 yaşından etibarən olduğunu hesab edir. Hər onuncu şəxs yaş məsələlərinin təşkilatın fəaliyyət növündən və nəzərdə tutulan vəzifələrdən asılı olduğunu qeyd etmişdir.
Nəticədə yaşı 40-ı haqlamış şəxslərin iş tapması çətin olacaqdır. Bununla belə onlar işəgötürən üçün cəlbedici olmağı artırmaq və yaşla əlaqədar olan problemlərin minimuma endirmək gücünə sahibdirlər.
Yaş ayrı-seçkiliyinin öhdəsindən gəlmək üçün edilən məsləhətlər insanın ümumi vəziyyətinə əsaslanır: dözümlü olun, ruhən qocalmayın, özünü əmin tutmaq, uyğunlaşma qabiliyyətinizi nümayiş etdirin, bacarıqlarınıza uyğun olaraq özünüzü ağılla “satın”. Ümumilikdə yaş ayrı-seçkiliyi ilə əlaqədar edilən təkliflərə aşağıdakılar daxildir:
-
qiymətli təcrübənizin əyani olaraq nümayiş etdirilməsi;
-
sürətlilik, dəyişikliklərə uyğunlaşmaq və öyrənmək arzusu;
-
ruh yüksəkliyinizi və enerjinizi nəzərə çarpdırmaq;
-
peşəkar inkişafın mütəmadi təmin edilməsi;
-
müsbət və əmin nöqteyi-nəzərlərinizin ifadı edilməsi;
-
ümumi xarici görünüşün və geyim üslubunun daim yenidən nəzərdən keşirilməsi;
-
sağlam görünüş və özünü formada tutmaq;
-
zamanla ayaqlaşmaq, xüsusi ilə kompüter savadının təmin edilməsi.
Qarşınıza çıxan mümkün yaş ayrı-seçkiliyinin qarşısını almaq sizdən asılıdır. Sorğu aparılanların yalnız beş faizi münasibətlərin dəyişməsinin işəgötürən tərəfindən gəldiyini qeyd etmişlər. Burada əsas məqam əmək bazarındakı tələb və təklifin digər bütün yerlərdə də tətbiq oluna biləcəyindən ibarətdir. İşəgötürənlər, bacarıq və şəxsi keyfiyyət baxımından onlara nə tələb olunduğunu müəyyən edirlər. Daha sonra bir qayda olaraq təklif edilən bacarıq və xidmətlər arasından onlara münasib olanını seçirlər. Sizin vəzifəniz, özünüzü ən yaxşı tərəfdən göstərmək, geniş təcrübə, dərin biliklər və ya digər üstünlükləriniz vasitəsi ilə tələb şkalasındakı səviyyənizi yüksəltməkdən ibarətdir ki, daha təcrübəli gənc namizədlərlə müqayisədə üstün olasınız.
Siz həmçinin xüsusi bir taktika seçə bilərsiniz ki, tərəzinin bir gözündə ağır ola biləsiniz. Tərcümeyi-halınızın başlanğıcında işəgötürənin sizin namizdəlyinizdən imtina etməsinə məcbur edəcək məqamların olmasına yol verməyin. Bu sizin yaşınız ola bilər. Əgər sizin 40-dan artıq yaşınız varsa və siz onu səhifənin əvvəlində qeyd etmisinizsə təcrübə göstərir ki, sizin ərizəniz heç bir təfsilatlı təhlil aparılmadan “çıxdaş edilmiş” kağızların arasına qoyulacaqdır. Nəticədə belə bir fikir meydana gəlmişdir ki, yaş ayrı-seçkiliyindən narahat olan insanlar üçün ümumiyyətlə yaş haqqında məlumatların tərcümeyi-haldan götürülməsi məsləhətdir. Biz belə bir addımın atılmasının əleyhinəyik. Çünki, siz fikirləri yaş haqqında məlumatların gizlədilməsinə yönləndirirsiniz.
Ən yaxşısı yaş haqqında məlumatı tərcümeyi-halınızın sonuncu səhifəsində qeyd edəsiniz. Belə olduğu halda işəgötürmə mütəxəssisi yaşınıza çatmazdan əvvəl sizin əmək fəaliyyətinizin tarixini nəzərdən keçirəcək və təcrübəniz onda müəyyən təəssürat yaradacaqdır. Belə bir yanaşma sizin cəlbediciliyinizi artıracaq və mütəxəssisi sizinlə şəxsi görüş zamanı verə biləciyiniz faydalar haqqında məlumat əldə etməyə istiqamətləndirəcəkdir.
Şübhəsiz ki, əlaqələrinizdən istifadə etmək müvafiq iş tapmaq üçün yaxşı vasitədir. Bunu necə etməyi təfsilatı ilə “Özünə imkanların yaradılması” adlı 11-ci bölmədə baxa bilərsiniz.
Dostları ilə paylaş: |