Bu kitab kimin üçün nəzərdə tutulub


Təşkilat üçün əlavə faydalar



Yüklə 1,24 Mb.
səhifə24/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   20   21   22   23   24   25   26   27   ...   272
Təşkilat üçün əlavə faydalar
İşəgötürənlər təşkilata fayda verəcək insanlar axtarır. Bu sizin iş üçün müraciətdə əsas məqamlardan olmalıdır. Özünüzə sual verin: siz şəxsən işləmək istədiyiniz təşkilata nə fayda xeyir verəcəksiniz?

Burada texniki hazırlıq da rol oynaya bilər. Sizin bilik və bacarıqlarınız təklif olunan iş üçün kifayət edirmi? Şübhəsiz ki, bu əsas tələbin ayrılmaz hissəsidir. Bununla belə bir sıra daha da əlavə ciddi tələblər də mövcuddur. Baxmayaraq ki, bəzi vəzifələr (məsələn tədqiqat laboratoriyasının mütəxəssisi) var ki, onlar üçün texniki bacarıq prioritet hesab olunur, bir çox müasir vəzifələr isə istər şirkət daxilində, istərsə də xaricində böyük ölçüdə insanlarla qarşılıqlı ünsiyyət qurmağı tələb edir. “Açıq məkan” prinsipi ilə planlaşdırılmış ofislər ətraf mühitlə ümumi dil tapmaq imkanlarını genişləndirmişdir. İşəgötürənləri daha daha çox aşağıdakı suallar maraqlandırır:




  • Siz başqaları ilə şifahi və yazılı şəkildə ünsiyyət qurmaqda nə dərəcədə müvəffəqiyyətlisiniz?

  • Siz təşkilatın daxilindəki və xaricindəki insanlara nə dərəcədə təsir edə bilirsiniz?

  • Öz biliklərinizi başqaları ilə nə dərəcədə bölüşdürə bilirsiniz?

  • Fəqrqli statuslu insanların layihə hazırlığına cəlb edilməsində nə dərəcədə təcrübəlisiniz?

  • Belə layihənin müəyyən edilmiş vaxt və smeta çərçivəsində keyfiyyətli şəkildə sona çatdırmağa nə dərəcədə müvəffəq olacaqsınız?

Bu bacarıqların bir çoxunu “komanda oyuçusu” anlayışı adı altında birləşdirmək olar. Siz belə bir insan olduğunuzu işəgötürənə sübut etməklə heç bir ziyan görməzsiniz. Liderlik bacarığı hər zaman tələb edilən keyfiyyətdir. Buna effektiv kommunikasiya və təsir etmə bacarığı, bundan başqa proqnozlaşdırma, qərar qəbul etmə və bütün bunları ictimaiyyət qarşısında müdafiə etmə bacarığı daxildir.





Uyğunluq
Ehtimal oluna biləcək işəgötürəninizin sizin konkret komandaya və kollektivə qaynayıb qarışacağınıza inanması lazımdır. Bu onu göstərir ki, siz təşkilata gəlir gətirəcəyinə ümid etdiyiniz, həmçinin sizin yeni komandanızın bilik və təcrübənizdən istifadə edəcəyi üsulların nümayişidir.

Bundan başqa işəgötürən əmin olmalıdır ki, nöqteyi-nəzərləriniz və metodlarınız şöbənin iş üsubu və sizin gələcək meneceriniz və rəhbərliyinizin prinsipi ilə uzlaşır.


Digər amillər
Bəzi işəgötürənlər MBA (Master of Bussines Adminstration) proqramında təhsil almış insanlarda maraqlı ola bilərlər. Hərçənd ki, bu elə də vacib deyil. Əlbəttə ki, yüksək reytinqə sahib biznes məktəblə əlaqəsi olanlara üstünlük verilir. Şübhəsiz ki, MBA proqramını Böyük Britaniyanın, Avropanın və ya ABŞ-ın (London Biznes Məktəbi, Fransanın Avropa Biznes İnzibatçılığı İnstitutu-İNSEAD, və ya ABŞ-ın Harvard Universiteti) ən yaxşı məktəblərində bitirmiş şəxslər xoş təəssürat yaradacaqdır. MBA dərəcəsinin olması sizin adınızın müsahibəyə dəvət ediləcək şəxslərin siyahısında olacağına zəmanət vermir. Belə bir hal sizə istiqaməti dəyişməyə imkan verəcək və ya dəyərli əlaqələrin qurulmasına xidmət edəcəkdir ki, bundan gələcək işlərinizdə müvəffəqiyyətlə istifadə edə bilərsiniz. “Özünüzə imkanların yaradılması” adlanan 11-ci bölmədə sizin karyera yüksəlişinizə xidmət edəcək effektiv amil olaraq faydalı əlaqələr və tanışlıqlardan bəhs edilir.

Namizədlərin tərcümeyi-hallarında onların bəzi sahələrdəki beynəlxalq fəaliyyəti müsbət hal olaraq qiymətləndirilə bilər. Hərçənd Böyük Britaniyanın iqtisadiyyatı beynəlxalq muzdlular baxımından başqalarına nisbətən qapalı ölkə olaraq qalsa da, onların bir çox aparıcı kommersiya müəssisələri iqtisadiyyatın get-gedə daha çox qloballaşmasına doğru istiqamətlənməkdədir.




Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin