Karyeranızı dəyişməklə həmin işə götürənin yanında qala bilərsinizmi?
Əgər işə götürən sizi qiymətləndirirsə o zaman təşkilat daxilindəki təcrübənizi qorumaq məqsədi ilə yalnız şöbənin dəyişdirilməsi variantı mümkündür.
Məqsədlərin müəyyən edilməsi
Arzu edilən fəaliyyət sahəsi bir daha seçildikdən və ya müəyyən edildikdən sonra hara və nə vaxt keçməyinizə dair məqsədləri dərhal qeyd etmək lazımdır. Beş, on və on beş il sonra nə işlə məşğul olmaq istədiyinizi yazmağa çalışın.
Sizin məqsədləriniz mümkün olduğu qədər konkret olmalıdır. Aşağıdakılar haqqında fikirləşin:
-
Mən hansı vəzifəni/işi əldə etmək istəyirəm?
-
Tabeçiliyimdə neçə əməkdaşın olmasını istərdim?
-
Nə qədər qazanmaq istəyirəm?
Qeyd etdiyiniz məqsədləri elə bir yerə qoyun ki, gələcəkdə onları asanlıqla tapmaq olsun. Siz səylərinizin artması ilə məqsədlərinizi yeniləməyi və hər il nəzərdən keçirməyə adət etməlisiniz.Əgər hal-hazırda işləyirsinizsə məqsədlərinizin nəzərdən keçirilməsi üçün ən ideal vaxt sizin illik attestasiyadan (təcrübədə belə bir şey varsa) keçdiyiniz vaxtdır.
Dostları ilə paylaş: |