Mövcud işinizlə əlaqədar suallar
Özünü təhlil prosesi vasitəsi ilə siz köhnə iş yerinizdə əldə etdiyiniz bacarıqlar və tələbləriniz haqqında doğru təsəvvürlər əldə edəcəksiniz. Əgər siz hal-hazırda işləyirsinizsə, düşünün, bu iş nə dərəcədə sizin tələblərə cavab verir.
Özünüzə aşağıdakı sualları verin:
-
Sizin işinizdə əsas vəzifələriniz hansılardır?
-
İşinizin hansı aspektləri sizin daha çox xoşunuza gəlir?
-
İşinizin hansı aspektləri sizin daha az xoşunuza gəlir?
-
Əvvəlki işinizdə elə bir şey olub ki, siz onun üçün darıxırsınız?
-
Hal-hazırdakı işinizin hansı sahələrində daha müvəffəqiyyətlisiniz?
-
Hal-hazırkı işə götürənin hansı cəhətləri sizin xoşunuza gəlir?
-
İşə götürənlə sizin aranızda hər hansı bir problem varmı?
-
Siz niyə işinizi dəyişmək fikrinə düşmüsünüz?
Daha sonra yeni işinizin mövcud işinizdən nə ilə fərqləndiyi üzərində düşünün:
-
Yeni vəzifənizdən nə gözləyirsiniz?
-
Yeni işinizdə imkan dairəsində nələrdən qaçmaq istərdiniz? Niyə görə?
-
Yeni işə götürəndə hansı keyfiyyətləri axtarırsınız?
Müvafiq suallar sizin yeni işinizdən nə gözlədiyinizi dəqiq surətdə müəyyən etməyinizə köməklik edəcəkdir.
Dostları ilə paylaş: |