Müvəqqəti idarə edici
Müvəqqəti idarə edən yüksək vəzifəni müəyyən müddətdə tutmaq kimi nəzərdən keçirilir. Lakin mütəxəssislər bunu başqa cür qəbul edirlər.
Müvəqqəti idarə edənlər daha çox müəyyən vəziyyətlərin idarə edilməsində tələb olunur. Bu konkret problemlər, layihələr və ya təşkilati idarəetmədə zəruri olan dəyişikliklərdə baş verən çətinliklərlə əlaqədar vəziyyətlərdir. Buna şirkətin birləşməsi, bağlanması və ya satılması halları aid ola bilər.
Müvəqqəti idarə edənin xüsusiyyətini nəzərə alsaq bu təcrübəli, tez qərar verən və ətrafdakıları stimullaşdırmağı bacaran şəxs olmalıdır. Bu vəziyyətdə maraqlı olan odur ki, ağ saçlar müəyyən üstünlük hesab edilir. Sizin bu vəzifəyə uyğun olduğunuzu hesab etmələri üçün müəyyən mərhələləri keçməyiniz lazım gələcəkdir. Siz sürətli şəkildə uyğunlaşmağı bacarmalı və baş verən dəyişiklikləri idarə etməlisiniz. Müvəqqəti yaxşı idarə edən olmağınız üçün sizə aşağıdakılar lazımdır:
-
Uyğunlaşmış olmaq;
-
İnformasiyanı sürətli mənimsəmək və təhlil etməyi bacarmalıdır;
-
Effektiv ünsiyyət bacarığına sahib olmaq;
-
Komandanın yaxşı üzvü olmaq;
-
Taktikalı və diplomatik olmaq.
Müvəqqəti idarə edən olmaq asan seçim deyil. Həqiqətdə isə yaxşı müvəqqəti idarə edən olmaq yaxşı rəhbər olmaqdan daha çətindir. Müvəqqəti idarə edən şəxslər bu yola ona görə baş vururlar ki, onlar yeni sınaq axtarışlarındadırlar və özlərini daimi məsuliyyətə bağlamaq fikrində olmurlar. Onlar hal-hazırda bu vəzifəni istədikləri üçün bu qərarı qəbul edirlər. Mahiyyət etibarı ilə bu vəzifə çətin və gərgin olmaqla yüksək maaşlıdır.
Əgər siz düşünürsünüz ki, belə həyat tərzi sizə görədir o zaman müvəqqəti idarəetmə işləri üzrə ixtisaslaşmış şirkətlərə müraciət etməyiniz lazımdır. Siz görüş təyin etməklə əmək bazarında bu sahə üzrə bacarıqlarınızın olub-olmadığını müzakirə edə bilərsiniz.
Nəticə
-
İşədüzəltmə agentliyində qeydiyyata düşməklə geniş spektrli iş yerlərinə çıxışınız olacaqdır.
-
Mütəxəssis seçimi üzrə şirkətlərin göstərdiyi xidmətlərin mahiyyətini başa düşməyə çalışın.
-
“Beyin ovçuları” şirkətləri əsasən ambisiyalı insanların yüksək vəzifəyə seçilməsinə çalışırlar.
-
İşədüzəltmə şirkətləri iş elanları verməklə bərabər “beyin ovçuları” kimi birbaşa namizəd axtarışına da çıxa bilərlər.
-
Elə bir şirkət seçin ki, o sizin səviyyədə olan insanların işlə təmin etməkdə təcrübəsi olsun.
-
Kadr agentliklərinin necə işlədiklərini başa düşməyə çalışın. Bilin ki, onlar ilk növbədə müştəri-şirkətlərin maraqlarını qoruyurlar.
-
Məsləhətçi ilə görüşdə öz tələblərinizi razılaşdırmağa çalışın.
-
Yadda saxlayın ki, ilk növbədə özünüzü məsləhətçiyə “satmaq” vacibdir.
-
Məsləhətçini özünüzə tərəf istiqamətləndirmək sizə bağlı qapıları açmağa kömək edəcəkdir.
-
Siz “beyin ovçuları”nı konfranslardakı çıxışlarınızla, məqalə yazmaqla və iş yerinizi dəyişmək haqqında mətbuata məlumat verməklə cəlb edə bilərsiniz.
-
Müvəqqəti işlə məşğul olmaq sizin karyeranızın inkişafına təkan vermiş olacaqdır.
-
Müvəqqəti işlər sizin qısa müddətdə təcrübənizin genişlənməsinə səbəb olacaqdır.
-
Bəzi hallarda müvəqqəti işlər daimi işə çevrilə bilər.
-
Müvəqqəti idarəetmə vəzifələri yeni və çətin məsələlərin həllinə can atan peşəkarlar üçün əsl seçimdir.
Dostları ilə paylaş: |