Öz şəxsi proqramınızı yerinə yetirin
Bəs əgər siz müzakirə mövzusuna öz güclü tərəflərinizi daxil edə bilməmisinizsə o zaman nə etməli? Məsələn, müsahibə götürən sorğu-sualı sona çatdırmış və son olaraq sizdən soruşur: “Sizin mənə sualınız var?”. Siz cavab verirsiniz: “Təşəkkür edirəm, sualım yoxdur.” Siz müsahibə götürənin əlini sıxaraq görüş yerindən uzaqlaşırsınız. Lakin görüşün belə başa çatması heç də xoş təəssürat yaratmır. Bu hətta görüş vaxtı sizin haqqınızda yaranmış xoş təəssüratları korlaya bilər. Sizin hazır suallarınız olmalıdır. Suallarınızı verməzdən əvvəl toxunulmayan güclü tərəflərinizi göstərmə imkanından istifadə edin.
Təsəvvür edin ki, siz informasiya texnologiyaları sahəsində iş üzrə müraciət edirsiniz. Siz belə hesab edirsiniz ki, təcrübəniz üçün aktual olan dörd sahə mövcuddur. Siz bunlardan üçünə toxunmuş biri isə müəyyən səbəblərdən kənarda qalmışdır.
İlk sualınızı verməzdən əvvəl sizin işədüzəlməyiniz üçün aktual hesab etdiyiniz bir amilə toxunmaq istədiyinizi söyləyin. Daha sonra hal-hazırda biznes üçün informasiya texnologiyaları sahəsindəki təcrübənizi qısa olaraq təsvir edin. Siz bu mövzunu ilk sualın əsası olaraq istifadə edə bilərsiniz. Məsələn, siz müxtəlif yerlərdə işləyən şirkət əməkdaşlarının informasiya mübadiləsini necə həyata keçirdiklərini soruşa bilərsiniz.
Dostları ilə paylaş: |