Anket sizə tərcümeyi-hala nisbətən daha məhdud azadlıq verir.Əgər anketdə yaşınız və səhhətinizlə bağlı suallar varsa onları cavablandırmalı olacaqsınız.Əgər sizi musahibəyə çağırsalar anketinizdə olan boşluqlar barədə soruşacaqlar.
Tərcümeyi-halın hazırlanması üçün istifadə etdiyiniz qaydalardan burada da istfadə edin.
Bu o deməkdir ki, siz burada söz yığınından istifadə etməməlisiniz və hər bir sualın cavabını sizin işləmək istədiyiniz vəzifənin tələblərinə uyğun olaraq hazırlamalısınız. Özünüzü “satın”. İşçi qəbulu ilə məşğul olan mütəxəssis qarşısında işlə bağlı bilik və bacarıqlarınızı daha qabarıq göstərin.