Bu kitab kimin üçün nəzərdə tutulub


Öz tərcümeyi- halınızın təhlili



Yüklə 1,24 Mb.
səhifə73/272
tarix30.12.2021
ölçüsü1,24 Mb.
#24394
1   ...   69   70   71   72   73   74   75   76   ...   272
Öz tərcümeyi- halınızın təhlili

Tərcümeyi-halınızın qaralama variantını hazırladıqdan sonra onu bir müddətlik kənara qoyun. Sonra isə öz işinizin nəticəsinə bir daha nəzər salın. Bu çox səmərəli üsuldur. Bu üsulla siz qramatik səhvləri, boşluqları, mənası aydın olmayan ifadələri daha tez görə bilərsiniz. Əsas və tez tez rast gəlinən səhvləri təhlil etdikdən sonra siz tərcümeyi-halın qaralama variantına işə götürənin nöqteyi nəzərindən baxa bilərsiniz. Bu zaman siz tərcümeyi- halın onun tələbinə uyğun olub olmadığını qiymətləndirə bilərsiniz. Yoxladığınız tərcümeyi-halla bağlı aşağıdakı sualları cavablandırın. Bu zaman dəqiq və ədalətli olmağa çalışın.



  • Sizin nailiyyətləriniz diqqəti cəlb edirmi?

  • Sizin təcrübənizin zəruriliyi göstərilibmi?

  • Sizin təcrübənizin şərhinə geniş yer ayrılıbmı?

  • Tərcümeyi-hal sizin təcrübənizin dərinliyini və eyni zamanda bilik və bacarıqlarınızı əks etdirirmi?

Səhvsiz yanaşma isə aşağıdakı kimidir. Siz özünüz işçi qəbulu ilə məşğul olsaydınız qarşınızdakı tərcümeyi-hal əsasında işçini işə qəbul edərdinizmi? Əgər tərcümeyi-halın məzmunu ilə bağlı sübhəniz varsa ona dəyişikliklər edin. İşəgötürən şəxslə əlaqə yaradılana qədər sizin sərf etiyiniz bu zaman kəsiyi uğurunuzun təminatı kimi çıxış edə bilər.

Tərcümeyi-halınızdan məmnun olduğunuz halda onu sizə yaxın olan qohumunuza və ya tanış mütəxəssisə göstərin. Onların dedikləri ilə bağlı fikirləşin və düzgün saydığınız halda zəruri düzəlişlər edin.

Tərcümeyi-hal sizn marketinq sənədinizdir və o sizin maraqlarınıza uyğun olmalıdır.


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin