Struktur və dizayn
Tərcümeyi-halın iki forması var.
-
“Tarixi” tərcümeyi- hal
-
Funksional tərcümeyi- hal
“Tarixi” tərcümeyi-hala tez-tez rast gəlinir. Bu zaman oxucu sizin əmək fəaliyyətinizin tarixi ardıcıllığı əsasında qruplaşdırılmış məlumatları ilə tanış olur. Siz bunu xronoloji qaydada ilk işlədiyiniz yerdən başlayaraq düzə bilərsiniz. Amma, işəgötürəni daha çox sizin son zamanlar nə ilə məşğul olduğunuz maraqlandırır. Bizim tədqiqatlar nəticəsində mütəxəssislər daha çox hal-hazırki dövrdən əvvələ dogru istiqamətləndirilmiş tərcümeyi-hallara üstünlük veririlər.
Təşkilatın adı və orada fəaliyyət göstərdiyiniz işlərin adı müxtəlif cür başa düşülə bilər. Belə olduqda siz öz vəzifənizin nədən ibarət olduğunu şərh etməlisiniz. Eyni zamanda öz rəhbəriniz barədə də məlumat verin.
Funksional tərcümeyi-hal adından göründüyü kimi işin nədən ibarət olduğunu özündə əks etdirir. O, namizədlərin bilik və bacarıqlarını istehsal, satış, maliyyə, idarəetmə və başqa bölmələr altında birləşdirir. Sonra isə sizin təcrübənizin qısa izahi verilir.
Funksional tərcümeyi-halda rəhbərlərin adı orada işlədiyiniz müddət və vəzifə izahat olmadan vərəqin aşağısında göstərilir. Bu iş yerlərini tez-tez dəyişən insanlar üçün sərfəli variantdır. Bununla da onlar işçi qəbulu ilə məşğul olan mütəxəssisdə müsbət fikir yarada bilərlər.
Bu formanın namizədlər üçün daha cəlb edici olmasına baxmayaraq tədqiqatlarımız göstərdi ki, işçi qəbulu ilə məşğul olan mütəxəssislər daha çox “Tarixi” tərcümeyi-hala üstünlük verirlər. Bu zaman məlumatların qeyd olunması indiki dövrdən əvvələ doğru istiqamətləndirilməlidir. (Səkil 6.1)
Dizayn
Səhifənin hər bir santimetrini sözlə doldurmaq lazım deyil. Verilən məlumatlar dərhal müsbət fikir yaratmağa istiqamətləndirilib. Boşluqlar isə oxucuya məlumatı daha asanlıqla dərk etmək imkanı yaradır. Siz eyni zamanda tərcümeyi-halın ümumi hissəsini ayrı-ayrı başlıqlardan ayırmaq üçün müxtəlif üsullardan istifadə edə bilərsiniz.
Şəkillər
Xüsusi tələb yoxdursa siz tərcümeyi-hala şəkil qoymaya bilərsiniz. Sorğuda iştirak edən mütəxəssislərin əksəriyyəti şəkilin tərcümeyi-halda olmasına üstünlük vermirlər. Sorğuda iştirak edənlərin 34% isə şəkilin olmamasını daha üstün hesab edirlər. Mütəxəssis isə sizi zəruri müsahibə vaxtı da görə bilər.
Dostları ilə paylaş: |