Sağlamlıqla bağlı məsələlər
Unutmayın ki, işəgötürən ən yaxşı işçiləri toplamağa çalışır və siz tərcümeyi-hala bu məsələ ilə bağlı ziddiyyət yaradan hər hansı bir faktı qeyd etməkdən uzaq olmalısınız. Sağlamlıqla bağlı hər hansı səbəbdən işləməmisinizsə bu faktı diqqətdən kənar saxlamağa çalışın. Buraya həmçinin psixoloji hallar da daxildir. Sizin tamamilə sağalıb daha güclü, iradəli bir adama çevrildiyinizi inandırıcı formada tərcümeyi-halda qeyd etmək çox çətindir.
Bir çox hallarda rəhbər tərəfindən əvvəlcədən yaradılmış işçi obrazı ilə sizin keçirdiyiniz psixoloji sarsıntı və ya onurğa sütünunda olan problemlər sadəcə üst–üstə düşməyə bilər.
Əlbəttə sonrakı mərhələdə sağlamlıqla bağlı problemlərinizin olub-olmadığını soruşsalar yalan danışmaq lazım deyil.
Dostları ilə paylaş: |