Bulud texnologiyalarının əsasları


BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ



Yüklə 1,1 Mb.
səhifə3/8
tarix27.04.2023
ölçüsü1,1 Mb.
#103676
1   2   3   4   5   6   7   8

BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ

  • Microsoft və Google rəqib şirkətləri məhz bu yolla fəaliyyət göstərirlər. Hər iki şirkət sənədlərlə işləməyə imkan verən bir sıra xidmətlər təqdim etmişdir. Google – Google Docs, Microsoft şirkəti isə Office Web Apps xidmətini təklif etmişdir [3]. Bu halda hər iki xidmət poçt (birinci halda Gmail və ikinci Hotmail) və fayl saxlama ilə sıx əlaqəlidir. Belə ki, istifadəçi adi offline mühitdən online mühitə köçürülür. Həm Google, həm də Microsoft öz online xidmətlərinin dəstəyini həm masaüstü komputerlərə, həm də mobil proqramlaşdırma mühitinə inteqrasiya edir (qeyd edək ki, Google Android əməliyyat sistemini, Microsoft isə Windows Phone 7 yaratmışdır).

BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ

  • Oxşar konsepsiyanı (bir qədər fərqli vurğu ilə) hər iki şirkətin əsas rəqibi olan Apple şirkəti təbliğ edir. Söhbət MobileMe adlı xidmətdən gedir. Bu servisə e-poçt, təqvim, ünvan kitabçası, fayl anbarı, foto albom və itmiş iPhone-nun aşkarlanması üçün alət daxildir. Bulud texnologiyasında istifadəçiləri cəlb edən əsas üç faktoru qeyd etmək olar:  hesablama resurslarının sonsuz imkanları, yəni istifadəçilərin lazımi resursların əvvəlcədən sifarişindən və proqnozlaşdırılmasından azad olması;  layihələrin ilkin mərhələlərində böyük xərclərin olmaması;  faktiki xidmətə görə ödəmə (pay-as-you-go). Bulud texnologiyalarının üstünlükləri:  bütün istifadəçilər üçün İnternet olan hər bir yerdən hər hansı bir kompüter vasitəsi ilə resursları əldə etmək imkanının olması;  istifadəçilərin veb-interfeys vasitəsilə proqramdan istifadə etməsi üçün daha böyük yaddaş və disk, bahalı kompüter almağa ehtiyac yoxdur.

BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ

  • Fərdi kompüter oğurlandıqda, istifadəçi dəyərli məlumatı itirmir, o, həmin məlumatları hər hansı digər kompüterdə yenidən əldə edə bilər;  data mərkəzlər virtual maşınların fəaliyyətinin fasiləsiz dəstəklənməsini təmin edən peşəkar mütəxəssislər tərəfindən idarə olunur. Tətbiqin bir çox nüsxələrə bölünməsi səbəbindən fiziki maşın sıradan çıxsa belə, onun işi davam edəcək. Bu, sistemin etibarlılığının yüksək səviyyədə olduğunu bildirir;  hesablama resursları qeyri-məhduddur (yaddaş, prosessor, disk) və "bulud" miqyaslana bilər və elastik ola bilər, yəni resurslar ayrılır və lazım olduğu miqdarda ixrac olunur. Bulud texnologiyalarının çatışmayan cəhətləri:  bulud xidməti göstərən kompaniyalardan istifadəçinin verilənlərinin saxlanması asılılığı;  əlaqə kanallarının etibarlılığı, təhlükəsizliyi məsələləri;  bu sahədə keyfiyyətli xidmətə zəmanət verən metodlar və standartlar işlənməmişdir;  istifadəçinin kompüteri daimi İnternet şəbəkəsinə qoşulmuş vəziyyətdə olmalıdır;  əlaqə kanalının sürəti yüksək olmalıdır;  bəzi proqramların yerinə yetirilməsi həmin proqramların lokal kompüterlərdə yerinə yetirilməsindən çox vaxt apara bilər və s

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin