Bulud texnologiyası üzrə hesablama fikrinin əsasları 1950-ci illərdə qoyulmuşdur.
İnternet nəhənglərindən biri olan Amazon, data mərkəzlərini modernləşdirdi. İlk real bulud hesablama xidməti olan Amazon bulud hesablamasının inkişafında əsas rol oynadı. Bu isə S3-ün 2006-cı ildə xidmətə girməsinə imkan yaratdı. 2008-ci ilin ortalarında Gartner (Konsaltinq və Tədqiqat Şirkəti) bulud hesablama sənayesində istifadəçilər və təchizatçılar arasındakı münasibətləri dəyişdirmək potensialına malik olduğunu dedi. 2008-ci ildən indiki dövrə qədər dünyada geniş bir şəkildə istifadə olunmağa başladı.
Son illər ölkəmizdə geniş yayılan bu texnologiya sürətlə inkişaf etməyə davam edir.
BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ
Kompüter şəbəkələri əsasında mürəkkəb məsələlərin həlli üçün paylanmış hesablama sistemlərinin yaradılmasında bulud texnologiyalarından (cloud computing) geniş istifadə olunur. Böyük hesablama və yaddaş resurslarına malik olan bu cür sistemlər yüksək sürətli əlaqə kanalına malik olan kompüter şəbəkələri əsasında yaradılır.
Yüksək sürətli əlaqə kanallarından istifadə etməklə, müxtəlif təşkilat və müəssisələrin istifadəçilərinin cloud computing sisteminin xidmətlərindən istifadəsi iqtisadi cəhətdən daha sərfəlidir. Aparılan tədqiqatlar göstərir ki, fərdi kompüterin imkanlarının 25–30%-i və verilənlərin emalı mərkəzlərinin (VEM) resurslarının 70–80%-i istifadə edilir. Belə olan təqdirdə fərdi kompüterlərin və VEM-in istifadəsiz qalan hesablama və yaddaş resurslarından mürəkkəb məsələlərin həllində istifadə etmək olar.
BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ
Şəbəkə mühitində bulud texnologiyaları əsasında paylanmış hesablama sistemlərinin yaradılması Cloud computing kompüter texnologiyalarının infrastrukturunun və proqram təminatının bilavasitə şəbəkə mühitində yaradılmasını və istifadə edilməsini təmin edir.
Bu texnologiyanın köməyi ilə istifadəçinin məlumatları bulud sistemlərində saxlanılır, emal edilir, emal proqramlarının işə salınması və nəticələrə baxılması təmin edilir. Bulud texnologiyalarının infrastrukturu, kompüterlərin hesablama və yaddaş resurslarının klasterləşməsi və virtuallaşdırılmasından geniş istifadə etməklə, verilənlərin emalını və yadda saxlanmasını təmin edir. Bu texnologiya kommunikasiya şəbəkələrinə qoşulmuş çoxsaylı kompüterlərin daxil olduğu hesablama konsepsiyalarının müxtəlif növlərini əhatə edir və şəbəkə üzərində qoşulmuş çoxsaylı kompüterdə eyni zamanda proqramı işə salmaq imkanına malik paylanmış hesablamaya bənzəyir.