Bulud texnologiyalarının əsasları


BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ



Yüklə 1,1 Mb.
səhifə4/8
tarix27.04.2023
ölçüsü1,1 Mb.
#103676
1   2   3   4   5   6   7   8

BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ

  • Bulud texnologiyalarının modelləri və xidmətləri Bulud sistemi təyinatına görə 4 yerə ayrılır [4, 5]:
  • • ümumi təyinatlı buludlar;
  • • özəl (xüsusi) təyinatlı buludlar;
  • • qrup təyinatlı buludlar;
  • • hibrid buludlar. Ümumi təyinatlı buludlar – bu xidmətin istifadəçisi istənilən şirkət və istifadəçi ola bilər, istifadə qiymətinə görə münasib olan, digər hesablama sistemlərində həlli mümkün olmayan məsələlərin həllini, böyük miqyaslanma imkanlı veb-saytların və ya biznes-sistemlərinin yaradılmasını təklif edir.

BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ

  • Məsələn, Amazon EC2 və Simple Storage Service (S3), Google Apps/Docs, Salesforce.com, Microsoft Office Web onlayn servislərini göstərə bilərik. İnformasiya texnologiyaları problemləri, Özəl (xüsusi) təyinatlı buludlar – özəl bulud, yalnız bir təşkilat üçün istifadə və idarə edilir. Buna görə də, yalnız təşkilat daxilində hər kəs məlumatdan, xidmətlərdən və proqramlardan istifadə edə bilər.
  • Qrup təyinatlı buludlar – ümumi maraqları eyni olan bir sıra təşkilatlar üçün istifadə edilir. Bu bulud bir yaxud bir neçə təşkilat arasında paylana bilər, lakin əsas mahiyyət ondan ibarətdir ki, onlardan tələb olunan iş eynidir və istifadəçilər eyni missiyanı, strategiyanı, təhlükəsizliyi və sürəti tələb edirlər. Hibrid buludlar – bir və daha artıq buludun birləşməsindən meydana çıxan modeldir (ictimai, xüsusi və kollektiv).

BULUD TEXNOLOGİYALARI: XİDMƏTLƏR, PROBLEMLƏR VƏ TƏTBİQ SAHƏLƏRİ

  • Bu, bir sıra daxili və xarici bulud provayderləri tərəfindən istifadə olunan mühitdir. Bulud texnologiyaları istifadəçilərə 10-a yaxın xidmət təklif edir [6]:  verilənlərin yadda saxlanması xidmət kimi (Storage-as-a-service), lazımi disk fəzasının sorğu üzrə təqdim edilməsidir. Bu resurs uzaq məsafədə yerləşə bilər və istifadəçilərə verilənləri yadda saxlamaq üçün yaddaş resursları təklif edir.  verilənlər bazası xidmət kimi (Database-as-a-service) verilənlər bankı və bazasına məsafədən girişin təqdim edilməsi imkanını yaradır. İstifadəçi üçün bu verilənlər bazası lokal şəbəkələrdə yerləşən baza kimi görünür.  informasiya xidmət kimi (İnformation-as-a-service) verilənlərə interfeys vasitəsi ilə məsafədən girişi nəzərdə tutur. Bu birja verilənləri, kredit informasiyası, ünvanların yoxlanılması və identifikasiyası ola bilər.  təhlükəsizlik xidmət kimi (Security-as-a-service) təhlükəsizlik xidmətlərinin İnternet vasitəsilə təqdim edilməsidir. Təhlükəsizlik strukturunun lokal qurulmasına baxmayaraq, bəzi xidmətlər uzaqdan reallaşdırılır, məsələn, identifikasiya və sertifikasiya, generasiya, giriş açarlarının saxlanması və ötürülməsi.  idarəetmə xidmət kimi (Management/governance-as-a-service) digər bulud-xidmətlərin uzaqdan idarə edilməsidir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin