Bulud texnologiyalarının əsasları


Bulud texnologiyasının üç əsas bloku



Yüklə 1,1 Mb.
səhifə6/8
tarix27.04.2023
ölçüsü1,1 Mb.
#103676
1   2   3   4   5   6   7   8

Bulud texnologiyasının üç əsas bloku:

Bulud texnologiyasının üç əsas bloku:

  • SaaS (Software as a Service) proqramı bir xidmət olaraq təqdim etmək
  • PaaS (Platform as a Service) platforma xidməti
  • IaaS (Infrastructure as a Service) server infrastrukturu xidməti

  • Bulud texnologiyası şirkətlər, universitetlər və eləcə də böyük təşkilatlar tərəfindən qurulur və paylaşılır. Bu texnologiyadan istifadə fərdi kompüterlərin yükünü azaldır. Müxtəlif proqramlar bulud serveri tərəfindən təmin edilir. Adətən, istifadəçilər kompüterlərinə proqramları yükləmək və quraşdırmaq istəmirlər. Bütün emal və saxlama bulud sistemi tərəfindən təmin edilir. İnternetdə saxladığımız bütün tətbiqlər, proqramlar və məlumatlar virtual bir maşında olur. Yəni ən çox istifadə edilən buludda saxlanılır.

Bulud texnologiyasının inkişaf modelləri


4 fərqli növə rast gələn bu texnologiya müxtəlif sahələrdə və fərqli yollarla istifadəyə imkan verir.
1. İctimai Bulud:
İnternet serverləri ilə quraşdırılmış bir bulud texnologiyasıdır. Kiçik və orta şirkətlərdə istifadə etdiyiniz qədər ödənilən bu modelin bir nümunəsi elektron poçtdur.
2. Şəxsi Bulud:
Məlumatları vacib olan böyük şirkətlər tərəfindən seçilən bir bulud texnologiyasıdır. Bütün data qurucunun əlindədir. Giriş təhlükəsizliyi və məxfiliyi yüksəkdir. Microsoft bunu Hyper-V və System Center Product Family köməyi ilə təmin edir.
3. Hibrid Bulud:
Bu ictimai və özəl buludun birləşməsindən yaranan bulud texnologiyasıdır.
4. İcma Bulutu:
Bir neçə şirkətlə paylaşılan xidmətlərə ev sahibliyi edən bulud texnologiyası. İcma üzvlərinin ərizə və məlumatlara çıxışı var.

Bulud texnologiyasının üstünlükləri


Bulud hesablama sistemləri API ilə sürətli istifadə rahatlığın təmin edir.
Daha çox saxlama seçimləri, sürətli data ötürülməsi və maliyyət qənaəti kimi bir sıra imkanları təmin edir.
► Gündən-günə artan datanın arxivləşdirilməsi, avtorizasiya və istifadəçilərin monitorinqi kimi məsələlərin yaratdığı infrastruktur qarışıqlığı yox olur.
►Cloud texnologiyası proqramı, veb brauzerlər vasitəsilə işlədiyi üçün kompüter, planşet, ağıllı telefon və Smart TV istifadə edərək platforma asılılığından qoruyur.
► Buludlu proqram xidmətləri göstərən serverlər əsas kompüterdən daha təhlükəsizdir, çünki datanın saxlanıldığı serverlərdə 24/7 təhlükəsizlik tədbirləri görürlər.
Qısaca olaraq bulud hesablama çox ucuz bir şəkildə heç bir quraşdırılmaya ehtiyac olmadan hər yerdə işləməyi dəstəkləyən xidmətdir.

Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin