Bulud həlləri müxtəlif sahələrdə kiçik və böyük müəssisələr tərəfindən istifadə olunur. Məqsədlər də fərqlidir:
• sonradan bərpaolunma ilə məlumatların ehtiyat kopyalanması;
• proqramların hazırlanması və testdən keçirilməsi;
• böyük həcmli məlumatların təhlili;
• e-poçt ilə işləmək və məsafədən iş stollarının sazlanması;
• əlavələrin son istifadəçi üçün mühafizəsi.
Bulud texnologiyası kimə lazımdır?
Şirkətlər bulud texnologiyalarının üstünlüklərindən müxtəlif cür istifadə edirlər. Video-oyunların inkişaf etdiriciləri öz istifadəçiləri üçün şəbəkə üzərində oynamaq və bir-biri ilə ünsiyyət qurmaq imkanı yaratdılar. Maliyyə şirkətləri fırıldaqçılıq sxemlərini real vaxt rejimində izləyə bilirlər. Mühafizə təşkilatları və mağaza sahibləri ticarət zalında baş verənləri görürlər və vəziyyətə operativ reaksiya verirlər. Lakin bulud texnologiyalarından yalnız bu məqsədlər üçün istifadə olunmur.