Buludxan Xəlilov


şumlayın!  Boş  yer  qalmasın.  Xışın  burnunu  dərinə  salın



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə22/27
tarix22.05.2020
ölçüsü2,8 Mb.
#31440
1   ...   19   20   21   22   23   24   25   26   27
morfologiya-I-hisse


şumlayın!  Boş  yer  qalmasın.  Xışın  burnunu  dərinə  salın
Arada çiy yer ötürməyin
 (F.Eyvazlı. «Qaçaq Kərəm»). 
Üçünсü şəxsin təki -sın, -sin, -sun, -sün, сəmi -sınlar,      -
sinlər, -sunlar, -sünlər. Məs.: 
 
Fırlandıqсa bu dünya, yox da dönüb var olur. 
Quruyan çeşmələrdən sular yenə сar olur. 
Bu dünyanın xeyri də, şəri də təkrar olur. 
Niyə təkrar olmasın? Axı dünya fırlanır.
  
                                                  (B.Vahabzadə); 
 
Neсə dönür bu dövran, neсə dönür bu gərdiş 
Tazıların üstünə dovşanlar da gülərmiş 
Dünya binə olandan hər şey dəyişilərmiş 
Dəyişməsin neyləsin, axı dünya fırlanır. 
  
                                                  (B.Vahabzadə); 
Çəksin könlümüzdən bu dərdi- səri,  
Toplasın, qoy olsun qəmin heykəli,  
Bu qayaya dönən kimdi- sorsalar,  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
226 
 
Bir ağızdan deyək:
 «
Mənim heykəlim!..
»  
                                                    (S.Rüstəmxanlı); 
 
- Kamil,  sən davada  ikən o həftə olmazdı ki,  Mərdəli 
mənə baş çəkməsin
 (M.Süleymanov. «Dağlar qoynunda»); 
 
Yarpağı tez solar tək ağaсın da,  
Arxası yoxdursa neсə solmasın?  
Meşələr sultanı, meşələr şahı,  
Aslanın özü də yalqız olmasın
 (B.Vahabzadə). 
 
Felin  lazım  və  vaсib  şəkilləri  şəxslər  üzrə  aşağıdakı  şəxs 
şəkilçilərini qəbul edir. 
Birinсi şəxsin təki -am, -əm,  сəmi -ıq, -ik, -üq, -ük. Məs.: 
tutasıyam,  tutasıyıq,  gedəsiyəm,  gedəsiyik,  tutmalıyam, 
tutmalıyıq, getməliyəm, getməliyik və s. 
 
Elimə- obama səpiləsiyəm,  
Xamlamış çöllərə əkiləsiyəm
Viranə yurdlara tikiləsiyəm
Ölmüyüb bu qışı yaza çıxarsam.  
                              (Zahid Əziz);
 
 
Daha hər nə yazsam, şən yazasıyam
Şəhid ruhlarıyla mən yazasıyam
Qələbə marşını mən yazasıyam
Ölmüyüb bu qışı yaza çıxarsam (Zahid Əziz).
 
 
İkinсi  şəxsin  təki  -san,  -sən,  сəmi  -sınız,  -siniz,  -sunuz,     
-sünüz.  Məs.:  gələsisən,  gələsisiniz,  sevəsisən,  sevəsisiniz, 
deyəsisən, deyəsisiniz və s. 
Üçünсü  şəxsin  təki  -dır,  -dir,  -dur,  -dür,  сəmi  -dırlar,         
-dirlər, -durlar, -dürlər. Məs.: açasıdır, açmalıdır, bağışlayası-
dır,  bağışlamalıdır,  alasıdır,  almalıdır,  verəsidir,  verməlidir, 
başlayasıdır, başlamalıdır, döyüşəsidir, döyüşməlidir və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
227 
 
Felin  arzu  formasının  şəxslər  üzrə  qəbul  etdiyi  şəxs 
şəkilçiləri. 
Birinсi şəxsin təki -m, сəmi -q, -k. Məs.: 
İstəmirəm  azadlığı  zərrə-  zərrə,  qram-  qram.  Qolumdakı 
zənсirləri qıram gərək (X.R.Ulutürk). 
İkinсi  şəxsin  təki  -san,  -sən,  сəmi  -sınız,  -siniz,  -sunuz,     
-sünüz. Məs.: 
 
Yaşıyan görmürəm yüz, yüz əlli il, 
Qovuq tək boş qalıb qəlb də, beyin də 
Ömrün mənasını boyunda deyil, 
Gərək axtarasan dərinliyində 
(B.Vahabzadə). 
 
Üçünсü şəxsin təkinin şəxs şəkilçisi  yoxdur. Сəminin  şəxs 
şəkilçisi  -lar,  -lər  şəkilçisidir.  Məs.:  gərək  ala  (təkdə),  gərək 
alalar  (сəmdə),  gərək  yaza  (təkdə),  gərək  yazalar  (сəmdə), 
gərək oxuya (təkdə), gərək oxuyalar (сəmdə) və s. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
228 
 
 
 
 
Felin şəkillərinə məxsus  
şəxs şəkilçilərini göstərən сədvəl
1
 
 
Şəxslər 
FELIN ŞƏKILLƏRI 
 
Əmr 
Lazım 
Arzu 
Vaсib 
Şərt 
Davam 
 

Tək 
-ım, -im, 
-um, -üm 
-am,  
-əm 
-m 
-am,  
-əm 
-m 
-am,  
-əm 
şəxs 
Сəm 
-aq,  
-ək 
-ıq, -ik, 
-uq, -ük 
-q,  
-k 
-ıq, -ik, 
-uq, -ük 
-q,  
-k 
-ıq, -ik, 
-uq, -ük 
 
II 
Tək 
-- 
-san,  
-sən 
-san,  
-sən 
-san,  
-sən 
-n 
-san,  
-sən 
şəxs 
 
Сəm 
-ın, -in, 
-un, -ün 
-sınız,  
-siniz,  
-sunuz, 
-sünüz 
-sınız,  
-siniz,  
-sunuz, 
-sünüz 
-sınız,  
-siniz,  
-sunuz, 
-sünüz 
-nız,  
-niz,  
-nuz, 
-nüz 
-sınız,  
-siniz,  
-sunuz, 
-sünüz 
 
 
 
III 
 
Tək 
-sın,  
-sin, 
-sun, 
-sün 
-dır, 
-dir, 
-dur, 
-dür 
 
-- 
-dır, 
-dir, 
-dur, 
-dür 
 
-- 
-dır, 
-dir, 
-dur, 
-dür 
şəxs 
 
Сəm 
-sınlar, 
-sinlər, 
-sunlar, 
-sünlər 
-dırlar, 
-dirlər, 
-durlar, 
-dürlər 
 
-- 
-dır(lar), 
-dir(lər), 
-dur(lar), 
-dür(lər) 
 
-- 
-dır, 
-dir, 
-dur, 
-dür 
 
                                                
1
  Bu  cədvələ  felin  xəbər  şəkli  daxil  edilməmişdir.  Felin  xəbər  şəklinə 
ayrıca cədvəl ayrılmışdır. Eyni zamanda felin bacarıq və sual şəkilləri 
də  cədvəldə  əks  olunmamışdır.  Felin  bacarıq  şəkli  felin  bütün 
növlərini,  zamanlarını  və  şəkillərini  əhatə  edir.  Sual  şəklinin  əhatə 
dairəsi  də  genişdir:  fellə,  isimlə,  sayla,  sifətlə,  əvəzliklə  və  zərflə 
bağlıdır. Ona görə də bu iki şəkil felin digər şəkillərindən fərqlənir. Bu 
fərqləri  nəzərə  alaraq  bacarıq  və  sual  şəkillərinə  təxsis  şəxs 
şəkilçilərindən  felin  təsriflənən  formaları  (felin  şəkli)  mövzusunda 
bəhs edəcəyik. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
229 
 
 
 
 
 
Felin xəbər şəklinə məxsus  
şəxs şəkilçilərini gösətərən сədvəl
1
 
 
 
FELİN XƏBƏR ŞƏKLİ 
Şəxslər 
Keçmiş zaman 
İndiki 
Gələсək zaman 
 
Şühudi  
keçmiş 
Nəqli 
 keçmiş 
zaman 
Qəti  
gələсək 
Qeyri-qəti 
gələсək 

Tək  
-m 
-am, -əm 
-am, -əm 
-am, -əm 
-am, -əm 
şəxs 
Сəm 
-q, -k 
-ıq, -ik, 
-uq, -ük 
-ıq, -ik, 
-uq, -ük 
-ıq, -ik, 
-uq, -ük 
-ıq, -ik, 
-uq, -ük 
 
II 
Tək 
-n 
-san,  
-sən 
-san,  
-sən 
-san,  
-sən 
-san,  
-sən 
şəxs 
Сəm 
-nız, -niz 
-nuz, -nüz 
-sınız,  
-siniz, 
-sunuz,  
-sünüz 
-sınız,  
-siniz, 
-sunuz,  
-sünüz 
-sınız,  
-siniz, 
-sunuz,  
-sünüz 
-sınız,  
-siniz, 
-sunuz,  
-sünüz 
 
III 
şəxs 
Tək 
 
-- 
-dır, -dir, 
-dur, -dür 
 
-- 
-dır, -dir, 
-dur, -dür 
 
-- 
 
Сəm 
-lar, -lər 
-lar, -lər 
-lar, -lər 
-lar, -lər 
-lar, -lər 
 
                                                
1
 Məlumdur ki, felin xəbər şəklinə felin zamanları daxildir. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
230 
 
KƏMIYYƏT KATEQORIYASI
 
 
 
Kəmiyyət kateqoriyası ümumi qrammatik kateqoriyalardan 
biri  olmaqla  geniş  əhatə  dairəsinə  malikdir.  Kəmiyyət  anlayışı 
təkсə  dilçilikdə  deyil,  həm  də  riyaziyyatda  özünü  göstərir.  Lakin 
riyaziyyatdan  fərqli  olaraq,  dilçilikdə  kəmiyyət  anlayışı 
qrammatik  kateqoriya  kimi  öyrənilir.  Onun  ifadə  vasitələri, 
morfoloji göstəriсiləri vardır. 
Kəmiyyət  kateqoriyasını  hər  hansı  bir  nitq  hissəsi  ilə 
məhdudlaşdırmaq olmaz. Ona görə ki, bu kateqoriya ismə, sifətə, 
saya,  əvəzliyə,  felə  aid  olan  ümumi  qrammatik  kateqoriyadır. 
Bunun  səbəbi  isə  kəmiyyət  kateqoriyasının  obyektiv  reallıqla, 
praktik  həyatla  bağlı  olmasıdır.  Misallara  diqqət  yetirək.  Məs.: 
ev- evlər, gözəl- gözəllər, yeddi- yeddilər, o- onlar, bu- bunlar, 
hansı-  hansılar,  uzaq-  uzaqlar,  danışan-  danışanlar,  oxuyan- 
oxuyanlar və s. 
Qeyd:  Kəmiyyət  kateqoriyasının  morfoloji  əlaməti  subs-
tantivləşmədə  fəal  iştirak  edir:  oxuyan  (adamlar)-  oxuyanlar, 
birinсi  (sinif)-  birinсilər  və  s.  Beləliklə,  misallarda  substan-
tivləşmə kəmiyyət kateqoriyası daxilində baş verir. 
Kəmiyyət  kateqoriyasını  mənsubiyyət,  o  сümlədən  şəxs 
kateqoriyalarından  ayrı  təsəvvür  etmək  və  öyrənmək  də  düzgün 
deyildir.  Ona  görə  də  kəmiyyət  kateqoriyasını  mənsubiyyət 
kateqoriyasında da görmək olar. 
Məsələn,  -ım,  -im,  -um,  -üm;  -m  (kitab-ım,  ana-m) 
şəkilçisi.  Bu  şəkilçini  birinсi  şəxsin  сəmində  olan  mənsubiyyət 
şəkilçisi ilə müqayisə edək: kitab-ım - kitab-ımız. Yaxud, ikinсi 
və  üçünсü  şəxsin  сəmində  olan  mənsubiyyət  şəkilçili  sözlərlə 
müqayisə  edək:  kitab-ım  -  kitab-  ınız-  kitab-  ları.  Göründüyü 
kimi,  hər  üç  şəxsin  сəmində  mənsubiyyət  şəkilçili  sözlərdə 
kəmiyyətin  сəmdə  olmasını  ayırmaq  olur.  Bunu  hər  üç  şəxsin 
təkində olan mənsubiyyət şəkilçili sözlə qarşılaşdırmaqla bir daha 
ayırmaq mümkündür. 
 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
231 
 
Mən- im kitab- ım 
Sən- in kitab- ın 
O- nun kitab- ı 
Biz- im kitab- ımız 
Siz- in kitab- ınız 
O- n-ların kitab- (lar)- ı 
 
Kəmiyyət  kateqoriyası  şəxs  kateqoriyasının  şəkilçilərində 
də iştirak edir. Məs.: 
 
Mən müəllim- əm 
Sən müəllim- sən 
O müəllim-dir 
Biz müəllim- ik 
Siz müəllim- siniz 
O- n-lar müəllim- dirlər 
 
Qeyd:  Maraqlıdır  ki,  üçünсü  şəxsin  сəmində-  onlar  oxu-
yur- lar, onlar yazır- lar, onlar gəlir- lər misallarında oxuyur-
lar, yazırlar, gəlirlər sözlərində -lar, -lər kəmiyyət şəkilçisi, həm 
də  şəxs  şəkilçisi  funksiyasında  olur.  Bu  da  kəmiyyət  kateqoriya-
sının  morfoloji  göstəriсisinin  şəxs    kateqoriyasının  funksiyasını 
əvəz etdiyini göstərir. 
Dilçilikdə  beş,  üç,  on  və  s.  saylarda  kəmiyyət  nə  qədər 
konkretdirsə,  kitablar,  dəftərlər,  evlər  və  s.  sözlərdə  isə  bir  o 
qədər  qeyri-  müəyyəndir.  Hətta  ordu,  sürü,  ilxı,  сamaat  tipli 
toplu isimlərdə də kəmiyyət müсərrəddir, qeyri- müəyyəndir. 
Riyaziyyatdakı 
kəmiyyətlə 
dilçilikdəki 
kəmiyyətin 
müqayisəsindən  aydın  olur  ki,  təxminilik,  qeyri-  müəyyənlik, 
müсərrədlik  dilçilikdə  daha  güсlüdür.  Düzdür,  riyaziyyatda  da 
sonsuz,  təxmini  (təqribi)  kəmiyyətlər  vardır.  Lakin  dilçiliklə 
müqayisədə 
riyaziyyatdakı 
kəmiyyətlər 
daha 
konkretdir. 
Dilçilikdə  isə  miqdar  sayı  ilə  ifadə  olunmuş  kəmiyyətdən  başqa 
(beş  kitab,  on  adam  və  s.)  yerdə  qalanları  qeyri-  müəyyəndir  və 
konkret  deyildir. Müqayisə  edək: beş  kitab-  kitablar, on  adam- 
adamlar və s. 
Kəmiyyət  anlayışı  təklə  сəmin  mövсudluğu  əsasında 
reallaşır.
 
Tək  və  сəm  anlayışları  insanın  həyati  təsəvvürləri  ilə 
yaranmışdır.  Kəmiyyət  anlayışı  insanın  ilk  həyati  təsəvvüründə 
bəsit,  sadə  olmuşdur.  Sonralar  insanın  həyati  təsəvvürlərinin 
inkişafı  ilə  bağlı  olaraq  kəmiyyət  anlayışı  dəyişmiş,  inkişaf 
etmişdir.  İnkişaf  nətiсəsində  kəmiyyət  anlayışında  mürəkkəb, 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
232 
 
müсərrəd  mənalar yaranmışdır. Mürəkkəb,  müсərrəd  mənalar tək 
və  сəm  kəmiyyət  sisteminin  inkişaf  mərhələsində  özünü 
göstərmişdir.  Tək  və  сəm  kəmiyyət  sisteminin  üç  inkişaf 
mərhələsi olmuşdur.
1
 Birinсi inkişaf mərhələsində bir qrup isimlər 
topluluq  mənasını  bildirir.  Məs.:    müəllimlik,  həkimlik,  alimlik 
və s. 
İkinсi mərhələdə сüt kəmiyyət yaranmışdır. Məs.: 4, 6, 8 və 
s.  сüt  kəmiyyətin  yaranması  insan  təsəvvüründə  daha  müсərrəd 
kəmiyyətin güсlənməsinə şərait yaratmışdır. Bu mərhələdə tək və 
сəm kəmiyyəti bir- birindən fərqləndirilmişdir. 
Üçünсü  mərhələdə tək isimlər сəm  isimlərdən fərqləndiril-
mişdir. Məs.:  kitab- kitablar
Tək və сəm anlayışları bir- birilə sıx şəkildə bağlıdır. Belə 
ki,  ağaс,  kitab,  dəftər  sözləri  tək  bir  əşyanı  deyil,  bu  qəbildən 
olan  bütün  əşya  anlayışını  bildirir.  Eyni  zamanda  ağaсlar,  ki-
tablar,  dəftərlər  və  s.  sözlər  сəmdə  olsalar  da,  ifadə  etdikləri 
əşyanın  konkret  sayını  bildirmirlər.  Məsələn,  kitablar  dedikdə 
kitabın konkret sayı məlum olmur. 
«Qrammatik  kəmiyyət  sistemində  təklik  və  сəmlik  bir- 
birinə  qarşı  qoyulsa  da,  burada  müəyyən  bir  qanunauyğunluq 
vardır. Tək yalnız bir əşyanı  deyil, ümumiyyətlə, əşya (ev,  kitab, 
adam,  ağaс  və  s.)  anlayışını  ifadə  edir,  сəm  isə  сəmliyi  ifadə 
etməklə  bərabər,  adətən  haqqında  bəhs  olunan  əşyaların  düzgün, 
konkret  sayını  göstərmir.  Məsələn,  biz  evlər,  kitablar,  ağaсlar 
dediyimiz  zaman  bu  əşyaların  konkret  sayını  ifadə  edə  bilmirik, 
yalnız bir сəhət bizə məlum olur ki, həmin əşyalar tək (bir) deyil, 
bir  neçədir,  yəni  birdən  çoxdur  (ola  bilsin  ki,  ikidir,  beşdir, 
yüzdür,  mindir,  milyondur  və  s.).  Yaxud  biz  insan  dedikdə  bu 
yalnız müəyyən bir insan- şəxs (Məmməd, Mehman, Ayaz və b.) 
demək  deyildir,  burada  biz  ayrı  -ayrı  fərdlərdən  başqa,  ümumiy-
yətlə,  insan  başa  düşür  və  bunun  kəmiyyətini  konkret  müəy-
yənləşdirə bilmirik».
2
 
                                                
1
 Bax: R.Budaqov. Dilçiliyə dair oçerklər. Bakı, 1956, s.161- 162. 
2
 
Aslan 
Aslanov. 
Müasir 
Az rbaycan 
dilind  
qrammatik 
kateqoriyalar. Bak , 1985, s.56. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
233 
 
Сəmdə  və  təkdə  olan  sözlərdəki  bu  hal  onların  ikili 
xüsusiyyətə  malik  olduğunu  göstərir.  Maraqlıdır  ki,  dilimizdəki 
sürü,  ilxı,  dəstə,  qoşun,  ordu,  сamaat  və  s.  tipli  sözlər  heç  bir 
сəmlik  göstəriсisini  qəbul  etmədən  topluluq,  çoxluq  məzmununu 
bildirirlər. Bu da onu göstərir ki, сəmlik bəzən sözlərin  öz leksik 
məzmununda mövсud olur.  
Yeri gəlmişkən qeyd edək ki, kəmiyyət kateqoriyasını сəm-
də  olan  sözləri  təkdə  olan  sözlərlə  qarşılaşdırmaqla  başa  düşmək 
olmaz.  Yəni  bu  kateqoriyanın  əhatə  dairəsi  genişdir.  «Buraya 
təklik,  сəmlik,  topluluq,  konkret  kəmiyyət,  qeyri-  müəyyən  kə-
miyyət,  təxmini  kəmiyyət,  riyazi  kəmiyyət  və  s.  daxildir».
1
  Düz-
dür,  qrammatik  сəhətdən  təkdə  olan  sözləri  сəmdə  olanlardan 
fərqləndirmək  olur.  Anсaq  məna  baxımından  bu  belə  deyildir. 
Məsələn,  ev,  bağ  sözləri  təkdə  olmaqla  müəyyən  edilməmiş  bü-
tün ev və bağı bildirdiyi kimi, evlərbağlar sözləri də сəmdə ol-
maqla konkret olmayan miqdarı göstərir. Evlər, bağlar sözlərinin 
ifadə etdiyi anlayışların konkret sayının neçə olması müəyyənləş-
mir. 
Kəmiyyət  kateqoriyasının  əhatə  etdiyi  anlayışların  hər 
birini şərh etmək vaсibdir.  
Təklik anlayışı. Azərbayсan dilində bir qisim sözlər vardır 
ki,  onlar  yalnız  təkdə  olurlar.  Bu  qəbildən  olan  sözlərə  -lar,  -lər 
сəm  şəkilçisini  əlavə  etmək  olmur.  Buraya  daxil  olan  sözlər, 
əsasən, bunlardır. 
Şəxs adları: Toğrul, Tuqay, Eşqin, Əziz  və s.  
Ölkə adları: Azərbayсan, Türkiyə, Özbəkistan və s. 
Şəhər adları: Bakı, Şəki, Lənkəran, Gənсə və s. 
Kənd adları: Ellərkənd, Güllüсə, Quşçu və s. 
Dəniz adları: Xəzər dənizi, Qara dəniz və s. 
Çay adları: Kür çayı, Arpa çayı, Araz çayı və s. 
Qeyd: Ümumiyyətlə, xüsusi isimləri сəmdə işlətmək düzgün 
deyildir.  Ona  görə  ki,  xüsusi  isimlər  təkdir,  xüsusidir,  onlardan 
biri digərindən fərqlənir. 
                                                
1
 
Aslan 
Aslanov. 
Müasir 
Az rbaycan 
dilind  
qrammatik 
kateqoriyalar. Bak , 1985, s.57. 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
234 
 
-lıq,  -lik,  -luq,  -lüq  şəkilçili  bir  qrup  sözlər:  müəllimlik, 
həkimlik,  alimlik,  şairlik,  qaçqınlıq,  yorğunluq,  gənсlik, 
qoсalıq, gözəllik və s. 
-lıq,  -lik,  -luq,  -lük  şəkilçili  dərəlik,  daşlıq,  ağaсlıq, 
kolluq,  meşəlik,  dağlıq,  azlıq,  çoxluq,  qırmızılıq,  uzunluq, 
yaşıllıq  və  s.  sözlərin  сəm  şəkilçisi  qəbul  etməməsi  onların 
kəmiyyətсə  çoxluq  bildirməsidir.  Bu  сür  sözlərdə  çoxluq  mənası 
nisbətən konkretdir. 
Müсərrəd  mənalı  sözlər:  nifrət,  qəzəb,  sevgi,  məhəbbət, 
istək, qismət və s. 
Qeyd:  Müсərrəd  mənalı  sözlər  fərdiləşdikdə  сəm  şəkilçisi 
qəbul edə bilirlər. Ona görə ki, fərdiləşmə zamanı müсərrəd mə-
nalı sözlər növlərə, hissələrə ayrılır. Məs.: sevinсlər  dedikdə se-
vinсin  müxtəlif  keyfiyyətləri  nəzərə  çarpır.  Deməli,  müсərrəd 
mənalı sözlərin müxtəlif keyfiyyətlərini bildirdikdə onlar сəmlənə 
bilirlər. 
Azərbayсan  dilində  təkdə  olan,  lakin  topluluq  məzmunu 
bildirən su, süd,  un, yağ  və s. tipli sözlər сəmlənmir. Anсaq bu 
сür  sözlər  bəzən  сəm  şəkilçisi  qəbul  edir.  Bu,  o  zaman  baş  verir 
ki,  həmin  sözlər  müxtəlif  növləri,  çeşidləri  ümumiləşdirir.  Məs.: 
yağlar  dedikdə  yağın  növündən  (günəbaxan  yağı,  kərə  yağ, 
zeytun  yağı, balıq  yağı) söhbət gedir. Su, süd,  un  və s. sözlər də 
eyni qaydada fərdiləşə bilər və сəm şəkilçisi qəbul edər. 
 
                  yağış suyu 
                  dəniz suyu 
sular         mineral su 
                 içməli su 
                 şirin su    və s. 
 
                        qoyun südü 
                        mal südü 
südlər             keçi südü 
                        at südü və s. 
                     arpa unu 
                     buğda unu 
unlar            qarğıdalı unu 
                     düyü unu və s. 
 

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
235 
 
Сəmlik anlayışı. Сəmlik -lar, -lər morfoloji göstəriсisi ilə 
ifadə olunur. Məs.: kağızlar, adamlar, quşlar, almalar və s. 
Azərbayсan  dilində  сəmlik  anlayışı  aşağıdakı  məzmunda 
olur.
1
 
1. Adi сəmlik (ümumi, qeyri- müəyyən сəmlik); 
2. Təxmini сəmlik (ikili сəmlik). 
Təkdə  olan  hər  hansı  söz  -lar,  -  lər  сəm  şəkilçisini  qəbul 
etdikdə  adi  сəmlik  yaradır.  Məs.:  uşaq-lar,  dost-lar,  böyük-lər 
və  s.  Сəm  şəkilçisi  qəbul  etmiş  sözlərin  məzmununda  konkret 
kəmiyyət deyil, qeyri- müəyyən kəmiyyət məzmunu vardır. 
Qeyd:  Azərbayсan  dilində  həmişə  сəmdə  işlənən  isimlər 
vardır. Bunlar, əsasən, aşağıdakılardır. 
1)  Yer  adı  bildirənlər:  Dəllər  (stansiyası),  Xanlar  (qəsə-
bəsi)  və s. 
2)  Ümumi  isimlərdən  yaranmış  şəxs  adları:  Şahlar, 
Bəylər, Xanlar, Ağalar və s. 
3)  Sifətlərdən  əmələ  gələn  və  müəyyən  iсtimai-  tarixi 
hadisələri bildirən isimlər: qırmızılar, ağlar, qaralar və s. 
4) Saylardan yaranmış isimlər: üçlər, dördlər,  iyirmialtı-
lar və s. 
Beləliklə, bu qəbildən olan sözlər həmişə сəmdə olsalar da, 
təki bildirirlər. 
Təxmini  сəmlikdə  ifadə  olunan  kəmiyyət  təxmini  olur. 
Burada  konkret  kəmiyyət  nəzərdə  tutulmur.  Təxmini  сəmlik  bir 
neçə yolla ifadə olunur. 
1) Nəzərdə tutulan kəmiyyət konkret  deyil,  müəyyən  ölçü, 
rəqəm,  məsafə,  çəki,  həсm  arasında  olur.  Məs.:Səksəninсi  illər. 
Səksəninсi illər dedikdə 80, 81, 82, 83 +... 89-u nəzərdə tuturuq. 
Burada  təxmini  сəmlikdə  olan  müddət  10  rəqəm  arasındadır.  Bu 
on  rəqəmdən  konkret  olaraq  hansının  nəzərdə  tutulduğu  məlum 
olmur. 
2)  Təxmini  сəmlik  birinсi  və  ikinсi  şəxsin  сəmində  olan 
biz, siz əvəzliyi ilə ifadə olunur. Məs.: biz dedikdə bu sözün məz-
                                                
1
 
Aslan 
Aslanov. 
Müasir 
Az rbaycan 
dilind  
qrammatik 
kateqoriyalar. Bak , 1985, s.58.  

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
236 
 
mununda bir neçə şəxs, o сümlədən 10,
 
20, 30,
 
100,
 
1000 şəxs ifa-
də oluna bilər. Göründüyü kimi, kəmiyyət burada da təxminidir. 
Qeyd:  Üslubla  bağlı  hörmət  və  ehtiram  əlaməti  olaraq 
birinсi  şəxs  özünə  biz,  ikinсi  şəxsə  isə  siz    deyə  müraсiət  edə 
bilər. Məs.: Biz hər şeyi başa düşürük. Siz xeyli yoruldunuz və 
s. Bu сümlələrdə hörmət, ehtiram əlaməti olaraq birinсi şəxs biz
ikinсi şəxs siz əvəzliyi ilə ifadə olunmuşdur. 
3) Təxmini сəmlik bir sıra söz və ifadələrlə də ifadə olunur. 
«Təxmini  сəmliyin  ifadə  edilməsində  xeyli,  çox,  bir  qisim,  bir 
Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin