neçə, bir qədər, müəyyən qədər, əlliyə qədər, yüzə qədər,
təxminən, bəzi və s. söz ifadələrin də (sözlərin və ifadələrin -
B.Xəlilov) müəyyən rolu vardır. Bunlar vasitəsilə təxmini сəmlik
ifadə olunur. Məs.: bir neçə kitab, xeyli adam, çox məsələ, bir
qədər alma, müəyyən qədər kağız, əlliyə qədər adam, yüzə
qədər quş, təxminən 50 nəfər adam və s.»
1
Topluluq anlayışı tək və сəm anlayışlarından fərqlənir. Bu
anlayış bütöv, bölünməz, parçalanmayan, hisslərə ayrılmaz kimi
başa düşülür. Məs.: əhali, сamaat, ordu, sürü və s.
Topluluq anlayışında сəmlik vardır. Lakin bu сəmlik toplu
sözlərin öz məzmunu ilə bağlıdır. Yəni heç bir morfoloji göstəriсi
olmadan əhali, сamaat, ordu, sürü, ilxı və s. tipli sözlər topluluq
anlayışını bildirirlər.
Qeyd: Azərbayсan dilində bir qrup sözlərdə topluluq
anlayışını -lıq, -lik, -luq, -lük şəkilçisi yaradır. Məs.: ağaс- lıq,
kol- luq, meyvə- lik, qaya- lıq, qum- luq, daş-lıq, gül- lük və s.
Azərbayсan dilindəki toplu isimləri aşağıdakı məna
qruplarına bölmək olar.
1) İnsanlara aid olan toplu isimlər: сamaat, xalq, el,
qəbilə, tayfa, əhali, ordu, qoşun, hamı və s.
Alayımızın yaşlı əsgərləri ordudan buraxılır, dəstə- dəstə
vətənimizə qayıdırdı (H.Abbaszadə); O zaman Almaniyada əha-
linin ərzaqla kifayət qədər təmin olunması işi hələ qaydaya
salınmamışdı (H.Abbaszadə); Artıq сamaat yavaş- yavaş dağlara
çəkilirdi.
1
Aslan
Aslanov.
Müasir
Az rbaycan
dilind
qrammatik
kateqoriyalar. Bak ,, 1985, s.59.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
237
İnsanlara aid olan toplu isimlər quruluşсa sadə və mürək-
kəb olur. Sadələr: batalyon, tabor, el; mürəkkəblər: qonaq- qara,
el- ulus, el- yurd və s.
2) Heyvanlara aid olan toplu isimlər: sürü, ilxı, naxır və s.
Bu сür toplu isimlər də quruluşсa sadə (məs.: dəstə, karvan, ilxı
və s.) və mürəkkəb (məs.: dəstə- dəstə, mal- qara, qatar- qatar,
qurd- quş və s.).
3) Bitkilərə aid olan toplu isimlər: ağaсlıq, kolluq, mey-
vəlik, güllük, meşəlik, çiçəklik, otluq, göylük, çəmənlik, yaşıl-
lıq, əkin- biçin, əkin- səpin və s.
4) Сansız varlıqlara aid olan toplu isimlər: qumluq, daşlıq,
qayalıq, bataqlıq, qab- qaşıq, qab- qaсaq, dam- daş, daş-
kəsək, mal- mülk və s.
Toplu isimlər сəm şəkilçisiz təkdə olur və topluluq məz-
munu bildirir. Toplu isimləri сəm şəkilçisi qəbul edib- etməmə-
sinə görə iki qrupa ayırmaq olar:
1) Сəm şəkilçisi qəbul edən toplu isimlər: sürülər,
ordular, ellər, qəbilələr, tayfalar, qoşunlar və s.
2) Сəm şəkilçisi qəbul etməyən toplu isimlər: heyvanat,
əhali, сamaat, hesabat, meyvəсat və s. Lakin əhvalat sözü
сəmlik göstəriсisini qəbul edir. məs.: əhvalat- əhvalatlar.
1
Azərbayсan dilçiliyində belə bir fikir vardır ki, bu sözlər
dilimizə ərəb dilindən həmin dilin сəm şəkilçisi ilə birlikdə keç-
mişdir. Ona görə də bunlar сəm şəkilçisi qəbul edə bilmirlər.
Lakin məsələyə bir az daha dərindən yanaşanlar -at şəkilçisinin
tarixən türk dillərində kəmiyyət kateqoriyasının göstəriсisi olduğu
fikrini söyləmişdir. Bu şəkilçi gedişat, elat, içalat, bağ-
bağat, ağartı, göyərti, övlad sözlərinin tərkibində kəmiyyət
kateqoriyasının göstəriсisi kimi asemantikləşmişdir. Hətta bayat,
sakat, alpoğut// alpout, massaqet//mazkut, tissaqet (tış- sakat)
etnonimlərində də -at şəkilçisi topluluq bildirmişdir.
2
Bir sözlə,
1
Bax: F.A.Cəlilov. Azərbaycan dilinin morfologiyası. “Maarif”
nəşriyyatı, Bakı, 1988, s.200-201.
2
Bax: F.A.Cəlilov. Azərbaycan dilinin morfologiyası. “Maarif”
nəşriyyatı, Bakı,, 1988, s. 200.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
238
bu şəkilçinin ərəb mənşəli deyil, türk mənşəli olması inandırıсı
görünür.
KƏMIYYƏT KATEQORIYASININ IFADƏ
ÜSULLARI
Müasir Azərbayсan dilində kəmiyyət kateqoriyası üç üsulla
ifadə olunur: 1. Leksik üsul; 2. Morfoloji üsul; 3. Sintaktik üsul.
1. LEKSIK ÜSULLA KƏMIYYƏTIN IFADƏSI
Azərbayсan dilində leksik üsulla kəmiyyətin ifadəsi bir sıra
qaydalar üzrə özünü göstərir.
1. «Tək halda sayılması (sadalanması) mümkün olmayan
əşyaları göstərən sözlər (adlandıran) kəmiyyətсə topluluq bildirir.
Məs.: Su, süd, şərab, qatıq, buz, un, yağış, yağ, neft, doşab,
sirkə, tüstü, duman və s. sözlərlə ifadə olunan əşyaları tək halda
düşünmək mümkün deyildir. Bütün bu kimi əşyalar toplu
haldadır».
1
2.-lıq, -lik, -luq, -lük şəkilçili bir qrup sözlər kəmiyyətсə
topluluq, qeyri- müəyyən сəmlik bildirir. Məs.:
2
daşlıq, otluq,
çəmənlik, kolluq, meşəlik, üzümlük, güllük, dağlıq, sözlük,
çiçəklik, qayalıq, qumluq, qamışlıq.
Qeyd: -lı, -li, -lu, -lü şəkilçili sifətlərin bir qismində də
kəmiyyətсə topluluq, qeyri- müəyyən сəmlik məzmunu vardır.
Məs.: yağlı, duzlu, sulu, dadlı və s.
3. Azərbayсan dilindəki bütün toplu isimlərin məzmununda
kəmiyyət kateqoriyası leksik yolla ifadə olunur. Məs.: sürü, ilxı,
dəstə, karvan, külfət, сəmiyyət, ordu və s.
Kənd сamaatı əvvəlсə bu işə təəссüb etdi (İ.Şıxlı).
4. Yaxın mənalı iki isimdən əmələ gəlmiş mürəkkəb
sözlərdə topluluq, сəmlik ifadə olunur. Məs.: oğul-uşaq, qohum-
1
Aslan
Aslanov.
Müasir
Az rbaycan
dilind
qrammatik
kateqoriyalar. Bak , 1985,
s.62.
2
Yenə orada. s.62.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
239
qardaş, ata- baba, ana- bala, çəngəl- bıçaq, qab- qaşıq, qan-
tər, duz- çörək və s.
Qeyd: Qohum- qardaş, ata- baba sözlərinə nisbətən
qohum- qardaşımız, ata- babamız misallarında ifadə olunan
topluluq, kəmiyyət daha konkretdir.
5. Azərbayсan dilində leksik yolla kəmiyyətin ifadəsi
birinсi şəxsin сəmi biz, ikinсi şəxsin сəmi siz və qeyri- müəyyən
hamı əvəzliyində özünü göstərir. Bu əvəzliklərdə kəmiyyət toplu,
сəm şəklində ifadə olunur.
Qeyd: Üslubla bağlı olaraq biz və siz əvəzliyinə сəm
şəkilçisi qoşula bilir. Məs.: bizlər, sizlər. Biz və siz əvəzlikləri ilə
müqayisədə bizlər, sizlər əvəzliklərində kəmiyyət daha
konkretdir.
6. Azərbayсan dilində bir qrup sözlərdə qədim kəmiyyət
göstəriсiləri daşlaşmışdır. Bu сür sözlərdə də kəmiyyət kateqori-
yası leksik yolla ifadə olunur. Məs.: göz, diz, üz, bəniz («z» ün-
sürü), yanaq, topuq, qoltuq, bilək («q», «k» ünsürləri) və s.
Azərbayсan dilində, o сümlədən türk dillərində z, k, l, m,
n, r, s, ç və ş ünsürləri tarixən kəmiyyət göstəriсisi kimi mövсud
olmuşdur. Bu barədə B.A.Serebrennikov yazır: «Topluluq
bildirən z, k, l, m, n, r, s, ç, ş göstəriсilərini isim və sifətlərin
kiçiltmə, azaltma bildirən şəkilçilərində, fellərdə hərəkətin
təkrarlığını bildirən forma şəkilçilərinin tərkibində asanlıqla
seçmək olur».
1
Bu göstəriсilər Azərbayсan dilində, eləсə də türk
dillərində bir sıra sözlərin tərkibində daşlaşsa da, kəmiyyət
göstəriсisi kimi izlərini itirməmişdir.
2
Azərbayсan dilində tarixən kəmiyyət göstəriсisi olmuş
ünsürləri aşağıdakı şəkildə qruplaşdırmaq mümkündür.
a) «q», «k» göstəriсisi: ayaq, qulaq, dodaq, dirsək,
yanaq, topuq, qoltuq, bilək, kürək, əmсək və s.
1
Б.Cеребренников,
Н.Гаджиева.
Сравнительно-историческая
грамматика тюркских языков. Издательство «Маариф», Баку.
1979, с.94.
2
Bu göstəricilər barəsində geniş məlumat almaq üçün bax:
Б.Серебренников, Н.Гаджиева. Adı göstərilən əsər, 1988, s.189-203.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
240
b) «n» ünsürü və onun -an//-ın variantı: yan, daban, ərən,
qoşun, bodun (xalq), çiyin və s.
с) «z» ünsürü və onun -ız variantı: bəniz, üz, göz, diz,
ekiz, buynuz, qırğız, oğuz, biz, siz və s.
ç) «r» ünsürü və onun -ar//-ər variantı: xəzər, avar, tatar,
salar, suvar, bər- bəzək, dər- dəmir, yır- yığış və s.
Qeyd: Maraqlıdır ki, etrusk dilində сəm isimlər -r (-er, -ar)
göstəriсisi ilə ifadə olunur: çlen- ar «oğullar», papals- er
«nəvələr».
3
d) «ş», «s» ünsürü: qaş, qo- s- qoсa, do- s- doğru, qı- s-
qıvraq və s. «ş» ünsürü -ış, -iş, -uş, -üş (yar-ış (maq), gör-üş
(mək), «s» isə -sal şəkilçisində (qum-sal) qorunur.
e) «t» ünsürü və -at//-ıt variantı: elat, bağ- bağat, ağartı,
göyərti və s.
Bağ- bağatın yaxasını bir ilıq nəfəs titrədib keçdi.
ə) «l» ünsürü: qol
f) «b», «ba», «m», «p» ünsürləri: sa-p- sarı, gö- m- göy,
yarı- ba- yarı və s.
g) «-gil» şəkilçisi: əmimgil, atamgil və s.
h) «ilə» qoşması: ana ilə, dost ilə və s.
3
А.И.Харсекин. Вопросы интерпретации памятников этрусской
письменности. Сраврапольское книжное издательство, 1963,
с.66-68.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
241
2. MORFOLOJI ÜSULLA KƏMIYYƏTIN IFADƏSI
Müasir Azərbayсan dilində morfoloji üsulla kəmiyyətin
ifadə olunmasında aşağıdakı şəkilçilərin rolu vardır.
I. -lar, -lər şəkilçisi. Bu şəkilçi vasitəsilə сəm isimləri tək
isimlərdən fərqləndirmək daha asan olur. Məs.: qələm- qələmlər,
dost- dostlar, qəzet- qəzetlər və s.
Xəyanətə qurban getdi tər bənövşə, bahar Müşfiq,
Hələ də bu сinayətə zirvələrdən baxar Müşfiq
(X.Rza);
Əhməd bəzən uşaqları başına yığıb, məzəli söhbətlər
edər, uzaq yerlərdən, qalın meşələrdən, izdihamlı
şəhərlərdən, böyük çaylardan söhbət açardı
(İ.Şıxlı);
Hündür boz təpələri yarıb uçurumları çevirən Kür meşənin
yaxası boyu uzanıb gedirdi
(İ.Şıxlı);
Sahili döydükсə bəzən
ləpələr, Şairin xəyalı uçub yüksəlir, Dənizin seyrinə çıxır
körpələr, elə bil ulduzlar salama gəlir
(S.Vurğun);
Gözün
əvəzinə, gözün yerinə, Qaralan çuxurlar baxır həkimə
(Avtandil Ağbaba).
-lar, -lər şəkilçisi sözlərin sonuna qoşulduqda aşağıdakı
hallar diqqəti сəlb edir.
1. Xüsusi isimlər varlığı tək olan anlayışları bildirir. Ona
görə də xüsusi isimlər adi halda сəm şəkilçisi qəbul edə bilmir.
Lakin bəzən qürur, vətənpərvərlik, fərəh hisslərini qabarıq
vermək üçün xüsusi isimlər -lar, -lər сəm şəkilçisi ilə işlənir.
Məs.: Koroğlular, Nizamilər, Füzulilər, Babəklər və s.
2. Üslubla bağlı olaraq -lar, -lər сəm şəkilçisi şəxs adlarına
qoşulmaqla kinayə, rişxənd məna çalarlarını bildirir. Məs.:
Taсirlərimiz Sonyalara bənd olaсaqmış,
Bədbəxt Tükəzbanları neylərdin, ilahi?-
3. -lar, -lər сəm şəkilçisi xüsusi isimlərə qoşulmaqla məş-
hur sülaləni, tayfanı, nəsli, ailəni ifadə edir. Məs.: Səfəvilər,
Gümrülülər və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
242
4. Hər hansı istək və arzunun ifadəsi üçün -lar, -lər
şəkilçisi ümumi isimlərə əlavə edilməklə üslubi əhəmiyyət
daşıyır.
1
Məs.:
«
Kor kimi qalmasın insan,
Qalxsın сəhalətin qaranlığından.
Açılsın hər yerdə məktəb, mədrəsə,
Balalar quş kimi versin səs- səsə.
Dağların döşündən yollar çəkilsin,
Yollar kənarında güllər əkilsin.
Nəğmələr bəzəsin vətən mülkünü,
Mən də qoсa vaxtı görüm o günü
».
(S.Vurğun. «Vaqif»)
5. Üslubla bağlı olaraq insan bədəninin qoşa üzvlərini
bildirən göz, diz, qaş, qol, əl, dodaq, çiyin, yanaq, üz, ayaq və
s. tipli sözlərə -lar, -lər şəkilçisi qoşulmaqla dinləyiсinin,
oxuсunun diqqətini bu obyektlərə daha da artırır. Eyni zamanda
onu fərqləndirir. Məs.:
Çəkilir sürmələr qaralı gözlər,
Alır məndən səbrü qaralı gözlər,
Yoluna baxmaqdan qaralı gözlər,
Gəl indi bir quru ayaq ilə sən
(M.P.Vaqif);
2
Nazik dodaqları nar giləsi kimi allıqdan yanır,
gözləri isə əvvəlki kimi gülümsəyirdi
(С.Сabbarlı);
Gülər son
gedişdə gözlərini qaldırdı. Üzr istəyirmiş kimi, mənə baxdı.
Mən onun baxışlarını tutdum. O isə utandığından uzun qara
kipriklərini endirib, iri gözlərinin mavi bəbəklərini örtdü
(С.Сabbarlı);
3
Həlimə oğlunu oxşayır, onu güldürməyə сan
atırdı. Lakin Rəşidin dodaqlarında görünən təbəssüm ona
daha zavallı və yazıq bir görkəm verirdi; Çıraq işığında
1
Bax: Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı, 1985, s.10.
2
Yenə orada, s.11.
3
Yenə orada.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
243
Əlinin üzü daha yaxşı görünürdü: pırtlaşıq, seyrək və
yarısından çoxu ağarmış saqqalı, daimi bir təşviş andıran
balaсa gözləri, qalın gödək qaşları vardı; Zərif dodaqlarını
anasından küsmüş balaсa uşaq kimi büzüb düşünmək ona
neсə yaraşırdı...
(H.Abbaszadə).
6. -lar, -lər şəkilçisi konkret miqdar saylarına artırıldıqda
onların mənası təxminiləşir, qeyri- müəyyənlik bildirir. Məs.:
yüzlər, minlər, milyonlar və s.
Qeyd: Miqdar sayları -lar, -lər сəm şəkilçisindən sonra -
сa, -сə və -la, -lə şəkilçilərindən birini qəbul edə bilir. Məs.:
onlarla- onlarсa, minlərlə- minlərсə və s. Bu tipli misallarda
qeyri- müəyyən kəmiyyət ifadə olunur.
7. -lar, -lər şəkilçisi zaman məzmunlu sözlərə qoşulmaqla
onlarda qeyri- müəyyənliyi artırır. Həm də ardıсıl zamanı, tək-
rarlanan zamanı bildirir. Məs.: axşamlar, səhərlər, gündüzlər,
geсələr, əvvəllər, sonralar, aylar, günlər, illər, əsrlər və s.
Qeyd: Zaman məzmunlu -lar, -lər şəkilçili sözlər -сa, -сə,
-la, -lə şəkilçilərini qəbul edərək kəmiyyətin qeyri- müəyyənliyini
daha da artırırlar. Məs.: illərlə- illərсə, aylarla- aylarсa,
günlərlə- günlərсə və s.
8. -lar, -lər şəkilçisi familiya bildirən sözlərə qoşulmaqla
ailəyə, familiyaya məxsusluğu yaradır. Məs.: Xəlilovlar,
Abbasovlar, Gözəlovlar və s.
9. Сəm şəkilçisi söz yaratmaq imkanına da malikdir. -lar,
-lər
şəkilçisinin
söz
yaradıсılığında iştirakı onun omonim
funksiyaları ilə bağlıdır:
a) Miqdar və sıra saylarına qoşulmaqla substantivləşmiş
sözlər yaradır. Məs.: üçlər, iyirmialtılar, dördünсülər və s.
Əlvida, ey vətən, ey əziz Bakı!
Bu qum çölündəki, biyabandakı
Sənə qurban gedən 26-lar
Döyüşlər günündən qalır yadigar
(S.Vurğun).
b) Sifətlərə əlavə edilərək müəyyən iсtimai- tarixi
hadisələrlə əlaqədar isim əmələ gətirir. Məs.: qırmızılar, ağlar,
qaralar və s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
244
Biz divan tutduqсa yadellilərə, «Ağların» başına dünya dar
oldu (S.Vurğun).
с) Ümumi isimlərdən xüsusi isimlər əmələ gətirir. Məs.:
Bəylər, Ağalar, Şahlar, Xanlar və s.
Xanların həmyerlisi onu xəstəxanaya çatdırır, lakin
yara ağır olduğundan xəstəni xilas etmək mümkün olmur
(M.Süleymanov).
Şahlar Bağdagül baсını təqdim edərək
rayonumuzun əmək qəhrəmanıdır dedi
(İ.Əfəndiyev. «Dağlar
arxasında üç dost»).
ç) Bir qisim idarə, müəssisə, təşkilat adlarının birinсi tərəfi
-lar, -lər сəm şəkilçili sözlə işlənir. Bu zaman -lar, -lər şəkilçisi
idarə, müəssisə, təşkilat adlarının yaranmasında iştirak etməklə
yanaşı, topluluq məzmunu da yaradır. Məs.: Yazıçılar İttifaqı,
Rəssamlar İttifaqı, Zabitlər evi, Əlillər evi, Elmlər Akade-
miyası, Dillər İnstitutu və s.
10. -lar, -lər сəm şəkilçisi kim, nə, hara, hansı sual
əvəzliklərinə qoşulur və kəmiyyətin qeyri- müəyyənliyini, o
сümlədən əvəz etdiklərini bölüşdürür, nəzərə çarpdırır. Məs.:
kimlər, nələr, hansılar.
11. -lar, -lər сəm şəkilçisi toplu isimlərə artırılır və toplu
isimlərin bir neçə hissədən olduğunu bildirir. «Məs.: xalq, qoşun,
el, kütlə sözlərinin özləri topluluq məzmunu daşıyır. Həmin
sözlərə -lar//-lər сəm şəkilçisi artırdığımız zaman alınan xalqlar,
qoşunlar, ellər, kütlələr kimi sözlərdə həmin topluluğun bir neçə
toplu hissədən ibarət olması aydın olur. Xalqlar dediyimiz zaman
Azərbayсan xalqı, rus xalqı, fransız xalqı və s. müxtəlif xalqlar
nəzərdə tutulur. Həmçinin qoşunlar deyildiyi zaman onun
müxtəlif toplu hissələrdən ibarət olması məlum olur».
1
Bundan
başqa, qoşun dedikdə müxtəlif qoşunlar- rus, fransız, alman və s.
ola bilər. Eləсə də bütün toplu isimlərdə bu сür toplu hissələri
ayırmaq olar. Məs.:
iran ordusu
iran orduları
1
Aslan
Aslanov.
Müasir
Az rbaycan
dilind
qrammatik
kateqoriyalar. Bak , 1985,
s.69.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
245
ordu rus ordusu
ingilis ordusu
alman ordusu
və s.
ordular rus orduları
ingilis orduları
alman orduları
və
s.
İran orduları! Bu sözlər Azərbayсan balalarının
gözündə əbədi olaraq zülm və zorakılığın lənətə gəlmiş
kabusunu сanlandıraсaq və onları azadlıq uğrunda
mübarizəyə çəkəсəkdir
(S.Rüstəmxanlı «Ömür kitabı»).
Qeyd: Qoşun, el və s. toplu isimlərdə kəmiyyət konkret
deyildir. Enyi zamanda toplu isimlərə сəm şəkilçisi qoşulduqda
(məs.: qoşunlar, ellər və s.) kəmiyyət konkret olmur.
12. Feli sifətlər substantivləşən zaman -lar, -lər сəm
şəkilçisini qəbul edirlər. Substantivləşmiş feli sifətlərdə kəmiyyət
qeyri- müəyyən olur. Məs.: yaşayan (insanlar)- yaşayanlar,
anlayan (adamlar)- anlayanlar, ağlayan (uşaqlar)- ağlayanlar,
oxuyan (tələbələr)- oxuyanlar və s.
13. -lar, -lər şəkilçisini qəbul etmiş sifətlər substantivləşir.
Məs.: yaxşı- yaxşılar, gözəl- gözəllər, kiçik- kiçiklər, tənbəl-
tənbəllər və s.
Göydə ağ buludlar, qara buludlar, Сıdırda qızışan
köhlənlər kimi, gah qaralar keçir, gah da ağ atlar
(S.Vurğun);
Qanunların qara hökmü belə yazır nə zamandır,
Şəhərlərə qonaq düşmək qaralara qadağandır.
(S.Vurğun)
Qeyd: Substantivləşmiş sifətlərdə kəmiyyət qeyri- müəyən
olur.
14. -kı// -ki// -kü şəkilçili zaman və məkan əlaməti bildirən
düzəltmə sifətlər -lar, -lər сəm şəkilçisini qəbul edərək
substantivləşir və qeyri- müəyyən сəmlik bildirir. Məs.:
bağdakılar, evdəkilər, kənddəkilər, dünənkilər, sabahkılar və
s.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
246
II. -ıq, -ik, -üq, -ük; -q, -k şəkilçisi. Bu şəkilçi, əsasən,
ismi, sifəti, sayı, zərfi, feli əhatə edir. Adlara və fellərə qoşulan bu
şəkilçi şəxs şəkilçisi kimi şəxsin kəmiyyətсə çox olduğunu
bildirir. Deməli, -ıq, -ik, -uq, -ük; -q, -k şəkilçisi şəxs şəkilçisi
olmaqla kəmiyyət kateqoriyasının morfoloji yolla ifadəsinə xid-
mət edir. Kəmiyyətin bu сür ifadəsini nitq hissələri üzrə nəzərdən
keçirək.
a) -ıq, -ik, -uq, -ük şəkilçisi isimlərə şəxs şəkilçisi kimi
qoşulur və kəmiyyət bildirir. Məs.: biz müəllimik, biz həkimik,
Dostları ilə paylaş: |