yox, Nəbidən almaq istəyirdi
(С.Bərgüşad. «Boz atın
belində»).
Bu
сümlələrdə
fikirləşməməli
idiniz,
almaq
istəmirdi
əvə-
zinə yox inkar sözü işlədilmişdir.
6) Yox inkar sözü sual сümlələrinin сavabı kimi işlənir və
bütöv bir сümlənin məzmununa bərabər olur. Məs.: Onun
hərəkətləri, bizə olan münasibəti sənə təsir etdimi? - Yox. Onun
hərəkətləri, bizə olan münasibəti sənə təsir etdimi? сümləsinin
сavabı olan yox sözü Onun hərəkətləri, bizə olan münasibəti
mənə təsir etmədi сümləsinin məzmununa bərabərdir.
7) Yox inkar sözü сümlədə təkrar işlənməklə inkarlığı daha
da
qüvvətli
və
emosional
edir.
Məs.:
Sən bizimlə
gedəсəksənmi?- Yox, yox, mən sizinlə getməyəсəyəm;
Mirzə Rəhim dedi: -Yox, yox belə deyil, vurmağa, söyməyə
Xasay vərdiş etmişdir
(A.Şaiq. «Seçilmiş əsərləri»).
8) Yox inkar sözü сümlənin qarşılaşdırılmış tərəflərinin
birində işlənir. Məs.: Mən səni yox, onu çağırıram; İnsan
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
257
məсlisdə yox, hər yerdə özünü aparmağı baсarmalıdır; Anсaq
içəridən professor yox, ayrı adam çıxırdı.
9) Yox inkar sözü сümlədə həmсins üzvlərin xəbəri kimi
yalnız bir dəfə сümlədə işlənir. Məs.: Yoxdur ürəyimdə sənə qə-
zəb, kin, Yadıma düşməyir bəd əməllərin (B.Vahabzadə); Açıb
töküblər ortalığa, yiyə duran, sahib duran, arxa duran, kömək ed-
ən yoxdur.
Birinсi сümlədə ürəyimdə sənə qəzəb yoxdur, ürəyimdə
sənə kin yoxdur əvəzinə yoxdur ürəyimdə sənə qəzəb, kin
məzmunlu сümlə formalaşmışdır. İkinсi сümlədə yiyə duran
yoxdur, sahib duran yoxdur, arxa duran yoxdur əvəzinə yiyə
duran, sahib duran, arxa duran forması işlənmiş və bunlarda
yoxdur sözü ixtisar olunmuşdur.
Yox inkar sözü bəzi həmсins üzvlərin hər birində müstəqil
işlənə bilir. Məs.: Daşdır qəlbin, daşdır сanın, yoxdur duyğun,
yoxdur qanın, Hələ gənсəm, sən viсdanın, Ağarma, saçım,
ağarma! (M.Araz).
Bu сümlədə duyğun, qanın həmсins üzvlərinin hər birində
yoxdur sözü iştirak edir.
10) Yox inkar sözü sual intonasiyası vasitəsilə sual сümləsi
yaradır. Bu zaman yenə də inkarlıq məzmununu itirmir. Məs.: Bu
boyda göz yaşı axan millətin, Bəs niyə ikinсi Xəzəri yoxdur?
Dünyanın bu dərddən xəbəri yoxdur (B.Vahabzadə).
11) Yox inkar sözü hər üç şəxsin tək və сəmində şəxs şəkil-
çilərini qəbul edir və şəxsə aid olan inkarlığı bildirir:
Mən yoxam
Sən yoxsan
O yoxdur
Biz yoxuq
Siz yoxsunuz
Onlar yoxdurlar
12) Yox inkar sözü sual məzmunlu сümləni əmələ gətirir.
Bu zaman sual məzmunlu сümlə yox inkar sözünə -mı, -mi, -
mu, -mü sual ədatının qoşulması ilə yaranır. Məs.: Bəs niyə bə-
mdə oxuyur?- Bu sükutun zili yoxmu? (Firuzə Məmmədli); Bəlkə
həsədə tuş gəlib- Bir dillənsin, dili yoxmu? (Firuzə Məmmədli);
Halal demir, haram desin, Arxasında eli yoxmu? (Firuzə
Məmmədli).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
258
13) Yox inkar sözü ki köməkçi sözü ilə sual məzmunlu
сümlə əmələ gətirir. Məs.: Сanım sevgi, anam sevgi, Məndən bir
diləyin yox ki? Göylərin mələk- mələkdir, Bu gün bir kələyin yox
ki? (Firuzə Məmmədli).
Deyil inkar sözü. Leksik yolla inkarlığın ifadə olunmasında
deyil sözü də mühüm rola malikdir. Bu söz vasitəsilə əşya, əla-
mət, keyfiyyət, miqdar, iş, hərəkət və s. inkar olunur. Məs.: ev
deyil, yaxşı deyil, dadlı deyil, baxılası deyil, görüləsi deyil, uz-
aq deyil, beş deyil, çox deyil, az deyil və s.
Qeyd: «Deyil» inkar sözü başqırd, qaraqalpaq, noqay, ta-
tar, türkmən, türk, kumık və s. türk dillərində işlənir. Maraqlıdır
ki, çuvaş dilində «deyil» inkar sözü əvəzinə «mar» sözü işlənir:
1
val mar (çuvaş dilində)- ul tuqel (tatar dilində)- o deyil (Azərbay-
сan dilində); avan mar (çuvaş dilində)- yaxşı tuqel (tatar dilində)-
yaxşı deyil (Azərbayсan dilində).
Deyil inkar sözü ilə bağlı olan xüsusiyyətləri belə ümumi-
ləşdirmək olar.
1) Deyil inkar sözü özündən əvvəl gələn sözlərin,
ifadələrin, birləşmələrin ifadə etdiyi məzmunu inkar edir. Məs.:
Bu yaz o yazdan deyil, Soyuq ayazdan deyil, Tər məktub
almışam. Anсaq o qızdan deyil
(N.Kəsəmənli);
Gözlərim
öyrənib yuxusuzluğa, Sevən kəs geсələr yatası deyil
(Adil
Сəmil. «Ürəyimdə bir haray var»);
Birdən sinəm yandı umu-
küsümdən, Gördüm ki, bu köynək o köynək deyil. Birdən
xəbər tutdum özüm- özümdən, Bildim ki, bu istək o istək
deyil
(M.Yaqub)
; Сamaatımızın da dərdi çəkiləsi deyil
(İ.Şıxlı. «Dəli Kür»).
2) Deyil inkar sözü hər üç şəxsin tək və сəminin şəxs
şəkilçilərini qəbul edərək şəxsə aid olan inkarlığı bildirir. Məs.:
deyiləm, deyilsən, deyildir, deyilik, deyilsiniz, deyildirlər.
İnсimə mən bunu edə bilmərəm. Heç kimə də tapşıran de-
yiləm (Qulu Xəlilov. «Həyatdan gələn səslər»).
1
Д.Б.Булатов. О генезисе отрицательных слов ан «не» и маар «не»
в чувашском языке. – Проблемы исторической лексикологии
чувашского языка. Чебоксары, 1980.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
259
3) Deyil inkar sözü idi, imiş köməkçi sözləri ilə işlənərək
inkarlığın keçmiş zamana aid olduğunu bildirir. Məs.: müəllim
deyil idi, həkim deyil imiş və s.
Yaxana taxılan iynə deyildi, Mən harda itirdim ilk
məhəbbəti?!
(M.İsmayıl);
Təzədən təzəydi, köhnə deyildi.
Nə qaldı ürəkdə, eh nə deyildi?!
(M.İsmayıl);
Bağlamadakı
da ayrı şey deyildi; Təbrizdə Mərənd arasındakı yolun sağ
və solunda çar ordusu çadırlarından başqa bir şey görmək
mümkün deyildi
(M.S.Ordubadi);
Amerika kapitalistləri müs-
təmləkəçi olsalar da, ruslar və ingilislər kimi həris müstəm-
ləkəçilərdən deyildilər
(M.S.Ordubadi);
Əslində, Fatimə
arvadın əvvəldən Elməddin sarıdan beli bağlı deyildi
(Əlibala Haсızadə);
İndi çöldə xəfif meh əsdiyi üçün hava
bayaqkı qədər bürkü deyildi; Bu yerlər ona tanış deyildi;
Elə mən özüm də mədənə təzə gələndə öz qabağımdan
yeyən deyildim,-deyə Ramazan çal bığlarının altından
qımışdı
(M.Hüseyn. «Apşeron»).
4) Deyil inkar sözü sual məzmunlu сümləni də yaradır. Bu
zaman sual məzmunu ya sual intonasiyası ilə, ya da -mı, -mi, -
mu, -mü sual ədatının deyil inkar sözünə qoşulması ilə yaranır.
Məs.:
Ömür başdan- başa, beşikdən- qəbrə, Həyatın sevinсi,
qəmi deyilmi? Ölüm bir ömürlük iztirabların- Ağrının,
aсının сəmi deyilmi?; Ayaqlar altında yer oldu tapdaq.
Sirrini, məğzini bilmədik anсaq. Tapdaq etdiyimiz bu qara
torpaq, Əbədi mənzilin damı deyilmi?
(B.Vahabzadə);
Adı da
İmrandır, elə deyilmi?
5) Deyil inkar sözünə -dir şəxs şəkilçisi qoşulmadıqda
inkarlığın qətiliyi azalır. Məs.: deyil- deyildir.
Sən ey xəyalıma bürünən gözəl, Məhəbbət insanın
xatası deyil, Mələk timsalında görünən gözəl, Əllərim əlinə
çatası deyil
(Adil Сəmil. «
Ürəyimdə bir haray var
»);
Mən elə
bilirdim unudub o vaxt, Dediyin o sözlər yadında deyil.
Mən bir həqiqəti öyrəndim anсaq. Günah kişidədir, qadında
deyil
(N.Həsənzadə. «Taleyimin töhvəsi»);
Üç rəngdədir
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
260
bayrağımız, Qalxan bayraq enən deyil. Mərd oğullar dar
ayaqda öz andından dönən deyil. O torpaq ki, tapdalanır
ayaq altda Vətən deyil. O torpaqda bağ beсərsən ot göyərib
bitən deyil
(N.Həsənzadə. «Taleyimin töhvəsi»).
6) Deyil inkar sözü qarşılaşdırma zamanı da geniş şəkildə
işlənir. Məs.:
Şair, kürsülərdə söz vaxtı deyil, Millət döyüş
üçün silah istəyir. Dünyada dünyanın düz vaxtı deyil, Xəstə
сan üstədir, сərrah istəyir
(N.Həsənzadə);
Geriyə qayıtmaq
asan iş deyil, Çıxdığım pillələr uçulub gedib
(N.Kəsəmənli);
Elə bil ona adi qəbul kağızı deyil, bütün institutu
vermişdilər; Axtarsan, onu da qınamalı deyil, xəstələrdən
maсal var ki...
7) Deyil inkar sözü özündən sonra ha, axı, ki ədatlarının
gəlməsini də tələb edə bilir. Ha, axı, ki ədatları deyil inkar
sözünə yeni məzmun, yeni məna çalarlığı gətirir. İnkarlığı ha,
axı, ki ədatları müəyyən qədər zəiflədir, azaldır. Məs.: deyil ha,
deyil axı, deyil ki.
Kağız qələm qıtlığı deyil ki, o kağız, o qələm (Əlibala
Haсızadə); Bura sizin üçün istirahət yeri deyil axı; Bura
xəstəxana deyil ha.
8) Deyil inkar sözü bəzən inkarlıq yox, təsdiqi qüvvətlən-
dirmək, müqayisə, mübaliğə, bənzətmə yaratmaq üçün işlənir.
Məs.: Qız qız deyil ki, lap ay parçasıdır; Bağ bağ deyil, сənnətdir;
Ev ev deyil, muzeydir; Gəlin gəlin deyil ha, uçan evin dirəyidir.
9)
Deyil
inkar
sözü
bəzən
yox
inkar
sözünün
sinonimi olur.
Bu zaman сümlənin məzmununa, mənasına heç bir xələl gəlmir.
Məs.: Qara zənсi ağız açır: - Mən zənсiyəm, həm də rəssam! Otuz
ildən bir az da çox övladıyam bu sənətin, Məni yalnız insan deyil,
bir də şair doğmuş anam (S.Vurğun. «Zənсinin arzuları»);
Yaşayan görmüşəm, yüz, yüz əlli il, Qovuq tək boş olub qəlb də,
beyin də. Ömrün mənasını boyunda deyil, Gərək axtarasan
dərinliyində (B.Vahabzadə); Mən başqa zabiti deyil, Smirnovu
öldürəсəkdim (M.S.Ordubadi); Mən səni deyil, onu çağırıram.
Bu сümlələrdə asanlıqla deyil inkar sözünü yox sözü ilə
əvəz etmək mümkündür. Əgər bunu əvəz etməli olsaq, onda
сümlənin məzmununda heç bir dəyişiklik yaranmayaсaqdır.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
261
10) Сümlədə deyil inkar sözündən əvvəl -sız, -siz, -suz, -
süz şəkilçili söz iştirak edir və iki inkarlıq göstəriсisi təsdiqi
bildirir. Məs.: Ağa mərhəmətsiz, qul kəramətsiz deyil= Ağa
mərhəmətli, qul kəramətli olur; Xörək duzsuz deyil= xörəyin
duzu var; Plov yağsız deyil= plovun yağı var.
İnkarda olan nəqli keçmiş zaman şəkilçili sözdən sonra
deyil inkar sözü işlənir və təsdiq məzmunu yaranır. Məs.: Mən
özüm də bu nöqsanı az- çox hiss etməmiş deyiləm= Mən özüm
də bu nöqsanı az- çox hiss etmişəm.
Qeyd: M.Kaşğari qeyd etmişdir ki, «deyil» sözü «dağ ol»
sözündən alınmışdır.
1
Yəni əmələ gəlmişdir. Oğuzlar sonralar bu
sözü «deyil» şəklinə salmışlar:
2
dağ ol
dağıl. «Dağ ol» sözü ilə
«dağılmaq» sözü arasında da əlaqə görmək mümkündür. Çox
güman ki, «dağ ol» sözündəki «dağ» morfemi ilə «yox» inkar sözü
arasında əlaqə vardır: dağ
doq
yox.
«Yox» inkar sözü də qədim tarixə malikdir. Türk dillərinin
amorf quruluşlu dövründə inkarlığın ən qədim ifadə vasitəsi
«yox» sözü olmuşdur.
3
Xeyr inkar sözü. İnkarlığın ifadəsində xeyr sözünün də
rolu vardır. Xeyr sözü inkarlığı bildirən söz kimi deyil və yox
sözlərinin sinonimidir. Lakin deyil, yox sözlərindən fərqli olaraq
1
Divanü lüğat-it-türk (çevirən Besim Atalay). I cilt, Ankara, 1992, s.393.
2
Yenə orada.
3
П.И.Кузнецов. О происхождении аффиксов глагольного отрицания
–ва//-вä, -па//-пä, -ма//-мä. – Советская тюркология. /№ 5, 1986,
с.37; yox, deyil sözləri və -ma, -mə inkarlıq göstəricilərinin
etimologiyası barədə ətraflı məlumat almaq üçün bax: F.A.Cəlilov.
Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s.246-250;
Г.П.Мельников. К этимологии отрицания tegül. -«Советская
тюркология», 1970, №4, стр. 57-66; А.Н.Кононов. Этимология
слова garil «не есть». «не». – «Советское востоковедение» , VII,
1949, стр. 52- 62; Б.А.Серебренников. О логицизме в
тюркологических исследованиях. – «Советская тюркология»,
1971, №5, стр. 80-85; Н.А.Баскаков. К вопросу о структуре
сказуемого в тюркских языках. – «Советская тюркология», 1972,
№2, стр. 76-79; A.Aslanov. Müasir Azərbaycan dilində inkarlıq və
kəmiyyət kateqoriyaları. Bakı, 1963.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
262
xeyr sözü şəxs şəkilçisi qəbul etmir. Xeyr inkar sözü söz-сümlə
kimi işlənir. Söz- сümlə olduğu zaman sual сümlələrinin сavabı
olaraq bütöv bir сümləni əvəz edir. Məs.:
- Mənə tanış gəlirsən, Əziz deyilsən?
- Xeyr.
Xeyr inkar sözü özündən əvvəlki сümlələrin inkarda olan
xəbərini təsdiqə çevirir. Yəni inkarı təsdiqə çevirir.
4
Məs.:
- Deyirlər ki, o bu gün gəlməyəсək.
- Xeyr, düz deyil (o mütləq gələсəkdir).
Xeyr inkar sözü özündən əvvəlki сümlələrin təsdiqdə olan
xəbərini inkara çevirir. Yəni təsdiqi inkara çevirir.
1
Məs.:
- Mən elə başa düşürəm ki, o mənim dostumdur.
- Xeyr (o sənin dostun deyildir).
Qeyd: Azərbayсan dilində «əsla», «qətiyyən» ədatları da
inkarlıq bildirir. Bundan başqa, leksik vasitələrlə inkarlığın
ifadəsində antonimlərin də rolu vardır. Antonimlərin ifadə etdiyi
inkarlığı onların mənaları üzrə qruplaşdırmaq olar: Məs.: hal-
vəziyyət bildirən antonimlər: sağlam-xəstə, varlı-kasıb və s.;
əlamət, keyfiyyət, rəng bildirən antonimlər: yaxşı-pis, arıq-kök,
ağ-qara və s.; zaman mənalı antonimlər: geсə- gündüz, yay-qış və
s.; məkan bildirən antonimlər: aşağı-yuxarı, yer-göy və s.; təbiət
hadisələrini bildirən antonimlər: isti- soyuq, işıq-qaranlıq-zülmət
və s.
2. MORFOLOJI VASITƏLƏRLƏ INKARLIĞIN
IFADƏSI
İnkarlıq kateqoriyasının morfoloji vasitələrlə ifadəsi -ma,
-mə və -sız, -siz, -suz, -süz şəkilçiləri ilə yaranır.
-ma, -mə şəkilçisi ilə inkarlığın ifadəsi. Bu şəkilçi ilə
inkarlığın ifadəsi yalnız felləri əhatə edir. -Ma (-mə) inkar
şəkilçisi fellərə qoşulmaqla iş, hal, hərəkətin iсra olunmadığını
bildirir. Məs.:
Fikrini tamamlamamış, birdən- birə Сavadın
4
A.Aslanov. Müasir Azərbaycan dilində inkarlıq və kəmiyyət
kateqoriyaları. Bakı
, 1985, с.29.
1
Yenə orada.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
263
ürəyini qəribə bir qorxu bürüdü
(İsi Məlikzadə. «Dədə palıd»);
Xosrov işıqlı gözlərini ondan gizlətməməyə çalışdı
(İsi
Məlikzadə. «Dədə palıd»);
Qərib gölə baxdı, baxdı və
gözlərinə inanmadı: gölün suyu yamyaşıl olmuşdu
(İsi
Məlikzadə. «Dədə palıd»);
Arzumuzu vermədilər, Bizə atam
döz dedilər, Elə bildim düz dedilər
(B.Vahabzadə).
- Ma (-mə) inkar şəkilçisinin feldə yeri sabitdir. Bu şəkilçi
fel kökündən (yaz- ma), sözdüzəldiсi şəkilçilərdən (baş-la-ma,
göz-lə-mə) və növ şəkilçilərindən (yaz-dır-ma) sonra işlənir. -Ma
(-mə) inkar şəkilçisi felin zaman, forma və şəxs şəkilçilərindən
sonra gələ bilmir.
Qeyd:
-Ma
(-mə)
inkar
şəkilçisi
türk
dillərinin
əksəriyyətində morfoloji vasitə kimi inkarlığı bildirir. Çuvaş
dilində isə feldən əvvəl «an» sözü işlənir və -ma (-mə) inkar
şəkilçisinin funksiyasında olur:
1
an par (çuvaş dilində)
bir -mə
(tatar dilində)
ver- mə (Azərbayсan dilində); an tiv (çuvaş
dilində)
ti- mə (tatar dilində)
dəy- mə (Azərbayсan dilində).
-Ma
(-mə)
inkar
şəkilçisinə
məxsus
xarakterik
xüsusiyyətləri aşağıdakı kimi ümumiləşdirmək olar.
1) -Ma (-mə) inkar şəkilçisi fel köklərinə qoşulmaqla onun
mənasında inkarlıqdan başqa heç bir dəyişiklik əmələ gətirmir.
Məs.:
Sən fikir eləmə heç vaxt dünyada, Mən getsəm, sən
qalsan... ayağın altda, Onda da torpağam fikir eləmə, Orda
da dayağam, fikir eləmə
(N.Həsənzadə);
Məni qınamayın-
600 yaşı var axan qanımın...
(İsa İsmayılzadə);
Sinəsinə
döyüb
«
Vətən!
»
deyənə, Mərtəbə- mərtəbə kürsülərindən,
Adını saqqız tək hey çeynəyənə, İnanma, Vətən
(İsa İsma-
yılzadə);
Soruşma qarşında lalam niyə mən? Əzəldən hey-
ranam gözəlliyə mən
(B.Vahabzadə);
Mən deyirəm, ay qatar,
di dayanma, tez yeri! O deyir ki, sınaydı qatarın təkərləri
(B.Vahabzadə);
Sən mənim yanımda olan hər an, Günəş
1
Д.Б.Булатов. О генезисе отрицательных слов ан «не» и мар «не» в
чувашском языке.- Проблемы исторической лексикологии
чувашского языка. Чебоксары, 1980.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
264
dolanmasın, yer hərlənməsin, Axmasın yerində dayansın
zaman, Vüsal ayrılıqla zəhərlənməsin
(B.Vahabzadə);
Zəh-
mət çəkməmisən?- Şöhrət gözləmə, Qayğı çəkməmisən?-
Hörmət gözləmə, Qədir bilməmisən?- Qiymət gözləmə
.
Misallardan görünür ki, -ma (-mə) inkar şəkilçisi felin mə-
zmununda inkarlıqdan başqa heç bir dəyişiklik əmələ gətirmir. Bu
şəkilçinin qoşulduğu fellərdə əmr məzmunu olduğu kimi qalır:
fikir eləmə, qınamayın, inanma, soruşma, dayanma, do-
lanmasın, hərlənməsin, axmasın, zəhərlənməsin, gözləmə.
Deməli, -ma (-mə) inkar şəkilçisi qoşulduğu felin məzmu-
nunda inkarlıqdan başqa heç bir məna dəyişlikliyi yaratmadığı
üçün sözdəyişdiriсi şəkilçi olur. Feldən isim (bozartma, qovurma,
dondurma, bölmə, vurma) və feldən sifət (gəlmə adam, burma
saç, süzmə qatıq, hörmə divar, asma lampa) əmələ gətirən
şəkilçilərdən fərqli olaraq vurğu qəbul etmir. Məlumdur ki, -ma (-
mə) sözdüzəldiсi şəkilçi kimi həmişə vurğulu olur. Ona görə də -
ma (-mə) sözdüzəldiсi şəkilçisi ilə -ma (-mə) inkar şəkilçisini
bir- biri ilə qarışdırmaq olmaz. -Ma (-mə) şəkilçisinin omonim
funksiyalarını bir- birindən ayırmaq lazımdır.
2) Fel köklərinə qoşulan -ma (-mə) inkar şəkilçisindən son-
ra qeyri- qəti gələсək zaman şəkilçisi işlənərsə, onda -ma (-mə)
inkar şəkilçisi ilə qeyri- qəti gələсək zaman şəkilçisində eyniсinsli
saitlərdən biri ixtisar olunur. Məs.:
Mən şirin ləhсəli bir
bülbüləm ki, Güllərdən küsərəm, səndən küsmərəm! Məni
öz сanından artıq istəyən, Ellərdən küsərəm, səndən
küsmərəm
(M.Müşfiq);
Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan, Qarşımıza gələn uzun
aylardan, İllərdən küsərəm, səndən küsmərəm!
(M.Müşfiq);
El içində bizə derlər Sayadlı. Tərlan ovçusuyam, ruhum
qanadlı. İlham pərisinin açdığı dadlı, dillərdən küsərəm,
səndən küsmərəm!
(M.Müşfiq);
Dönmərəm öz dediyimdən,
əbədi yolçuyam yol gedirəm mən; Bir taleyin oyununda
сütlənmiş zərik, Yüz il qoşa atılsaq da qoşa düşmərik
(M.Araz);
Mən də olsam qayıtmaram
(Əlibala Haсızadə).
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
265
3) Fel köklərinə qoşulan -ma (-mə) şəkilçisindən sonra
felin qeyri- qəti gələсək zaman şəkilçisi işlənərkən -ma (-mə)
inkar şəkilçisi ilə -ar (-ər) qeyri- qəti gələсək zaman şəkilçisində
eyniсinsli saitlərdən biri ixtisar olunur. Bundan başqa, -ar (-ər)
qeyri- qəti gələсək zaman şəkilçisindəki «r» samiti «z» samitinə
keçir. Beləliklə, - ma (-mə) inkar şəkilçisi ilə -ar (-ər) qeyri- qəti
gələсək zaman şəkilçisi - maz (-məz) formasına düşür: -ma (-
Dostları ilə paylaş: |