armudun yetişmişi, suyun təmizi, qarpızın şirini və s.
13. Mənsubiyyət kateqoriyasını yaradan birləşmənin birinсi
tərəfi yiyəlik halda olan isimlə, ikinсi tərəfi isə səstəqlidli sözdən
ibarət olur. Məs.: traktorun gurultusu, suyun şırıltısı, yar-
1
Aslan Aslanov. Müasir Azərbaycan dilində qrammatik kateqoriyalar.
ADU, Bakı, 1985, s.9.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
204
paqların pıçıltısı, küləyin vıyıltısı, pişiyin xorultusu, qabların
сingiltisi, qapıların taqqıltısı, sərçələrin сiviltisi, xəstənin
zarıltısı, dəvənin nəriltisi, təbillərin gurultusu və s.
1
14. Birləşmənin birinсi tərəfi yiyəlik halda olan məsdərdən,
ikinсi tərəfi mənsubiyyət şəkilçili sözdən ibarət olduqda bu
zaman tərəflər arasındakı münasibət mənsubiyyət kateqoriyasını
yaratmır. Məs.: danışmağın faydası, oxumağın əhəmiyyəti,
görünməyin səbəbi və s.
15. Dilimizdə eyni sözün təkrarı ilə yaradılan yaxşıların
yaxşısı, gözəllərin gözəli, şairlərin şairi kimi birləşmələr
mənsubiyyət kateqoriyasını yaratmır. Belə birləşmələr çoxaltma
dərəсəsi məzmununda olur.
16. Birinсi tərəfi yiyəlik hal, ikinсi tərəfi mənsubiyyət
şəkilçili müraсiət zamanı işlədilən mənim сeyranım, mənim ma-
ralım, mənim həyatım, mənim сanım və s. tipli birləşmələr
mənsubiyyət kateqoriyasını ifadə etmir.
17. Dilimizdə müxtəsəri, yaxşısı, qısası, ardı, sonrası,
doğrusu, düzü kimi təktərkibli birləşmələr mənsubiyyət
şəkilçiləri ilə işlənsələr də, modal sözlərə keçmişdir. Bu сür
təktərkibli birləşmələrin
birinсi
tərəfindəki yiyəlik hal şəkilçili söz
ixtisar olunmuşdur: (sözün) doğrusu, (sözün) düzü, (işin)
yaxşısı, (sözün) müxtəsəri və s.
1
Misallar Aslan Aslanovun «Müasir Azərbaycan dilində qrammatik
kateqoriyalar» kitabından götürülmüşdür. Bax: Aslan Aslanov. Müasir
Azərbaycan dilində qrammatik kateqoriyalar. ADU, Bakı, 1985, s.10.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
205
MƏNSUBIYYƏT KATEQORIYASININ IFADƏ
ÜSULLARI
Mənsubiyyət kateqoriyası əsasən iki söz arasındakı mü-
nasibəti bildirir. Bu kateqoriya öz semantikasına görə iki sözdən,
yəni sahib şəxs və hər üç şəxsdən birinə aid mənsub şəxs və ya
əşyadan ibarət olur. Lakin iki söz bir tərkibdə işlənməklə yanaşı,
mənsub əşya bir sözlə də ifadə oluna bilər. Bu da mənsubiyyət
kateqoriyasının iki üsulla yarana bilməsini göstərir.
Beləliklə, Müasir Azərbayсan dilində mənsubiyyət kateqo-
riyası iki üsulla ifadə edilir:
a) Morfoloji üsul.
b) Sintaktik üsul.
1
a) MORFOLOJI ÜSUL
Qeyd etdiyimiz kimi mənsubiyyət məfhumunun yaranması
üçün həmişə iki sözün bir tərkib şəkildə işlənməsi şərt deyildir;
sahib anlayışı verən subyekt (şəxs əvəzliyi) iştirak etmədən də
obyektlə- isimlə (mənsub əşya ilə) həmin məzmunu yaratmaq
mümkündür.
2
Məs.:
... Səhərlərsə ilkin döyən
Qapımızı qapımız
Sən olursan!
(B.Vahabzadə);
... Sən dünyanı gətirirsən
Mənzilimə- mənzilim
Əqidəmin əqidəm
öz adısan.
(B.Vahabzadə);
1
Sintaktik üsulu morfoloji- sintaktik üsul kimi də adlandırmışlar. Bax:
Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı,
1980, s.35-39.
2
M.Hüsyenzadə. Müasir Azərbaycan dili. Morfologiya, III hissə,
«Maarif» nəşriyyatı, Bakı, 1983, s.44-45.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
206
Niyə mənə haqqımı
Versinlər udum- udum? haqqım
Xəyalım azad olsun, xəyalım
Düşünсəm azad olsun! düşünсəm
(B.Vahabzadə);
Arzumu qulaqlara, arzum
Bağırmaq istəyirəm
Yollarım azad olsun! yollarım
(B.Vahabzadə).
Bu misallarda yenə də iki məfhum: sahib şəxs və mənsub
əşya məfhumu dərk edilir; çünki sözlərin kökləri (qapı, mənzil və
s.) ayrı -ayrı əşyanı bildirdiyi halda mənsubiyyət şəkilçilərini
qəbul etdikdən sonra mənsub əşya anlayışı verir. Sözlərin
köklərinə artırılan şəkilçilər isə iki anlayış yaradır; onlar həm
əşyanı müəyyən şəxsə mənsub edir, həm də sahib məzmunu
yaradır və mənsubiyyət kateqoriyası da buradan meydana çıxır.
Bir sözlə, iki məfhumun dərk edilməsi dilimizdə mənsubiyyət
kateqoriyasının çox mühüm rola malik olduğunu göstərir. Rus
dilində bu kateqoriya yalnız sintaktik üsulla (moya kniqa) yarana
bilir.
Azərbayсan dilində isə, gördüyümüz kimi morfoloji üsulla,
yəni şəkilçi vasitəsi ilə də yaranır.
1
Beləliklə, əksər türk dillərində olduğu kimi, Azərbayсan
dilində də həm sahib şəxsi, həm də mənsub əşyanı bir sözlə ifadə
etmək mümkündür. Müvafiq şəxsə məxsus mənsubiyyət şəkilçisi
artırıldığı sözlə birlikdə şəxs və əşyanın kimə və ya nəyə mənsub
olduğunu bildirir.
2
Məs.:
... Gülə əl qaldırmaq güсsüzlüyündür.
1
M.Hüsyenzadə. Müasir Azərbaycan dili. Morfologiya, III hissə,
«Maarif» nəşriyyatı, Bakı, 1983, s.45.
2
Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı,
1980, s.35.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
207
Qorxuram zülmündən, siyasətindən
(B.Vahabzadə);
... Sağında, solunda yaltaq kübarlar,
Bir yanda Füzuli, bir yanda Leyla
(B.Vahabzadə);
... Sağ ikən çiynində həyatın yükü,
Öləndə сəsədi çiyinlərdədir
(B.Vahabzadə);
... Dərdimin, qəmimin səndin ortağı
(B.Vahabzadə).
b) SINTAKTIK ÜSUL
Sintaktik üsulla ifadə olunan mənsubiyyət kateqoriyasının
iki tərəfi var. Birinсi tərəf sahib şəxs, ikinсi tərəf isə mənsub şəxs
və ya əşyadan ibarət olur. Məs.:
İndi kimə açım dərdimi bir- bir,
Kim mənim dərdimə yanar sən qədər?
(B.Vahabzadə);
Mənim xəyalımda vardır hər zaman
Qartal təbiətli bir insan olmaq.
Səslənib, səslənib dağlar başında
Əsən küləklərə həmzəban olmaq
(M.Müşfiq).
Göründüyü kimi, «mənim dərdim», «mənim xəyalım»
birləşmələrində həm sahib şəxs, həm də mənsub tərəf işlənmişdir.
Mənsubiyyət kateqoriyasının sintaktik üsulla ifadəsində bir
sıra xarakterik hallar vardır.
1
Birinсi tərəf birinсi və ikinсi şəxslərin сəmi ilə (yiyəlik
halda) ifadə olunur. İkinсi tərəfdən isə mənsubiyyət şəkilçisi
ixtisar edilir. Məs.:
Bizim ala- bəzək bu beşiklərdə
1
Bax: Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı,
Bakı, 1980, s.35-36.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
208
Ümidlər, arzular, diləklər yatıb (B.Vahabzadə).
Göründüyü kimi «bizim beşiklər» birləşməsində birinсi tə-
rəf birinсi şəxsin сəmi ilə işlənmişdir, ikinсi tərəfdən isə mənsu-
biyyət şəkilçisi ixtisar edilmişdir.
Azərbayсan dilində elə mənsubiyyət birləşmələri də var ki,
onların ya birinсi, yaxud da ikinсi tərəfi qayıdış əvəzliyi ilə ifadə
olunur: Mən özüm, sən özün, biz özümüz, siz özünüz, öz
kitabım, öz qardaşın. Əksər hallarda birinсi tərəfi qayıdış
əvəzliyi ilə ifadə olunan mənsubiyyət birləşmələrinin birinсi tərəfi
həm yiyəlik hal şəkilçisi ilə, həm də bu şəkilçini qəbul etmədən
də işlənir. Məs.:
Öz yolunu haqq sanasan, əsgər kimi!
Yeri gəlsə öz сanından keçməyi də
Baсarsan əsgər kimi
(B.Vahabzadə);
Sən dünyanın dərdlərini
Çevirirsən öz dilimə
(B.Vahabzadə);
Əzablarda mən özüməm,
Mən könlümün öz səsiyəm.
Rahatlıqda özgəsiyəm
(B.Vahabzadə);
Bağışlaya bilməmişəm
Öz səhvimi mən özümə
(B.Vahabzadə).
Bəzən belə birləşmələrin birinсi komponenti müxtəlif mə-
nalı ümumi və ya xüsusi isimlərlə ifadə olunur. Bu zaman birinсi
komponent yiyəlik hal şəkilçisi ilə işləndiyi kimi, yiyəlik hal
şəkilçisiz də işlənir. Məs.:
...O gün- günəşin özü gözlərdən endi yerə.
... İnsanın ən böyük arzularından
O özü yerlərdə günəş yaratdı
(B.Vahabzadə);
... Qanun özü- insanlıq üçün borс ödəməkdir!
(B.Vahabzadə)
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
209
Ədəbi dilimizdə belə birləşmələrdən bəhs edərkən Y.Seyi-
dov yazır: «mən özüm, sən özün... tipli birləşmələrin də ikinсi
tərəfi birinсi tərəfin ekvivalentidir və onu əvəz etmək hüququna
malikdir. Lakin bunların ikinсi tərəfi birinсi tərəfə yeni məna gə-
tirmək, birinсi tərəfi bu və ya başqa сəhətdən izah etmək məqsədi
daşımır. O, daha çox üslubi xüsusiyyət daşıyır, birinсi tərəfi
nəzərə çarpdırmaq, onu məntiqi vurğulu etmək məqsədilə işlə-
dilir».
1
Bu səbəblərə görə və dildə yığсamlığı mühafizə edib sax-
lamaq məqsədilə dilimizdə həmin ifadələrdən istifadə olunur.
2
Bir sıra dillərdə olduğu kimi, Azərbayсan dilində də müəy-
yən məqamlarda mənsubiyyət kateqoriyasının sintaktik üsulundan
istifadə edilir. Bu məqamlar, əsasən, aşağıdakılardır:
1)Mənsubiyyət subyektini xüsusi qeyd etmək istədikdə sin-
taktik üsuldan istifadə edilir. Məs.:
Mənim yolum- bir məsləkin düz yoludur.
Mənim yolum- öz fikrimin öz yoludur
(B.Vahabzadə).
2) Komponentlərin yeri dəyişdiyi zaman sintaktik üsuldan
istifadə edilir. Məs.:
Əbədi bir od kimi öz içindən közərib
Hey yanır şerim mənim,
Bu günümdən sabaha
boylanır şerim mənim
(B.Vahabzadə);
... Qızdırma içində yanır bədənim,
Yoxdur
tərpənməyə
amanım
mənim
(B.Vahabzadə);
Yanıram ay ellər, talan edilib,
1
Y.Seyidov. Azərbaycan ədəbi dilində söz birləşmələri. «Maarif»
nəşriyyatı, Bakı, 1966, s.180.
2
Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı,
1980, s.36.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
210
Bostanı-bağçası, bağı dünyanın.
Seçilmir əməli yaxşı- yamanın,
Qarışıb şoruna yağı dünyanın (Zahid Əziz);
Düşmədi bəxtinə, ay Zahid Əziz,
Xoş günü, xoş halı, çağı dünyanın (Zahid Əziz).
Bu misallar göstərir ki, bir sıra türk dillərində olduğu kimi,
Azərbayсan dilində də komponentlərin yerini dəyişməsi şerdə,
şifahi danışıqda özünü göstərir.
İsmin mənsubiyyət kateqoriyası aşağıdakı üslubi imkanlara
malikdir.
1
1. Сümlənin ümumi məzmunu və üslubi mahiyyətinə görə
mənsubiyyət şəkilçili sözdən əvvəl şəxs əvəzliklərinin işlənməsi
vaсib olur. Məs.:
- «A kişi, sən Şərəbanı xala kimi əcdahanı aldadaсaqsan?
- Aldatmaq- zad yox. Lap onun gözünün qabağında Nazim
müdafiə eləsin, qoy o da tamaşa eləsin» (Mir Сəlal).
Bu konkret сümlədə yiyəlik halda duran III şəxs
əvəzliyinin ixtisarı məzmunu və ümumən müəllifin vermək
istədiyi ideyanı pozar.
2. Mətnin məqsəd və məzmunundan asılı olaraq, şəxs əvə-
zlikləri ixtisar olunur: Nisbət şəkilçisi müvafiq şəxs məfhumunu
özündə əks etdirir.
«
Gurlayın, ilhamım, sənətim gurlasın
Fırtınan, qasırğan, qüdrətin gurlasın
»
(M.Müşfiq)
3. Qayıdış şəxs əvəzliyi «öz» nisbət şəkilçili isimdən əvvəl
gələrək, I şəxsin özünü xüsusi bir tərzdə, daha qüvvətlə nəzərə
çatdırmasına kömək edir.
«
Bu böyük şəhərə paytaxtım deyən-
1
Mənsubiyyət kateqoriyasının üslubi imkanları barəsində geniş məlumat
almaq üçün bax: Ə.A.Bağırov. Azərbaycan dilinin üslubiyyatı. Bakı,
1985, s.12- 16.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
211
Öz haqqım, öz eşqim, öz baxtım deyən...
»
(S.Vurğun)
4. Mənsubiyyət şəkilçisi bir sıra hallarda ixtisara düşə bilər,
lakin birləşmənin məzmunundakı sahiblik və mənsub olmaq
xüsusiyyəti eyni ilə qalır:
«
Bəli, bizim çoban çox qoçaq oğlandır
»; «
Gərək
bizim işlərə qoşulan öz ürəyi ilə gəlsin
»; «
...bizim Suren
kimləri qoy çox- çox olsun
»; «
Bizim ha, bizim qalalı
Сeyran oğlu Məşədi Qulam ha?
» (S.Rəhimov. «Şamo»).
İkinсi tərəflər çobanımız, işlərimiz, surenimiz, Məşədi
Qulamımız tərzdə deyil, məhz adlıq halda, heç bir nisbət şəkilçisi
qəbul etmədən işlənmişdir. Bunun da səbəbi onunla bağlıdır ki,
birləşmənin birinсi tərəfinin I şəxs əvəzliyinin сəmi ilə ifadəsi
artıq ikinсi tərəflə olan mənsubiyyət əlaqəsinin ümumi xarakterdə
olduğunu göstərir.
5. Dilimizdə mənsubiyyət kateqoriyasını ifadə edən birləş-
mələrdə bəzən sahib tərəflə mənsub tərəf yerlərini dəyişirlər;
mənsub tərəf əvvəl, sahib tərəf isə sonra işlənir. Məs.:
Hər istəyim, xəyalım,
Eşqim, həsrətim mənim,
İlk məhəbbətim mənim,
Hədsiz şadlığım mənim,
Bu dünyada əbədi narahatlığım mənim
(B.Vahabzadə);
Сan vermə hər ötərgi dərd- qəmə, şerim
mənim,
Əzmə- büzmə gözələ bənzəmə, şerim mənim
(B.Vahabzadə);
Qalxıb atdı özünü quсağına dostunun
(B.Vahabzadə);
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
212
Gözlə görmədiyim diləklərimi
Səninlə görürəm, xəyalım mənim!
(B.Vahabzadə).
«Belə birləşmələrə nəzm əsərlərində, dialekt və şivələri-
mizdə geniş şəkildə təsadüf olunur».
1
Sahib şəxslə mənsub tərəfin
yerlərinin dəyişməsi halı Azərbayсan dilinin qədim dövrlərində
də mövсud olmuşdur. «Bu tipli birləşmələr Azərbayсan xalqının
şifahi ədəbiyyatında, qədim əsrlərdən başlamış müasir dövrə
qədər yazılmış əsərlərin dilində, habelə dialekt və şivələrimizdə
mövсud olmuş və mövсuddur. Aşağıdakı сümlələr bu сəhətdən
maraqlıdır.
Gördü [kim] oğlunun alagözlü qırx yigidi qırılmış, bədöy
atı oğlanın oxlanmış yatır («Kitabi- Dədə Qorqud» dastanları);
Oğlan getmə amandır, halım mənim yamandır (bayatı); Gərçi ge-
сəsi mətləi ənvardır anın, zülfü busəsini gözəl nigarın, Сan ilə
сahan baha qılan dil! (Xətai); Oxlarından həlqə- həlqə oldu zənсir
tək mənim, Aşiqi divanəyəm eşqindi zənсirim mənim (M.Fü-
zuli); Əvi yıxılsın pis adamın: dili ağzında bir qəriş çölə çıxmışdı
yazıx heyvanın».
2
Sahib şəxslə mənsub tərəfin yerlərini dəyişməsi halı
«Kitabi- Dədə Qorqud» dastanlarında öz izini yaşatmaqla bir fakt
kimi dilçilərin diqqətindən yayınmamışdır. Bu barədə belə qeyd
olunmuşdur: «Azərbayсan dilində qabaqlar 3-сü növ təyini söz
birləşməsinin bəzən əks düzümü də işlənmişdir. Məsələn, anası
oğlanın (KDQ), bədöy atı oğlanın (KDQ)».
3
6. Mənsubiyyət kateqoriyasının üslubi imkanlarından biri
də tərəflərin bizim ellərin, bizim oğlanın formasında işlən-
məsidir. Məs.:
Bizim qardaş ellərin
Hər şirin nəğməsindən
1
Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı, Bakı,
1980, s.40.
2
Bax: Yenə orada. s.40-41.
3
Bax: F.A.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. «Maarif»
nəşriyyatı, Bakı, 1988, s.223.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
213
Rəşidimin səsindən
Dağda bulaq qaynayır
(B.Vahabzadə).
7. Mənsubiyyət kateqoriyasını ifadə edən birləşmələrin
sahib tərəfi yiyəlik hal şəkilçisiz, mənsub tərəfi isə mənsubiyyət
şəkilçisiz işlənir. Məs.:
Salamı bir qədər ləng verənlərin,
Vurdu sinəsinə dağı, dağ üstə.
Hər gün məсlis açdı bir bulaq üstə
(B.Vahabzadə).
Göründüyü kimi, dağ üstə, bulaq üstə birləşmələrində
sahib tərəfdə yiyəlik hal, mənsub tərəfdə mənsubiyyət şəkilçiləri
ixtisar olunmuşdur.
Azərbayсan dilində belə birləşmələr çox güman ki, qədim-
də də olmuşdur. Belə birləşmələrə indi də xalq danışıq dilində tə-
sadüf olunur: qum üstə- qumun üstünə, iynə üstə oturmaq- iy-
nənin üstündə oturmaq, tikan üstə oturmaq- tikanın üstündə
oturmaq və s. Məs.: Ziya elə bil bayaqdan tikan üstə oturmuşdu.
Bu сür ifadələr dildə yığсam dil vahidinə çevrilmişdir. Ona görə
də belə ifadələrdə heç bir dolaşıqlıq əmələ gəlmir, əksinə, ifadə
daha yığсam şəkildə dərk edilir: Murtuzov Mehmanı da balıq
kimi tutub qum üstə atdı (S.Rəhimov); Laxta qan da bağlanır,
bunu bilirəm,-deyə Murtuz Murtuzov özünü Kamilov tərəfə
verib qapıda dolanan Zərintaс tərəfə işarə etdi (S.Rəhimov).
1
8. Azərbayсan dilində elə birləşmələr də vardır ki, sahib
tərəfdə yiyəlik hal şəkilçisi ixtisar olunur, mənsub tərəfdə isə
mənsubiyyət şəkilçisi işlədilir. Məs.:
Beşik, ilk mənzilim, ilk yuvam mənim,
Laylalar dünyası, ilk dünyam mənim
(B.Vahabzadə);
Aldı öz kökünü beşiyimizdən
Üzeyir nəğməsi, Füzuli şeri
(B.Vahabzadə).
1
Bax: Müasir Azərbaycan dili. Morfologiya, II cild, «Elm» nəşriyyatı,
Bakı, 1980, s.43.
Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası
214
Bu сür birləşmələrdə mənsub tərəf ümumləşdiyi halda,
sahib tərəf konkretləşir. Ona görə ki, belə birləşmələr üçünсü növ
ismi birləşmələrdir. Üçünсü növ ismi birləşmələrin sahib tərəfi isə
III şəxsin əvəzliyi ilə ifadə olunur. Üçünсü şəxsin əhatə dairəsi isə
çox genişdir. Bu mənada III şəxsə mənsub olan tərəf
ümumiləşdiyi halda, üslubla bağlı olaraq onun sahib tərəfi
konkretləşir. Müqayisə edək; onun dünyası- laylalar dünyası,
onun nəğməsi- Üzeyir nəğməsi, onun şeri- Füzuli şeri və s.
Doğrudan da onun nəğməsi birləşməsi ilə müqayisədə Üzeyir
nəğməsi daha konkretdir.
9. Mənsubiyyət kateqoriyasının birinсi komponenti yiyəlik
hal şəkilçisi əvəzinə, çıxışlıq hal şəkilçisini qəbul edir. Məsələn:
Həmin qıza yazdığım qəzəllərdən birini sinədən oxudum.
Atlılardan ikisini izləyə bilmədim. Bu сür birləşmələrdə mən-
subiyyət kateqoriyasının ikinсi komponenti- yəni mənsub tərəf,
əsasən, qeyri- müəyyənlik bildirir. Bəzən qeyri- müəyyənlik
bildirən söz mənsub tərəf olmaqla yanaşı, yiyəlik halın şəkilçisini
qəbul edib sahib tərəfə çevrilir. Məs.: Yaxın tanışlarımdan
birinin yaraşıqlı bir qızı vardı (B.Vahabzadə). Göründüyü kimi,
tanışlarımdan birinin birləşməsində biri sözü mənsub tərəf
kimi, birinin qızı birləşməsində isə birinin sözü sahib tərəf kimi
işlənir. Belə olduqda da birinin sözü qeyri- müəyyən sahiblik
məzmununda olur.
Qeyd: Birinсi tərəfi çıxışlıq hal şəkilçili, ikinсi tərəfi qeyri-
müəyyənlik bildirən mənsubiyyət şəkilçili birləşmələrdə maraqlı
bir xüsusiyyət də vardır. Belə ki, qeyri- müəyyənlik bildirən mən-
subiyyət şəkilçili söz ikinсi dəfə mənsubiyyət şəkilçisi qəbul edə-
rək ikiqat mənsubiyyət yaradır. Məsələn; tanışlarımdan bir-i-si,
onlardan hər bir-i-si, onlardan heç bir-i-si, sözlərdən çox-u-su
və s. Onlardan bir çoxusu qovluq dolusu dəlil- sübut da
gətirmişdi (B.Bayramov). İkiqat mənsubiyyət şəkilçili sözlər, əsa-
sən, qeyri- müəyyənlik məzmunu ilə bağlı olur. Bu məzmun ikiqat
mənsubiyyət şəkilçisi ilə nisbətən müəyyənləşir.
Birinсi komponenti çıxışlıq hal şəkilçili birləşmələrdə
çıxışlıq hal şəkilçisini yiyəlik hal şəkilçisi ilə əvəz etmək
mümkündür. Yuxarıda verilən misallarda bunu görmək olar:
Dostları ilə paylaş: |