Sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir:
baş vermiş hadisənin qanunvericiliyə, bu Qaydalara və Sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi;
20.2.3 bəndi nəzərə alınmaqla, sığorta olunan şəxs və/və ya sığorta hadisəsi barəsində Sığortalının/Sığorta olunanın Sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində Sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması;
20.4.1 bəndinin tələblərinə əməl edilməməsi nəticəsində Sığortaçının hadisənin səbəblərini və/və ya dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması ilə əlaqədar onun mənafeləri əhəmiyyətli dərəcədə pozulduqda;
Sığortaçının sığorta hadisəsinin baş verməsi səbəblərini araşdırmasına Sığortalı və ya Sığorta olunan tərəfindən maneçilik törədilməsi;
sığorta hadisəsinin sığorta haqqı və ya onun hər hansı bir hissəsinin qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulmuş ödənilməsi müddəti başa çatdıqdan 15 gün sonra, Sığortaçının Sığortalını yazılı surətdə xəbərdarlıq edərək müddət müəyyən etdiyi halda müəyyən edilən müddətin başa çatmasından 3 gün sonra baş verməsi halında sığorta haqqı və ya onun müvafiq hissəsi ödənilmədikdə.