Problemin aktuallığı – fontan zamanı neft, qaz, su və açıq lülədən qopan süxur hissəcikləri böyük sürətlə quyudan kənara atılır. Quyuda baş vermiş qaz fontanı zamanı özü ilə açıq lülədən çıxardığı abrazib süxur hissəcikləri quyu ağzındakı metal hissəciklərə zərbə vurduğu üçün qığılcım yaranır. Quyudan gələn qaz atmosferdəki oksigenlə qarışdığı üçün yaranan qığılcım yanma yaradır. Yanma prosesi intensiv olduqda quyu ağzındakı buruq qülləsi yüksək temperaturla qızdığından deformasiyaya uğrayır və uçur. Nəticədə baş vermiş fontanın ram edilməsi xeyli çətinləşir.
Dənizdə qazılan quyularda qaz fontanı baş verdikdə işçilərin sağlamlığı üçün çox böyük təhlükə yaradır və baş vermiş qaz fontanının ram edilməsi xeyli mürəkkəbləşir.
Quyuda yaranmış qaz fontanının ram edilməsi mümkün olmadıqda müəyyən zaman keçdikdən sonra qazılmış quyunun lüləsində dağılan laylardakı süxurlar uçaraq quyu lüləsinin bağlanmasına səbəb olduğundan qaz fontanı dayanır.
Dostları ilə paylaş: |