Nəticə və təkliflər.....................................................................................................41
İstifadə olunan ədəbiyyat........................................................................................42
GİRİŞ
Neft və qazın istismarının artırılması, yüksək məhsuldarlıqlı yataqların işlənməsinin sürətləndirilməsi və yeni qaz-neft yataqlarının mənimsənilməsində əsas faktorlardan biri də quyuların qazılmasıdır. Qazmaçıların qarşısına qoyulan əsas məsələlərdən biri dərin neft və qaz quyularının layihəsini hazırlamaqla onun böyük sürətlə istismarını təmin etməkdir. Layihələndirmə işlərinin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün quyuların qazılması zamanı baş verən təzahür və mürəkkəbləşmələrdən yaranan qəzalar geniş təhlil edilərək həll yolları müəyyən edilməlidir.
Quyuların qazılması zamanı getdikcə dərinliyin artması nəticəsində geoloji mürəkkəbləşmələrin artması və quyularda yaranmış açıq fontanlardan itkilərin müşahidə olunması yaranan təhlükələrin səbəblərinin geniş təhlilini tələb edir. Hazırda qazma zamanı baş verən mürəkkəbləşmələrin, o cümlədən açıq fontan və təzahürlərin aradan qaldırılmasına sərf edilən vaxt itkisi qazıma balansının hiss ediləcək hissəsini təşkil edir. Quyuların qazılmasının texnika və texnologiyasını yaxşılaşdırmaq üçün baş vermiş təzahürlərin yaranma səbəblərinin ətraflı öyrənilməsi üçün tədqiqat işlərinin genişləndirilməsi lazımdır.
Dostları ilə paylaş: |