4.Qrafiki materialların sayı və məzmunu
.1 İşlənmə göstəricilərinin dinamikası. 1)Quyuda neft hövzəsinin sxemi. 2) Plaşkalı preventor. 3)Açıq fontan zamanı qazma borusunun quraşdırılması. 5) Yanğının su ilə söndürülməsi sxemi
2 Hesabat nəticələrinin qrafikləri .
____________________________________________________________________________________
5. Buraxılış işinin bölmələri üzrə məsləhət (ehtiyac olduğu hallarda)
6. Buraxılış işinin hazırlanıb ilkin müdafiəyə təqdim edilmə vaxtı. 20.05.2019
7. Tapşırığın verilmə tarixi 16.02.2019
Kafedra müdiri: prof. Salavatov T.Ş
Buraxılış işinin rəhbəri: dos.. Axundov C.S.
Tapşırığı icra etməyə qəbul etdim_____________________________________
(tələbənin imzası, tarix)
*Tapşırıq əyani şöbənin ΙΙΙ kurs və qiyabi şöbənin ΙV kurs tələbələrinə yay təcrübəsi qabağı verilir.
REFERAT
Verilmiş “Pirallahı yatağında qazılan quyularda baş verən təzahürlərin tədqiqi” adlı buraxılış işində neft-qaz quyularının qazılması zamanı yaranan təzahürlər, onların tədqiqi və yaranmış təzahürlərin aradan qaldırılması üsullarına baxılır.
Quyuların qazılmasında dərinliyin artması nəticəsində geoloji mürəkkəbləşmələr və açıq fontanların baş verməsi müşahidə olunur. Baş verən mürəkkəbləşmə, açıq fontan və təzahürlərin aradan qaldırılması üçün onların yaranma səbəbləri ətraflı öyrənilir.
İşin məqsədi və xarakteri: Birinci fəsildə ilk öncə ədəbiyyat icmalı verilmişdir. Həmçinin, quyularda baş verən təzahürlərin tədqiqi və qarşısının alınması üçün yaradılmış yeni üsullar haqqında məlumat verilmişdir.
İkinci fəsildə tədqiqat üsulları araşdırılmış, təzahürlərin baş vermə səbəbləri: qazıma alətini qaldıran zaman, udulma baş verdikdə, qoruyucu kəmərin sementlənməsindən sonra, qazıma zamanı yaranan qrifonlar, yüksək anomal təzyiqli laylardan quyularda yaranan təzahürlər göstərilmiş və tədqiq olunmuşdur. Həmçinin baş verən təzahürlər mürəkkəbləşmələrə səbəb olur. Mürəkkəb geoloji şəraitdə qazılan quyularda yüksək təzyiqli neftli-qazlı layların açılması çox böyük təhlükə yaratmaqla qazma qurğularının, hidrotexniki qurğuların məhvinə səbəb olur və insan tələfatı ilə bərabər çox böyük həcmdə maddi vəsait itkisinə gətirib çıxarır.
Üçüncü fəsildə isə neft hövzəsi yaratmaqla, maili quyular qazmaqla təzahürün aradan qaldırılması və açıq neft-qaz fontanının aradan qaldırılması üsulları göstərilmişdir. Quyularda baş verən mürəkkəbləşmə və təzahürlərin yaranma səbəbləri təhlil edilir və bu təhlilə əsasən quyularda qəzalar baş verdikdə onların tez bir zamanda aradan qaldırılması, baş verən qrifonun aradan qaldırılması, açıq fontan zamanı quyuağzı avadanlıqların quraşdırılması və s. işlər görülür.
Buraxılış işində əldə olunan nəticə və təkliflər qeyd olunmuş və son olaraq istifadə olunmuş ədəbiyyat siyahısı verilmişdir.
Dostları ilə paylaş: |