Xəzər dənizinin neft və qaz ehtiyatları
Xəzər dənizinin müasir neft - qaz yataqları 1949 - ci ildən bəri istismar olunur. İndiki neft - qaz yataqları əsasən Azərbaycanın dəniz sektorunda yerləşir. Bundan ən mühümləri Neft Daşları , Bulla - dəniz , Çilov adası , Qum adası,”Bahar”, Səngəçal - dəniz , Duvannı - dəniz , Cənub Palçıq pilpiləsi və s . göstərmək olar. Xəzərin qərb və şərq sahil zonalarında da neft - qaz yataqları kəşf edilmiş və istifadəyə verilmişdir . Lakin Xəzər dənizinin neft - qaz ehtiyatlarından daha geniş və səmərəli istifadə edilməsi dərəcəsinə görə onun sahillərində yerləşən ölkələr arasında Azərbaycan Respublikası birinci yerdə durur . Xəzərin dərinliklərindən neft və qazın çıxarılması əməliyyatı və bununla da dəniz neft-qazçıxarma sənayesinin yaradılmas ilk dəfə olaraq məhz Azərbaycana nəsib olmuşdur . Azərbaycan Respublikası dünyada neft- qazla zəngin ölkələrdən biridir. Ərazisini 70% perspektivli strukturlara malikdir. Xəzərin şelf zonasında olan neft ehtiyatları geoloqlar tərəfindən 2,2-2,7mlrd. ton, 4-4,5 mlrd. ton, 6,3-6,6 mlrd. ton, müəyyənləşdirilmişdir ki, bu da ildə 20-30 mln ton həcmində daha 100 il neft çıxarmağa imkan verir. Təsdiq edilmiş qaz ehtiyatı 225mld m³ Xəzərin şelfində Şahdəniz yatağı nəzərə alınmaqla 1,5-7 m³ ehtimal olunur. Xəzərdə neft və qazkondensatı ehtiyatlarının 26%-i 3000m, 53%-i 3000-5000m və 21%-i isə 5000-7000m dərinliklərdə cəmləşib.
Neft Daşları Xəzər dənizinin 1949 - cu ilda istifadəyə verilmiş ilk və ən böyük məşhur yatağı olmuşdur.Yataq Bakıdan 100-110 km aralı dənizin şərq hissəsində yerləşir. Sahəsi 12 km²- dən artıq olmaqla , bir neçə qayalıq adalardan ibarətdir . Yuxarıda qeyd etdiyimiz kimi hələ 70 - ci illərdə Neft Daşları yatağından ildə 7 mln.t – dan artıq neft çıxarılırdı. Bu qədər neft Xəzər yataqları üzrə ehtiyatının 58 % - ni , respublika üzrə isə 35-36 % -ni təşkil edirdi. Yataqda neftin ehtiyatının azalması səbəbindən indi buradan ildə cəmi 700-800 min ton neft hasil olunur . Neft Daşları yatağından hasil olunan xam nefti sahilə nəql etmək üçün 1975 - ci ildə Neft Daşları ilə Çilov adası arasında 75 km uzunluğunda sualtı neft kəməri çəkilmişdir .Çilov adası ilə sahil arasında neft kəməri hələ 60 - cı illərdə çəkilmişdir.
Bulla adası ( Xərə Zirə adası ) yatağı Ələt burnundan 13 km aralı , şimalda yerləşir . Yatağın sahəsi 35 km olmaqla vulkanik ada hesab olunur . Burada 1857 ,1940 və 1963 - cü illərdə güclü palçıq vulkanı püskürmüşdür . Adanın dəniz akvatoriyasında Sənkəçaldakı Duvanni - dəniz və Bulla - dəniz yataqları mövcuddur . Bu yataqlar Bakıdan 45 km cənub - qərbdə yerləşirlər . Bul adası yataqlarında kəşfiyyat işləri 1958 - ci ildən aparılmış , neftin çıxarılmasına isə 1963 - cü ildən başlanılmışdır .
Çilov adası ( Jiloy adası ) yatağı Pirallahı adasından , cənub - şərqdə yerləşir . Xəzər dənizi səviyyəsinin enməsi ilə əlaqədar olaraq Çilov adası yaxınlıqdakı Urunos adası ilə birləşmişdir . Çilov adasının sahəsi 6 km² Yataq 1947-48 - ci illərdən kəşf olunmuş , neft - qazın Qazılmasına isə 50 - ci illərdən başlanılmışdır .
Qum adası yatağı Bakı arxepelağında yerləşməklə 1,3 km² sahəyə malikdir . Ada danba vasitəsilə sahilə birləşdirilmişdir . Yataq 1951 - ci ildə kəşf olunmuş , min ildən də neft və qaz çıxarılır .
« B a h a r » yatağı Bakıdan 35-45 km aralıda yerləşir. Xəzərin Azərbaycan ərazisində ən böyük müasir işlədən tabii qaz yatağı hesab olunur . Yataq 1962-63 - cü də kəşf olunmuş , təbii qazın çıxarılmasına isə 1968 – ci ildən başlanılmışdır . Burada çıxarılan qazı sahilə nəql etmək məqsədilə bir -birinə parallel olaraq 4 sualtı kəmər çəkilmişdir.
Cənub Qaz - kondensat yatağı Bakıdan 60 km şimalda , Çilov adasından 5 km cənub - qərbdə yerləşir . Yataqda ilk kəşfiyyat quyusu 1951 - ci ildə qazılmış , 60 - ci illərdən isə təbii qaz və neft çıxarılmasına başlanılmışdır.
Darvin bankasi yatağı Bakının 45-50 km-liyində , şimal - şərqdə Pirallahı adasının şimalında yerləşir. Burada neft- qaz ehtiyatlarının olması 1950 - ci ildə müəyyən edilmişdir.
Palçıq pilpiləsi yatağı Neft Daşlarının şimal -qərbində , Pirallahı adasının şərqində yerləşir . Yatağın kəşfiyyat dövrü 1952 - ci ilə, neftin çıxarılması dövrü isə 1954-55 - ci illərə təsadüf edir.
Xəzər dənizi yataqlarının istismarı ilə əlaqədar olaraq Azərbaycanın neft və qaz istehsalında dəniz yataqlarının xüsusi çəkisi ildən - ilə əhəmiyyəti miqdarda artır.
Dəniz yataqlarının istifadəyə verilməsindən sonra ( 1950 - ci ildən ) Azərbaycanda neft hasilatında dəniz yataqlarının xüsusi çəkisi ildən-ilə əhəmiyyətli dərəcədə artmağa başlamışdır . Bu artım xüsusilə 60 - cı illərdən bəri daha çox özünü biruzə vermişdir. Hazırda Azərbaycan dəniz yataqları üzrə 6 Neft qazçıxarma İdarəsi ( NQÇİ ) fəaliyyət göstərir.
Qeyd etmək lazımdır ki , Xəzərin digər sektorlarında da neft və qaz ehtiyatlarının olmasına baxmayaraq , Azərbaycan sektorundakı kimi ondan səmərəli istifadə olunmur . Qazaxstanın Mangistau yarımadasının cənub akvatoriyasında zəngin neft - qaz ehtiyatları cəmləşmişdir . 1961-62 - ci illərdə Mangistau yarımadasının cənub hissəsində Uzen və Jetıbay kimi iri neft yataqlarının kəşfi dənizdə kəşviyyat işlərinin xeyli güclənməsinə imkan yaratdı. Indi buruda çox böyük kəşfiyyat işləri aparılır. Qazaxıstanın Təngiz 2-3 mld ton qiymətləndirilmişdir.
Xəzərin Türkmənistan akvatoriyaları və sahil zonaları , xüsusilə Çələkən yarımadası akvatoriyası zəngin neft-qaz ehtiyatlarına malikdir . Hələ 60-70 - ci illərdə Azərbaycan neftçiləri və mütəxəssislərinin bilavasitə iştirakı ilə Qərbi Türkmənistanın dəniz akvatoriyasında bir neçə buruq qazılmış və neft-qaz çıxarılmasına nail olunmuşdur. 1987-ci ild’n 10 yataq o cümlədən 3 neft -Çələkən, Qumdağ, Nebitdağ, 5 neft-qaz -Şərqi Çələkən, Qoturtəpə, Barsagəlməz Burun, Kyuçik, 2 qazkondensat -qızılqum, qaratəpə yataqları olmuşdur.Bu yataqlardan neft-qaz, qazkondensat qırmızıqat(pliosen dövr) və ağcagil çöküntülərindən çıxarılır. Ümumiyyətlə istismar edilən yataqlar müxtəlif dərinlikdə 400-5000m arasında yerləşir. Ağcagil çöküntülərində neft qaz 6 strukturda ( Qoturtəpə, Barsagəlməz, Nebitdağ, Qumdağ, Qaratəpə, Qızılqum) çıxarılır.Şərq istiqamətdə bu çöküntülərin qalınlığı və qumluluğu artır. Çox güman ki paleo-Amurdərya Xəzər dənizinə bu yerlərdə tökülüb və ya onun mənsəbi şərqə (Önkopetdağ çökəkliyi) yerləşsədə dənizə çıxardığı çöküntülər dalğalanma və axınlar vasitəsilə buralar gətirilibdir. Abşeron çöküntüləri isə 3-6 yataqda yerləşib. (Qoturtəpə, Barsagəlməz, Qumdağ, Burun, və s). Qorqandağ –Okeram basdırılmış qalxma zonasında 12 yataq məlumdur. Bunlardan 7-si (Qorqandağ, Körpəcə, Qamışlı, Okeram, Cənubi okeram, Keymir, Ağpatlaux) neft qaz, 5(Ekiz-ağ, Cənubi-buğdaylı, Buğdaylı, Noğay, Ördəkli) qazkondensat yataqlarıdır.
Dağıstanın İzberbaş və İnçx dəniz yataqlarında neft - qaz ehtiyatları aşkar edilmişdir . Əvvəllərdə bu yataqlardan əhəmiyyətli miqdarda neft çıxarılırdı . Lakin son illərdə bu yataqların istismarı xeyli dərəcədə zəifləmişdir . Yataqların yenidən işlənilməsi üçün tədbirlər görülür.
Qeyd etmək lazımdır ki , Xəzər dənizində neft və qazın axtarışı , kəşfiyyatı , istismarı , sahilə nəql edilməsi , dəniz şəraitində lazım olan bütün avadanlıqların konstruktiyası və istehsalı ilə məşğul olan bütün idarə və müəsisələr Bakıda yerləşir.
« Xəzər dəniz neft-qaz sənaye » İstehsalat Birliyi sabiq Novetlər birliyi dövründə Xəzər hövzəsində ümumittifaq əhəmiyyətli yeganə idarə idi . İdarənin vəzifəsi Xəzərin Azərbaycan , Türkmənistan , Qazaxıstan və Rusiya ( Dağıstan ) sektorlarında neft- qazın axtarışı və kəşfiyyatı işləri aparmaqdan ibarət idi . Bu idarənin fəaliyyəti sayəsində dənizin göstərilən sektorlarında bir çox neft - qaz yataqları kəşf olunmuş və istifadəyə verilmişdir . Hazırda Birliyin tərkibinə Azərbaycanın Xəzər sektorundakı 6 NQÇİ, idarəsi, "Dəniz neft-qaz layihə" Elmi- Tədqiqat İnstitutu və s . daxildir.
« Xəzər neft-qaz donanma » idarəsinin vəzifəsi dəniz buruqları və estakadalar inşasını , yeni neft və qaz yataqları kəşfiyyatını üzən vasitələrlə təmin etməkdən və dəniz neft - qaz mədənlərinə və kəşfiyyatına xidmət göstərmədən ibarətdir.
« Dəniz neft-qaz layihə » Elmi-Tədqiqat İnstitutu dənizdən ilk neftin çıxarılması dövründən 1950 - cu ildə yaradılmışdır. İnstitut üzən qazma qurğuları konstruksiyalarının yaradılması , dəniz neft-mədən sahələrində əti mühitin çirklənmədən mühafizəsi , neft - mədən qurğulu tikiləcək rayonların öyrənilməsi , neft və qazın yığılma nəqletmə sisteminin tədqiqi , dəniz neft - mədən qurğuları avadanlığı və dənizdə boru kəmərlərinin davamlılığın təmin edilməsi və s . kimi işlərlə məşğuldur.
Dostları ilə paylaş: |