Xəzər dənizinin neft və qaz ehtiyatları



Yüklə 20,45 Kb.
səhifə2/2
tarix20.10.2023
ölçüsü20,45 Kb.
#157891
1   2
633618046-neft-qaz-docx

Qərbi Türkmənistanda 1987-ci ilədək 10 yataq, o cümlədən 3 neft (Çələkən, Nebitdağ, Qumdağ), 5 neft qaz və ya qazlı neft (Şərqi Çələkən, Qoturtəpə, Barsagəlməz, Burun, Kuycik), və 2 qaz kondensat (Qızılqum, Qaratəpə), yataqları olmuşdur. Bu yataqlarda neft, qaz, qaz kondensat, qırmızı qat, ağcagil və abşeron çöküntülərində çıxarılır. Ən çox neft-qaz verən qırmızıqat çöküntüləridir, xüsusən onun 300-500 metrlik üst hissəsi. Ümumiyyətlə istismar edilən yataqlar müxtəlif dərinlikdə yerləşib, 400-5000 metr arasında dəyişir.
Ağcagil çöküntülərindən neft, qaz 6 sturukturda (Qoturtəpə, Barsagəlməz, Nebitdağ, Qumdağ, Qaratəpə, Qızılqum) çıxarılır. Şərq istiqamətində bu çöküntülərin qalınlığı və qumluluğu artır. Çox güman ki o dövürdə paleo-Amudərya Xəzər dənizinə bu yerlərdə tökülüb və ya onun mənsəbi şərqə (Ön Konetdağ çökəkliyi) yerləşsə də dənizə çıxartdığı çöküntülər dalğalanma və axınlar vasitəsi ilə buralara gətirilibdir.
Abşeron çöküntüləri Qoturtəpədə, Barsagəlməzdə, Burunda, Nebitdağda və Qumdağda nefitli qazlıdırlar. Yataqlar 3-6 horizontda yerləşmişdir.
Qorqandağ-Okarem baştırılmış qalxma zonasında 12 yataq məlumdur. Bunlardan 7-si (Qorqandağ, Körpəcə, Qamışlı, Okarem, Cənubi Okarem, Keymir, Afpatlayx) neft-qaz, 5-i (Ekiz-Af, Cənubi Buğdaylı, Buğdaylı, Hofay,Ördəkli) qaz kondensat yataqlarıdır. Yataqların hamısı qırmızı qatda, xüsusilə onun alt hissəsində yerləşmişdir. Qızılqumda 1, Ördəklidə isə 2 qaz kondensat yataqlar afcagil və qırmızıqat çöküntülərindəndir.
Qərbi Türkmənistanda neft-qaz təsərüfatın inkişafı üçün qırmızı qatın və ümumiyyətlə neftli qazlı çöküntülərin dabanını (aşağı sərhəddini) açmaq, layları pazlaşma zonası və qədim relyeflə əlaqədar qeyri struktur yataqların müəyyənləşdirilməsi üçün müvəfiq axdarışlar aparılması vacibdir.
Yüklə 20,45 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin