2. “ DƏLİ QADININ DAŞQALAQ OLUNMASI “
Mötəbər kitablarda və Səhihi Buxarinin şərhlərində, muxtəlif mətnlərdə bir hədis nəql olunmuşdur. Onun məzmunu belədir:
Zinaya murtəkib olmuş dəli bir qadını Ömərin yanına gətirdilər. Xəlifə, o qadının daşqalaq olunmasını əmr etdi. Əmirəl mö`minin (ə) bu məsələdən xəbər tutdu və bu hökmün icra olmasına mane oldu. Ömər hökmün icra olunmamasının illətini soruşduqda Həzrət (ə) cavabında buyurdu: - Məgər neçə nəfərdən hökmün götürülməsini bilmirsənmi? Dəlidən onun dəliliyi aradan gedincə, uşaqdan yetginliyə çatınca və həmçinin yuxuda olan şəxsdən oyanınca.1
Məsələnin daha aydın olması üçün Sunəni Davuddan hədisin mətninə diqqət edin. Hədisi belə nəql edir:
.... عن ابن عباس قال اتي عمر بمجنونة قدزنت فاستشار فيها اناساً فأمر بها: ان ترجم فمربها علي ابن ابي طالب رض فقال ماشان هذه؟ قالوا: مجنونة بني فلانة زنت، فأمر بها عمران ترجم قال: فقال: ارجعوا بها، ثم اتاه فقال يا اميرالمؤمنين اما علمت ان القلم قدرفع عن ثلاثة، عن المجنون حتي يبرء، وعن النائم حتي يستيقظ، وعن الصبي حتي يعقل؟! قال: بلي قال: فما بال هذه ترجم قال: فارسلها قال: فارسلها قال فجعل يكبر.
Bu hədis az bir fərqlə Əhməd ibn Hənbəlin musnədində , birinci cild səhfə yüz əlli dörddə qeyd olunmuşdur. İbn Əbdul Birr də “İstiab” kitabında bu hədisi gətirmiş və onun aşağısında bu cümləni də nəql edir:
فكان عمر يقول لولا علي لهلك عمر “Əgər Əli olmasaydı Ömər həlak olardı.”1
Lakin təəssüf ki, Buxari bu hədisi öz kitabında iki yerdə nəql etmiş, hər iki yerdə nəql edərkən Ömərin qəflətinə və ya cəhalətinə pərdə çəkmək üçün və yaxud Əli (ə)-ın Ömərin və başqa səhabələrin əleyhinə qəzavət etməsi kimi həqiqəti tapdalamaq üçün, o hədisin əvvəlini sənədi ilə bir yerdə kənara atmışdır. Çünki, Əli (ə)-ın qəzavətləri Peyğəmbər (s)-in əmri və göstərişləri əsasında idi. Buxari isə həmin hədisi qısa şəkildə çıxardaraq belə nəql etmişdir:
.... قال علي لعمر اما علمت ان القلم رفع عن المجنون حتي يفيق وعن الصبي حتي يدرك و عن النائم حتي يستيقظ؟.
Səhihi Buxari c-8, Kitabu Əlmuharibin bab- "La yərcimul məcnunu vəl məcnunə" Səhihi Buxari c-7, Kitabu Əttəlaq bab-Əttəlaqu fil əğlaqi ...
3.” ŞƏRABXORUN CƏZASI “
Səhihi Müslümdə və başqa sihahlarda qeyd olunmuş hədislərin məzmununa əsasən Peyğəmbər (s)-in zamanında şərab içməyin cəzası şallaq vurmaq və ədəbləndirmək idi. O həzrət (s) qırx şallaq vururdu. 2
Əbu Bəkr də öz xilafəti dövründə Peyğəmbər (s)-in həmin yolu ilə getmiş və qırx şəllaq vururdu.
Lakin, Əbu Bəkrin xilafətindən sonra Ömər bu hökmdə başqalarının sözünə baxdı və Əbdur-Rəhman ibn Ovfun məsləhəti ilə şərab içənə 40 şallaq əvəzinə 80 şallaq vurdu.
Bu məsəlinin izahına ehtiyac yoxdur. Xilafət məqamında olan və Peyğəmbər (s)-in məqamını qəsb etmış bir kəsin, uzun müddət icra olunmuş bir hökmün icrasında başqaları ilə məsləhətləşməsini və Peyğəmbər (s) və əvvəlki xəlifənin əməlini tərk etməsini dərk etmək çox da çətin deyildir. Özünü müsəlmanların xəlifəsi sayan, lakin əmələ gələndə səhabələrdən birinin hökmünə və əmrinə ehtiyac duyan bir şəxs üçün belə bir sual qarşıya çıxacaq ki; görəsən bu hökmü bilmirdimi? Tacirliyimi onu bu hökmü öyrənməkdən saxlamışdır? Yaxud Peyğəmbərinmi (s) əleyhinə əməl etmək istəyirdi ?
Necə olursa-olsun bu iş Buxarinin zövqünün əleyhinə olan bir işdir. Xilafət məqamını qorumaq üçün, hədisin əvvəl hissəsini yə`ni Peyğəmbər (s)-in şallaq vurmasını və Əbu Bəkrin o Həzrətdən (s) itaət etməsini nəql etmiş, lakin hədisin axır hissəsini, yə`ni Ömərin səhabələrdən məsləhətləşməsini isə hədisdən ixtisar etmişdir.
İndi də mətn və hədisin muqayisəsini əziz oxuculara təqdim edirik:
....عن انس ابن مالك ان النبي (ص) اتي برجل قد شرب الخمر، فجلده بجريدتين نحو اربعين، قال:
و فعله ابو بكر، فلما كان عمر، استشار الناس فقال عبدالرحمان ابن عوف: اخف الحدود ثمانين فامر به عمر.
Səhihi Müslüm c-5, Kitabul hudud-bab həddul-Xəmr;
... عن انس ابن مالك ان النبي (ص) ضرب في الخخمر بالجريد والنعال و جلد ابوبكر اربعين
Səhihi Buxari c-8, Kitabul hudud bab- Ma caə fi zərbin Şaribəl xəmr;
...عن انس قال جلد النبي (ص) في الخمر بالجريد والنعال وجلد ابو بكر اربعين.
Səhihi Buxari c-8, Kitabul hudud bab- Əz-zərbu bilcərid vən-nəal;
4.” SUDAN SORUŞMAQ ƏHVALATI “
Buxari “E`tisam kitabında” bir hədis nəql etmişdir ki hədisin mətni belədir:
...عن ثابت عن انس قال : كنا عند عمر فقال : نهينا عن التكلف 1
Sabit Ənəs ibn Malikdən nəql etmişdir ki; - Biz Ömərin yanında idik. O, dedi:- Bizi əziyətə düşməkdən çəkindirmişlər.
Bu hədisin Buxari tərəfindən bucür nəql olunması onun kəsilərək bir miqdarının atılmasını bildirir. Çünki, hər bi kəs onun mətninə azacıq diqqət yetirsə bu cümlələrin düz olmamasını anlayacaqdır. Bir sözlə silinmiş cümlələrin hədisin mətnində olmaması əsassız deyildir. Bu da onu bildirir ki, hədis üzərində dəyişiklik etməklə düzəlişlər aparılmışdır!!
Şükürlər olsun ki, başqa muhəddis və alimlər bu hədisi bütöv nəql etmişlər. Bununla da Buxarinin hədislərə nisbət xəyanətinin üzərindən pərdəni götürmüşlər.
İbn Həcər Səhihi Buxarinin şərhində hədisin mətnini belə nəql edir:
...ان رجلا سأل عمر بن خطاب عن قوله و فاكهة واباً ماالاب؟! فقال عمر : نهينا عن التعمق والتكلف:
Bir kişi Ömər ibn Xəttabdan وَفَاكِهَةً وَأَبًّا ً 1 “(Növbənöv) meyvələr və ot (ələf) yetişdirdik” ayəsində olan “Əbb” kəlməsinin mənasını soruşdu ki, "Əbb" nədir? Ömər onun cavabında dedi: Bizi belə məsələləri fikirləşərək əziyətə düşməkdən çəkindirmişlər.
İbn Həcər deyir:- Bu hədisin mətni Sabit tərəfindən iki yolla nəql olunmuşdur. Sonra isə belə deyir: Bu hədis başqa məzmunlarda da nəql olunmuşdur. Lakin bizim Ənəsdən nəql etdiyimiz Buxarinin qısaltdığı hədisi yaxşı tamamlaya bilər.2
Əziz oxucu! İbn Həcərin sözlərindən, Səhihi Buxaridə və Fəthul bari kitabında nəql olunmuş hədisin mətnlərinin bir biri ilə muqayisəsindən belə mə`lum olur ki;
Bu hədis də onlarla başqa hədislər kimi Buxarinin səliqə və zövqü ilə uyğun gəlməmiş və xəlifəyə olan xüsusi əlaqəsi ilə bir yerə siğmamışdır. Buna görə də Buxari ən gözəl çıxış yolu hədislərin əvvəllərini və ən mühüm cümlələrini kəsib atmaqla öz əqidəsinə bu yolla xidmət etmişdir. Ona görə də əvvəli və ya axırı kəsilərək atılmamış belə bir hədisi oxuyan hər hansı bir şəxsin istər istəməz zehnində bir sual onu düşümdürəcəkdir. O da budur ki, əgər Qur`ani Kərimin lüğətlərindən bir kəlmə və ya bir lüğətin mə`nası əziyyətə və zəhmətə səbəb olursa, dini mövzuların heç biri barədə gərək daha söruşulmasın və bundan sonra heç bir kəsin fikirləşməyə və sual etməyə haqqı yoxdur. Bəs elm və təlim barədə olan bu qədər fəzilətlər harada və nə vaxt dərdimizə dəyəcəkdir? Belə bir böyük mənsəbə sahib olan şəxs, necə ola bilər ki, Müqəddəs Qur`ani Kərimin lüğətlərinin mə`nasını yaxşı bilməsin?! (Nə yaxşı ki, ayə`nin aşağısında onu izahı gəlmişdir.)
Kiçik bir sualın qarşısında onun cavabı نهينا olan bir şəxs, böyük İslam ümmətinin rəhbərliyini necə öhdəsinə götürmüşdür?!
Bəlkə də belə sualların özü Buxarini vadar etmişdir ki, hədislərin başına oyun açmaqla onu qisa və naqis nəql etsin.
Bu hədisi, mətndə ixtilaf olmaqla tanınmış təfsirçilərdən Syuti, İbn Kəsir, Zəməxşəri, Xazen, Bəğəvi və Hakim mustədrəkdə "Əbəsə" surəsinin təfsirində nəql etmişlər. Həmçinin Səhihi Buxarini şərh edənlərdən İbn Həcər1, Eyni2 və Qəstəlani3, lüğət bilənlərdən İbn Əsir nihayədə4 gətirmişlər. Biz, Allahın köməyi ilə kitabın ikinci cildinin xilafət bəhsində bu dörd hədis barədə geniş bəhs edəcəyik.
Dostları ilə paylaş: |