5-6. “ OSMAN VƏ SOMƏRƏT İBN CUNDƏBİN ƏHVALATI “
Buxari bəzən hədislərdə gələn aşkar adları, şəxs əvəzlikləri, kinayə və ya “filankəs” kəlməsi ilə dəyişməklə onların həqiqi məzmununu gizlətmişdir.
1. Usamədən bir hədis nəql olunmuşdur. O, bu hədisdə Osmanın gördüyü işlərə irad etmişdir. Hədisin tərcüməsi belədir:
Usaməyə dedilər: Yaxşı olar ki, gedib Osmanla söhbət edəsən və onu bu işlərindən çəkindirəsən. Usamə cavabında dedi:- Siz elə düşünürsünüz ki mənim söhbətim gərək sizin qulağınıza çatmalıdır? Hansı ki mən xəlifə ilə ona irad etmədən bu barədə söhbət etmişəm. Usamə dedi:- Mən Peyğəmbər (s)-dan eşitdiyim məsələdən sonra mənə əmir və hakim olan hər kəsə yaxşı adam deyə bilmərəm. Çünki, Peyğəmbər (s) buyurmuşdur ki, qiyamət günündə bir nəfəri gətirib cəhənnəm oduna atarlar. Onun bağırsaqları od-alov içində qarnından çölə çıxar. Şiddətli ağrıların çoxluğundan dəyirman uzun qulağı kimi öz başına fırlanar. Cəhənnəm əhli onun ətrafına toplaşaraq deyərlər:- Niyə belə edirsən? Məgər yaxşılıqlara dəvət edib pisliklərdən çəkindirən sən deyildinmi? O isə deyər:- Bəli! Mən yaxşılıqlara dəvət edirdim lakin özüm yaxşı işlər görmürdüm. Pis işlərdən çəkindirirdim amma özüm pis işlər görürdüm.1
Əziz oxucu! Aşağıda mətnini yazaraq Səhihi Müslümdən nəql etdiyimiz bu hədis Usamə ibn Zeydin Osmana olan açıq iradını bildirir. Usamə, İslamın mubariz şəxsiyyətlərindən biridir ki, Peyğəmbər (s) vəfatı zamanı İslam bayrağını və qoşun başçılığını ona həvalə etmiş və böyük səhabələrə başçı tə`yin etmişdir. Üsamə həmin o şəxsdir ki, Peyğəmbər (s) son anlarında belə onun qoşunundan üz döndərəni lənətləmişdir. Belə bir böyük şəxsiyyətin Peyğəmbər (s)-dan eşitdiyi hədisə əsaslanaraq Osmanı dəyirman uzun qulaqlarından biri və cəhənnəmdə bağırsaqları çölə çıxmış, dəhşətli əzaba tutulmuş bir şəxs kimi tanıtdırmışdır.
Bu hədisi “Müslüm” iki yolla nəql etmişdir. Hər ikisində də Osman kəlməsi gözə dəyir. Buxari də həmin hədisi iki müxtəlif yolla nəql etmişdir. Lakin, hədisə başqa don geyindirmək və onun rəngini dəyişmək üçün Peyğəmbər (s) və Usamənin belə bir açıq iradı, Osmanın üzərindən götürmüş və hər iki yerdə çox məharətlə davranmışdır. Bir yerdə Osman əvəzinə mətndə şəxs əvəzliyi gətirmiş və ...قيل لاسامة الا تكلم هذا... yazmışdır. Başqa yerdə isə Osman kəliməsini “filankəs” kəliməsi ilə əvəz etməklə ...قيل لاسامة لواتيت فلاناً فكلمته.. nəql etmişdir.1
2. Yenə də Müslüm səhihdə və Əhməd ibn Hənbəl musnəddə Ömər tərəfindən Bəsrəyə hakim tə`yin olunmuş Somərənin şərab satdığını nəql edirlər. Bu hadisənin mətnində Somərənin adı iki dəfə gəlmişdir. Səhihi Müslümdən və Musnədi Əhməddən bu hədisin mətnini və tərcüməsini burada qeyd edirik:
Tavus, İbn Abbasdan nəql edir:- Ömərə Somərənin şərab satdığını xəbər verdilər. Ömər dedi:- Allah Somərəni öldürsün. Məgər o Peyğəmbər (s)-in yəhudilər barədə buyurduğu “Allah yəhudiləri öldürsün. Çünki Allah, heyvanların piyini onlara haram etmişdir. Lakin onlar Allahın əmrinin əksinə yağları bazara çıxardaraq satırdılar” kəlamını eşitməyibmi?!2
Bu hədisi Buxari də Somərənin yerinə "Filankəs" ibarətini gətirməklə nəql etmişdir:
باع خمراً فقال قاتل الله فلاناً الم يعلم....1 ... بلغ عمر ان فلاناً
Səhihi Buxarini şərh edənlərin çoxu hətta Səhihi Müslümü şərh edən, Nəvəvinin özü də həmin hədisin şərhində Buxarinin bu hədisə xəyanət etdiyini bildirmişlər. Bu nəzər də onlar tərəfindən örtülü və gizli qalmamışdır.
“ SƏHİHİ BUXARİDƏ HƏDİSLƏRİN MƏFHUMU “
Səhihi Buxarinin hədislərinin e`timadsızlığına beşinci dəlilimiz, bu hədislərin bir qisminin mənalarının nəql olunması və Buxarinin hədis nəql edənlərdən eşitdiyi kəlimələrin yazılmamasıdır.
Xətib Bağdadi, bu barədə Buxarinin özündən nəql edir ki:- Mən Bəsrədə eşitdiyim hədislərin bir çoxunu Şamda və Şamda eşitdiyim bir çox hədisləri də Bəsrədə yazmışam. Ondan soruşdular :- Ya Əba Əbdillah! Bu hədislər bütövmü yazılmışdır?! Buxari cavabında sakit qalaraq heç nə demədi.2
İbn Həcər deyir:- Səhihi Buxaridə baş vermiş nadir və təəccüblü işlərdən biri də bu kitabda bir hədis bir sənədlə nəql olunmuşdur. Həmin hədis həmin sənədlə, lakin başqa mətn və kəlimələrlə nəql olunmuşdur. Belə ki, "Sehrun nəbiy (s)" hədisində bu məsələ çox aydın görünür.3
Müəllif: Əgər geniş araşdırılsa görərik ki, Səhihi Buxarinin hədisləri arasında hədislərin mənalarının nəqli çoxdur.
Əziz oxucu! 16 il müddətdə yazılmış, öz müəllifi tərəfdən belə kitab barədə e`tiraf olunmuş, həmçinin hədislərdən birini şəhərlərin birində eşidərək bir müddətdən sonra başqa bir şəhərdə yazılması və s. kimi belə vəziyyətdə olan bir kitab hansı e`timadı doğrulda bilər?!
Yəqin ki bu neçə müddət ərzində hədislərin kəlimələri unudulmuş və öz yerini başqa kəlimələrə əvəz etmişdir. Bir sözlə söyləsək bu hədisin mənası nəql olunmuşdur. Belə olduqda, hədis öz həqiqətini itirəcək və əvvəlki hədisin mətnində olan nöqtələrin aradan getməsi ehtimalı çoxalacaqdır. Buna görə də biz, Səhihi Buxarinin mövzularının mənasının nəql olunmasını onun hədislərinin zəif olmasının səbəblərindən biri kimi hesaba alırıq.
“ SƏHİHİ BUXARİNİN BAŞQALARI TƏRƏFİNDƏN TAMAMLANMASI “
Qəstəlanı deyir:- Bizim əlimizdə olan Səhihi Buxarinin nüsxələri, bablarla1 ünvanlanmış lakin bu bablarda heç bir hədis nəql olunmamışdır. Bundan əlavə Bə`zi bablarda hədis nəql olunmuşdur ki, babların ünvanı bu hədislə uyğun deyildir. Münəzzəm olmayan bu hədislər və mətləblər, bir çoxlarının iradına səbəb olmuşdur . Hafiz Əbuzər Hurəvi bu iradları həll etmək üçün belə cavab vermişdir:
Buna görə də Əbuzər Hurəvi Hafiz Əbu İshaqdan o da Əbul Vəlid Bacidən nəql etmişdir ki:- Mən Fərbərinin (Buxarinin kitab saxlayanı) yanında olan Səhihi Buxarinin əsl nüsxəsini üzündən köçürərkən o nüsxədə tamamlanmamış və yazılmamış bir çox hədislər gördüm. Biz onların Bə`zilərini bir-birilərinə artırmaqla qaydaya saldıq. Bu yolla Səhihi Buxari kamilləşdi və kitab şəklinə düşdü.1
Burada belə bir sual özünü biruzə verir ki; Başqaları tərəfindən nəzmə salınmış və tamamlanmış bu kitabın vəziyyəti nəzmə düşməzdən və tamamlanmazdan qabaq necə idi? Görəsən onu nəzmə salan kim idi? Görəsən bu şəxs özü də Buxari kimi bu kitabın hədislərində öz bildiyini etmişdir?
Öz səliqəsi ilə hədisləri kitabdan silmiş və başqa hədisləri azaldıb çoxaltmaqla istədiyi hissəsini kəsib atmışdır?! Nə bilmək olar?! Bu məsələlər bizim üçün çox gizlidir. Lakin təkcə bunu deyə bilərik ki, belə olan şəraitdə başqa şəxslər tərəfindən tamamlanmış olan bu kitab hərçənd onun əsli, iradlı olmasa belə, yenə öz dəyərini itirir və onun məzmununa nisbət bizim əqidə və e`timadımızı zəiflədir. Biz də ürəyimizdə bu kitaba nisbət şəkk edəcəyik.
Bu da Səhihi Buxarinin hədislərinin zəifliyinə olan altıncı dəlilimiz.
NƏTİCƏ :
Əziz oxucu!
İndiyə kimi sizə çatdırdığımız mətləblərin xülasəsi budur ki: Səhih adı ilə tanınan bu iki kitabın vəziyyəti müəyyən bir həddə aydınlaşdı. Bu kitabların hədis raviləri və ricalları öz iç üzlərini bizə göstərdilər. Bundan əlavə bu iki kitabın müəlliflərinin təəssübkeşliyi mə`lum oldu. Səhihi Buxaridə yarımçıq yazılmış və silinmiş, mə`naları nəql olunmuş hədislər barədə dəlillər açıqlandı. Bir sözlə bu iki kitabın sənəd və müəllif baxımından vəziyyəti aydın oldu. Belə acınacaqlı vəziyyətdə olan bir kitabı necə səhih adlandırmaq olar?! Peyğəmbər (s) tərəfindən necə təsdiq oluna bilər?! Bu hədislərin hamısının nəql olunmasına necə icazə verə bilər?!
Görəsən Peyğəmbər (s) belə təəssübkeş əməli, hədislərin bir hissəsinin silinməsi və mənalarının nəql olunması ilə razıdırmı?! Bununla belə yenə də bu kitabın Peyğəmbər (s) tərəfindən öz kitabı kimi tanıtdırması və onu oxumağa rəğbətləndirməsinə inanmaq olarmı?! Bu sualların cavabını, ruhu və fikri azad olan əziz təhqiqatçı oxucunun öz öhdəsinə həvalə edirik.
Bunlar, əziz oxucunun ixtiyarında qoyduğumuz “Səhiheyn” hədislərinın zəifliyini çatdıran möhkəm dəlillərdir.
Yeddinci dəlilimizi tohid babında, səkkizincini Nubuvvət və doqquzuncu dəlilimizi isə müxtəlif bablarda oxuyacaqsınız.
Dostları ilə paylaş: |