“ ALLAH MƏKANINI DƏYİŞMƏYƏ MÖHTACDIRMI ? “ Allah asi`mandan yerə enirmi?
Səhihi Buxari və Səhihi Müslümün hədislərinin dördüncü zəif nöqtəsi, bu iki kitabın tohid bəhsində Allahın aşağı asi`mana enməsi barədə olan hədisləridir. Bu hədislər müxtəlif sənədlərdə və mətnlərdə nəql olunmuşdur. Bu hədislərin bir ravi (Əbu Hureyrə) tərəfindən nəql olunmasına baxmayaraq biz bu hədislərdən bir neçəsini burada nəql edirik:
1.- Əbu Hureyrə Peyğəmbər (s)-dan nəql edir:- Hər gecənin axır üçdə birndə Allah aşağı asi`mana enərək deyir: Məni çağıran kimdir? İstədiyini qə`bul edim! Məndən hacət istəyən kimdir? İstədiyini verim! Bağışlanmağını istəyən kimdir? onu bağışlayım!!2
Bu hədisi Buxari iki yerdə nəql etmişdir. Bu iki yerdən birində ينزل ربنا (yənzelu) ibarəti, digərində isə يتنزل ربنا(yətənəzzəlu) ibarəti yazılmışdır. Amma Müslüm, bu hədisi “ ينزل ربنا” ibarəti ilə nəql etmişdir.
2.- Allahın enməsi barədə Müslümün öz kitabında nəql etdiyi altı hədislərdən birini numunə üçün sizə nəql edirik:
Əbu Hureyrə deyir:- Peyğəmbər (s) buyurdu:- Gecənin bir hissəsində ya axır üçdə birində Allah aşağı asi`mana enərək deyir: Məni çağıran kimdir? onun duasını qə`bul edim! Ya məndən istəyən kimdir? İstədiyini verim! Sonra deyir:- Zülm etməyən, sərvətli və varlı olana borc verən kimdir?!1 Müslüm deyir:- Bu hədis Harun ibn Səidin vasitəsi ilə nəql olunmuşdur. Hədisin axırında bu cümlə də vardır: Allah öz əllərini açır!! Sonra deyir:- Adil və ğəni olan Allaha borc verən kimdir?.
3. Ayişə deyir:- Peyğəmbər (s) buyurdu:- Allah, Ərəfə günü qədər heç bir gündə öz bəndələrini bağışlamır. O gündə Allah öz bəndələrinin yanında olur. Öz bəndələrinə və mələklərə görə özünə iftixar edər və deyər: Bunlar nə istəyirlər? Yaşayışdan əllərini üzməklə bu biyabana toplaşmaqda məqsədləri nədir?2
Bu hədislərdən istifadə olunan mətləblər:
1.- Allahın cism olması;
2.- Allahın məkana möhtac olması;
3.- Allahın tərəf və cəhətə möhtac olması; Əhli sünnənin İbn Quteybə və İbn Əbdul Berr kimi kəlam alimləri Allahın tərəf və cəhətə möhtac olmasına inanırlar. Bu hədisləri də öz əqidələri üçün sübut və dəlil bilirlər.1
4.- Allahın məhdud olması və məkanını dəyişməsinə, bir yerdən başqa bir yerə əvəz etməsinə möhtac olması;
Kiçik bir axtarış: Allahın nazil olması hədisi Əbu Hureyrə tərəfindən nəql olunmuşdur. Mətnlərdə Allahın bəzən gecənin axır üçdə birində , Bə`zisində gecənin üçdə birində , Bə`zisində gecənin üçdə ikisindən sonra xülasə gecənin bir hissəsi keçdikdən sonra və s. nazil olması, ixtilaflı müəyyən olunmuşdur . Bundan əlavə hədisin əsnasında müxtəlif ibarətlər gözə dəyir. Belə ki bu altı hədisləri bir saymaq olmur. Bəlkə bu hədislərin arasında ikisini belə cəm etmək mümkün deyildir.2
Lakin, necəki əvvəlcə işarə etdik bu hədislərin hamısı Əbu Hureyrədən nəql olunmuşdur. Hədislərə diqqət olunsa onların bir biri ilə ziddiyyəti aydın olar. Yaxşı deyilib:- Yalan danışanın yaddaşı olmaz!!
Hər halda bu hədislər də ağıl və Qur`ani Kərimin xilafına olan Tohid barədə nəql olunmuş hədislərdir.
5.“ ALLAH ÖZ BƏNDƏLƏRİ İLƏ ÇİYİN-ÇİYİNƏ DAYANIB “
Səhihi Buxari, Səhihi Müslüm və Sunən İbn Macə Allahı bəndələri ilə çiyin-çiyinə və yanaşı dayandığını bildirirlər. Səfvandan belə nəql edirlər ki: Bir gün Əbdullah ibn Ömər Kəbə evini tavaf edirdi. Bir kişi ona yaxınlaşıb soruşdu:- Ey Ömərin oğlu! Allahın öz bəndəsi ilə bir kənarda söhbət etməsi barədə Peyğəmbər (s)-dan bir şey eşitmisənmi? Ömər cavabında dedi:- Bəli eşitmişəm ki;- Peyğəmbər (s) buyurdu: -Qiyamət günü bəndə Allaha o qədər yaxın olarcaqdır ki, onun yanında duraraq bir biri ilə söhbət edəcəklər. Allah bəndəsindən soruşacaq: - Yadındadırmı filan günahı etmışdin? Bəndə deyər:- Bəli, bəli. Bu yolla bəndə öz günahlarının hamısına e`tiraf edəcəkdir. Allah tə`ala deyər:- Arxayın ol! Dünyada sənin günahlarını ifşa etmədiyim kimi bu gün də onların hamısını bağışlayacağam.1
6.”ALLAHIN MÜXTƏLİF ƏZALARI VARDIR?!“
Səhihi Buxari və Səhihi Müslümün hədislərinin bir qisminin əsassız olması və beşinci zəif nöqtəsi, bu iki kitabın tohid bəhsində Allah barədə müxtəlif hədislərin olmasıdır. Təəssüflər olsun ki bu kitablarda Allah və tohid barədə olan hədislərdən doğru və düzgün tohid, Allahı tanıma ələ gətirmək olmur. Çünki, bu iki kitabın və hədislərin nəzərincə Allah tə`ala təbii bir mövcud, bəlkə maddi bir cism kimi müxtəlif bədən üzvlərindən təşkil olunmuşdur. O cümlədən kamil bir insan kimi üz, əl, barmaq və müxtəlif əzalara malikdir.
Keçmiş bəhslərdə xüsusən də Allahı görmək bəhsində bu hədislərin bir qismi ilə tanış oldunuz. İndi də belə hədislərdən bir qisminin mətn və tərcümələrinə diqqət edin. Bu hədislər Allahın məxsus üzvlərinin olmasını sübut edir.
“ALLAHIN ÜZÜ VARDIR “
Səhihi Buxari və Səhihi Müslümdə olan müxtəlif rəvayət və hədislər əsasında, insanın surəti kimi Allah üçün də surət təsəvvür olunmuşdur.
İndi isə onlardan bir neçə nümunəyə diqqət edin:
1. - Əbu Hureyrə Peyğəmbər (s)-dan nəql edir: Allah tə`ala Adəm (ə)-ı altmiş metr uzunluğunda və öz surətində xəlq etdi. Sonra ona əmr etdi: - Get! Oturmuş bir dəstə mələklərə salam ver və salamının cavabında sənə deyilənə qulaq as! Onların cavabı sənin və övladlarının salamı olacaqdır. Adəm (ə) mələklərin yanına gəldi və dedi:- Əssəlamu ələykum. Mələklər dedilər: - Əssəlamu ələykum və rəhmətullah.
Onlar axırıncı cümləni (və rəhmətullah) əlavə etdilər. Bəs hər kəs cənnətə daxil olsa Adəm (ə)-ın surətində olacaqdır. İnsanlar Adəm (ə)-dan sonra bu günümüzə kimi günbə-gün kiçilərək indiki vəziyyətə düşdülər.1
2. – Əbu Hureyrə nəql edir:- Peyğəmbər (s) buyurdu:- Sizlərdən hər biri qardaşı ilə dalaşdığı zaman, dava edənin üzünə şillə vurmaq və zərər yetirməkdən çəkinsin. Çünki Allah tə`ala insanı öz surətində yaratmışdır.2
3. – Müslüm öz səhihində Əbu Hureyrədən nəql edir:- Peyğəmbər (s) buyurdu:- İnsan, Rəhman Allahın surətində xəlq olunmuşdur.3
4. – Buxari “Ədəbul mufrəd” kitabında Əbu Hureyrədən nəql edir:- Heç vaxt bir kəsə Allah sənin və sənə oxşayan şəxsin üzünü pis etsin deməyin. Çünki Allah insanı öz surətində yaratmışdır. 4
Hədislərdən istifadə olunan mətləblər:
1.- Allahın cism olması və onun üçün surətin sübut olunması;
2.- Allahın surəti ilə insanın surətinin oxşarlığı və bu oxşarlığa xatir insanın üzünə sillənın vurulmaması;
Araşdırma:
Mərhum fəqih Əllamə Şərafuddin söylədiyi kimi: Bu hədis, israiliyyat1-dan olub Tövratın mətnlərindən götürülmüşdür. Sefr Təkvininin birinci ishahının2 iyirmi yeddinci hissəsində belə yazılmışdır:-“Allah insanı öz surətində xəlq etmişdir. Allah insanı öz surətində xəlq etmişdir. İnsanı kişi və qadın yaratdı.”3
Müəllif: Tövratı diqqətlə mütaliə etdikdə görürük ki; Bu məzmun və insanın surətinin Allah surətinə oxşaması Tövratda dəfələrlə qeyd olunmuşdur. Buna görə də Sefre təkvininin beşinci fəslinin birinci hissəsində belə yazılmışdır: - “Allah Adəm (ə)-ı yaradan gün onu Allah surətində yaratdı.”
Pules Tövratda gəlmiş bu cümlələri və ibarətləri belə təfsir edir:- İnsanın Allahla oxşarlığı onun müqəddəsliyində, ədalətində və mənəviyyatındadır. Surətdən məqsəd insanın qiyafəsi yox onun həqiqi simasıdı. 4
Biz deyirik ki:- Əgər Tövratda olan oxşarlıqdan məqsəd Pulosun söylədiyi məna olsa, bu cümlə cism və oxşarlıq iradını bir miqdar islah edə bilər. Lakin təəssüflər olsun ki, bu mətləbi başqa dildən götürən və onu Tövratdan səhiheynə nəql edənlər, bu azmış kimi bütün təfsir və şərh yollarını bağlamışlar. Bu kimi yalnış dastanları elə ibarətlərlə don geyindirərək nəql etmişlər ki, onları başqa mənaya yozmaq mümkün deyildir. Buna görə də ikinci hədisin mətnində belə deyilir: “Dalaşan zaman qarşı tərəfə şillə vurmaqdan çəkinin! Çünki Allah insanı öz surətində yaratmışdır.” Bu cümlə, surətin qiyafə və məxsus üzv yox, onun mənəvi sima mənasına təfsir etmə ehtimalını aradan aparır.
Adəmin eni neçə metr olmuşdur?!
Eyni Səhihi Buxarinin şərhində yazır: Bu hədisdə Adəm (ə)-ın uzunluğu (altmış metr) tə`yin olunmuşdur. Lakin Adəm (ə)-ın eninin nə qədər olmasına işarə edilməmişdir. Amma başqa hədislərdə Adəm (ə)-ın eninin yeddi metr olması bildirilir.1
Biz deyirik: Eyninin sözünə əsasən, bu hədislərin nəticəsi və məzmunun (Adəmin qiyafəsi Allaha oxşayır. Onun uzunluğu altmış zira və eni yeddi ziradır) özü də düzəlmə və saxta olmasına bir dəlildir. Çünki:
1.- İnsanın altmış metr olması onun baş sümüyünün iki ziradan çox olması deməkdir. Lakin qazıntılar nəticəsində tapılan keçmiş insanların baş sümükləri və daşlaşmış qalıqları bu günki insanların baş sümükləri ilə o qədər də fərqlənmir. İki metr olan baş sümüklərindən heç bir əsər əlamət də gözə dəymir. Həmçinin altmış metr olan insanlardan kiçik bir əlamət olsa əldə edilməmişdir.
2.- İnsanın altmış metr olması onun bədəninə uyğun olaraq, bədən üzvlərinin eninin yeddi metr yox, 18,7 metr malik olması deməkdir. Çünki, adətən insanın eni onun uzunluğunun yeddidə iki hissəsi qədərdir. Əbu Hureyrənin hədisinə əsasən (Adəm (ə)-ın eni yeddi metrdir) gərək Adəm (ə)-ın uzunluğu altmış metr yox, iyirmi dörd metr yarım olsun.
Buna görə də, ya bu iki hədisdən birində Adəm (ə)-ın uzunluğu və eni barədə səhvə yol verilmiş, ya da Həzrət Adəm (ə) belə qiyafədə (altmış metr uzunu və yeddi metr eni) pis simalı insan olmuşdur. Lakin Qur`ani Məcid ikinci ehtimalı rədd edir və belə buyurur:
لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ
“ Biz insanı ən gözəl biçimdə yaratdıq!”1
Dostları ilə paylaş: |