“ TOHİD BARƏDƏ, Şİ`Ə HƏDİSLƏRİNDƏN BİR NEÇƏ NÜMUNƏ “
Biz Allahın görünməsinin inkar edən bəhslərdə şi`ə sənədlərindən bir neçə hədis qeyd etmişdik. İndi isə şi`ə məzhəbinin Allahşünaslıqda əqidələrinin əsasını təşkil edən və onların e`timad etdikləri rəvayətlərdən bir neçəsini yenə bu bəhsdə gətiririk ki qeyd olunmuş şübhəyə cavab verilsin və həm də bu rəvayətlərin məzmunu əhli sünnə məzhəbinin kitablarında gələn hədislərlə müqayisə olunaraq bu iki yolun elmi təfəkkürünün qiyməti və üstünlüyü mə`lum olsun. Əziz oxucularımızın özləri də bu iki Allahşünaslıq məktəbi arasında insafla qərar çıxartsınlar.
1. Əbu Bəsir İmam Sadiq (ə)-dan nəql edir ki, o Həzrət (ə) Allahın sifətlərini tə`rif etdikdə belə buyurdu: - Mutəal Allah zaman və məkanla tə`rif olunmaz. “Allah nə vaxt və harda idi” deyib soruşmaq düzgün deyildir. Hərəkət, dəyişmək, sakit qalmaqla da gərək tə`rif olunmasın. Həmçinin “Allah hardadır və hara məkanını haraya dəyişir“ deyilməsin. Çünki, bunların hamısına varlıq verən odur.
Zaman, məkan, hərəkət və sabitliyi yaradan da odur. O, zalımların onun barəsində uluhiyyət məqamına münasib olmayan sifətləri ona nisbət verməklərindən üstün və ucadır. 1
2.- Davud Reqqi deyir: İmam Sadiq (ə)-dan وكان عرشه علي الماء”Allahın ərşi suyun üzərindədir” ayəsinin təfsiri barədə sual etdim ki, su və ərş dedikdə məqsəd nədir? Həzrət (ə) buyurdu: Camaat bu ayə`nin təfsiri barədə nə deyirlər. Dedim: Deyirlər ki, Ərş suyun üzərində Allah da ərşin üstündə oturub. İmam Sadiq (ə) buyurdu: Yalan deyirlər! Allahın barəsində belə şeylər fikirləşənlər iki şeydən uzaqdırlar. Çünki, birincisi – Allahı daşınılan bir mövcud kimi güman etmişlər və onu öz məxluqlarının sifəti ilə tə`rif etmişlər. İkincisi - Belə xəyal və güman etdikdə belə lazım gəlir ki;- Allahı daşıyan ərş Allahın özündən çox güclü imiş.....1
3.- Yəqub Sərrac deyir: - İmam Sadiq (ə)-a ərz etdim ki;-Bizim səhabələr və doslarımız arasında elə şəxslər var ki Allahın insan kimi üzünun olmasını xəyal edirlər. Elə kəslər var ki, xəyal edirlər Allah cavan surətindədir ki üzünə hələ tük çıxmayıb və başının tükləri az, bir-birinə qarışıq və düyünlüdür. Yəqub deyir:- Eləki İmam mənim sözlərimi eşitdi, səcdəyə düşdü və sonra başını qaldırdı və dedi:- Allah munəzzəh və pakdır. Heç bir şey onun kimi ya ona oxşar deyildir. Gözlər onu görməkdə acizdir. BƏş`ərin elmi və biliyi onun həqiqətinə və zatının necəliyinə yetişə bilməz. Allah özü kimisin yaratmamışdır ta kimsə ona oxşasın. Çünki, hər bir kəs öz atasına oxşarlığı var. O ata və anadan dünyaya gəlməyibdir ki, ondan qabaq olan şəxslərə oxşasın. Məxluqlar və yaranmışlar içində onunla müqayisə oluna bilən bir mövcud yoxdur. O, bu kimi məxluq sifətlərindən uzaq, uca və üstündür.2
4. – Yunis ibn Zebyan deyir: Həzrət İmam Sadiq (ə)-ın yanına getdim və ərz etdim:-Yəbnə Rəsulillah! Mən Malikin3 yanında səhabələri ilə birgə oturmuşdum. Məclisdə olanların Bə`ziləri, deyirdilər ki;- Allahın da mövcudlar kimi üzü və surəti vardır.
Bə`ziləri də deyirlər ki;- Allahın iki əli vardır. Sübut üçün Allahın buyurduqlarını dəlil gətirirdilər ki, Şeytana xitab edərək belə buyurnuşdur:
قَالَ يَا إِبْلِيسُ مَا مَنَعَكَ أَن تَسْجُدَ لِمَا خَلَقْتُ بِيَدَيَّ أَسْتَكْبَرْتَ أَمْكُنتَ مِنَ الْعَالِينَ
"(Allah) buyurdu: "Ey İblis! Sənə mənim öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?"1
Bə`ziləri isə, deyirlər ki;- Allah otuz yaşlı kişi surətindədir.
Sizin bu məsələlər barədə əqidəniz nədir? Yunis deyir:- İmam bir yerə söykənmişdir. Elə ki mənim sözlərimi eşitdi, oturdu və dedi:
- أللهمٌ عفوك عفوك “İlahi bu iftira və töhmətlərin qarşısında səndən rəhmət və bağışlanmağımı istəyirəm. Sonra dedi:- Yunis! Allah barədə , O, başqa mövcudlar kimi surətə malikdir və s.” belə xəyalda olan hər bir kəs Allaha şərik qoşmuşdur. Hər kəs Allah barədə xəyal edə ki, Allah da başqa mövcudlar kimidir və əzalara malikdir, Allaha küfr etmişdir. Belə şəxsin şahidliyini qə`bul etməyin. Əgər bir heyvan kəsərsə, onun kəsdiyi heyvanın ətindən yeməyin. Allah, onu məxluqlarının sifətlərinə oxşatmaqdan və bu kimi şeylərdən uca və üstündür.
İmam sonra buyurdu:- Amma Allahı tanıtdıran, onun üzünün olmasına gəldikdə, məqsəd Peyğəmbər (s) və Ənbiyalardır. خَلَقْتُ بِيَدَيَّ أَسْتَكْبَرْتَ ayəsinə gəldikdə isə, "əl" burada qüdrət və güc mənasınadır. Necə ki, başqa ayədə də وأيٌدكم الله بنصره "Öz köməyi ilə sizə qüdrət və güc bəxş etdi." Məqsəd "güc, qüvvə və qüdrət"-dir.
Yunis! Hər kəs Allah barədə xəyal edə ki, O, nəyinsə üzərində və ya arasındadır, ya da bir yerdən başqa bir yerə hərəkət edir, yaxud xəyal edə ki, Allahdan uzaq və Allahsız və ya Allahla qarışıb, Allah və xaliqliyi, xəlq olunmuşların sifəti ilə tə`rif etmişdir. Bir halda ki, Allah tamam məxluqları xəlq edən və heç bir mövcudla müqayisə olunulası deyil və cammaata oxşarlığı yoxdur. Heç bir məkan onsuz boş deyil, heç bir məkanı da doldurmur. Bu bizim Allahımızdır və ondan başqası bizim Allahımız deyildir.
Yunis! Hər kəs Allahı belə sifətlərlə tanımağı sevirsə, müvəhhid və Allaha itaət edəndir. Lakin, Allahı bundan başqa sifətlərlə tanımağı sevən şəxsdən Allah uzaqdır və biz əhli beyt (ə) də belə şəxslərdən uzaq gəzirik.1
-
Yəqub ibn Cəfər deyir:- Yeddinci İmam Musa ibn Cəfər (ə)-ın hüzurunda, Allahı göydən yerə endiyini düşünən camaat barədə söhbət düşdü. İmam (ə) buyurdu:- Alah yerə enmir və enməyə də ehtiyacı yoxdur. Çünki, mövcudlar, yaxın və uzaq olmaqda ona nisbət bərabərdirlər. Nə yaxın ona uzaqdır və nə də uzaq ona yaxındır. Allah nəinki yerə enməyə möhtac deyil, bəlkə heç bir işə ehtiyacı yoxdur. Vucuda gəlmış hər bir şeyin ona ehtiyacı var. Qüdrətə malik olan, zatən ehtiyacsız olan da odur. Ondan başqa mə`bud və Allah yoxdur. O, güclü və həkimdir. İmam (ə) sözlərinə belə əlavə etdi:- Amma söz, Allahı yerə enən və nazil olan kimi sifətlərlə tə`rif edən şəxslərə gəldikdə, onlar Allah barədə naqislik və çoxluğa qail olmuşlar. Çünki, hərəkət edən hər bir mövcudun, onu hərəkətə gətirə bilən bir vucuda ehtiyacı vardır və yaxud onun vasitəsi ilə hərəkətə gəlsin. Yəqub! Hər kəs Allah barədə belə batil şeyləri ağlına salsa, həlakətə düşər. Allahın vəsfındə, onun üçün bir hədd olduğuna e`tiqad etmək, ona naqislik və çoxluğu nisbət verməkdən qorxun. Ona hərəkət və hərəkətə gəlmə və ya dəyişmək, oturmaq və durmaq kimi şeyləri nisbət verməkdən qorxun və çəkinin. Çünki, Allah belə vəsf edənlərin vəsfindən, xəyal pərəstlərin xəyalından üstündür. Əziz və mehriban olan Allaha təvəkkül et! O Allaha ki, hər halda səni görür. Sənin tənhalıqda Pərvərdigarına üz tutaraq namaz qılmağa qalxdığını və Allahı tanıyanlar və sitayiş edənlər arasında olmağını da görür.1
Dostları ilə paylaş: |