“ SƏHİHEYN KİTABLARI ƏHMƏD ƏMİNİN NƏZƏRİNDƏ “
Misirin tanınmış alimi professor Əhməd Əmin, səhiheyn kitabları barədə deyir:-“Hafizlər Buxarinin təqribən 80 nəfər hədisçilərinin zəif olduğunu bildirmışlər. Bu, böyük bir çətinliyin meydana gəlməsinə səbəb olmuşdur. Çünki, zəif sayılmış bu şəxslərin bir çoxu e`tibarı olmayan və yalançı şəxslərdir. Belə olduqda isə məsələ aydındır. Lakin, onlardan bə`zilərinin tərcümeyi halı qeyri müəyyən və şəxsiyyətlərinin isə mə`lum olmadığı bildirirlir. Belə olmağı işi çətinləşdirir. Səhihi Buxarinin sənədlərdə istinad etdiyi, tərcümeyi halı mə`lum olmayan belə şəxslərdən biri, Əkrəmə Mövla ibn Əbbasdir. Bu şəxs, öz hədisləri ilə aləmi doldurmuşdur. Lakin, rical alimlərindən Bə`ziləri onun yalançı, xəvariclərin yolunu gedən, əmirlərdən hədiyyə alan və çoxlu yalanlar nəql edən bir şəxs olduğunu bildirirlər.”
Professor Əhməd Əmin onun yalançılığını isbat etmək üçün neçə dənə tarixi şahidləri zikr etdikdən sonra, belə əlavə edir :- “ Buxarinin nəzərində Əkrəmə Mövla ibn Əbbas doğru şəxs kimi tanınmış və öz səhihində ondan çoxlu hədislər nəql etmışdir. Lakin, Müslümün nəzərində isə, o doğru adam deyil və onun hədislərinə e`timad etmək olmaz. Müslüm ondan “həcc” mövzusunda başqa hədisi təsdiq etmək üçün yalnız bir dənə hədis nəql etmışdir.”1
“ SƏHİHİ BUXARİ KİTABI MÜSLÜMƏNİN NƏZƏRİNDƏ “
Müslümənin yazdığına görə, “Buxari” öz “səhih”- kitabını yazarkən onu başqasından oğurlayaraq səhv iş görmüşdür. Gördüyü bu qəbahət iş, onsuz da onun zəif olan elmi şəxsiyyətinə, əxlaqına və yazdığı kitabın e`tibardan düşməsinə səbəb olmuşdur. Belə ki; -“ Əli ibn Mədini* “iləl” adlı bir kitab yazmışdır. Bu kitabın qorunmasına çox əhəmiyyət verirdi ki heç kəsin əlinə düşməsin. Təsadüfən günlərin birində bağlarına baş çəkmək üçün neçə günlük şəhər kənarında olan bağlarına getdi. Buxari bu fürsətdən sui istifadə edib onun uşaqlarından birinin yanına getdi və pul verib onu aldadaraq “iləl” kitabını bir günlük oxumaq üçün ondan aldı. Kitab, Buxarinin əlinə çatan kimi , tez-tələsik onu neçə nəfər kitab nüsxəsi çıxaranların əlinə verdi ki onu üzündən köçürsünlər. Sonra kitabın əslini Mədininin övladına qaytardı. Mədini qayıdandan sonra, dərs zamanı gördü ki, Buxari onun dediyi hər mövzu haqqında Mədininin öz şəxsi nəzərləri və sözləri ilə cavab verir. Bir neçə dəfə təkrar olduqdan sonra, Mədini başa düşdü ki, kitabı artıq köçürülüb. Bu hadisə onun narahatlığına və çox qəmlənməsinə səbəb oldu. Bu narahatlıq və qəm-qüssə Mədininin xəstələnib yorğan döşəkə düşməsinə sonra da vəfatına səbəb oldu. Buxari “İləl”-kitabından əldə etdiyi nüsxə vasitəsi ilə öz hədislərinin raviləri barədə hər hansı axtarış aparmağa lüzum qalmadığını görüb Xorasana qayıtdı. Orada “Səhih” kitabını yazdı. Əli ibn Mədininin böyük rolu və zəhməti olmuş bu “Səhih” adlanan kitab, Buxarinin məşhurlaşmasına səbəb oldu.”1
“ SƏHİHEYN KİTABLARI BİZ ŞİƏLƏRİN NƏZƏRİNDƏ “
Bura qədər əhli sünə alimlərindən bir çoxunun səhiheyn kitabları barədə olan nəzərlərini, onların bə`zilərinin sənədinin, bə`zilərinin hədislərinin mətinlərinin zəifliyi, bə`zilərinin isə hər iki cəhətdən zəif olması barədə və bu iki kitaba olan iradlarını xülasə şəkildə siz əziz oxuculara təqdim etdik.
Lakin, məzmun baxımından bu iki kitab və bizim ona olan nəzərimiz, bir çox əhli sünnə alimləri ilə eynidir. Biz bu məsələdə də onlarla bir əqidədə və bir fikrikdəyik.
Bizim əqidəmizə görə bu iki kitabın məzmunları arasında müxtəlif başlıqlarda nəql olunmuş səhih hədislər vardır. Təəssüflər olsun ki, bu kitablarda səhih və düzgün olmayan hədislər daha çox gözə dəyir. Belə hədislərin sayı, bizim nəzərimizdə İbn Həcərin hafizlərdən nəql etdiyindən daha çoxdur. Hədis hafizləri belə nəql edirlər ki:- “Fəqət 110 hədisi, səhv bilmiş və onların mətnlərinə irad tutmuşlar.”
Bizim əqidəmizə görə, bu iki kitabın hədisçiləri arasında 300-dən artıq zəif və e`tibarsız şəxs vardır. İbn Həcərin dediyinə əsasən, əhli sünnə alimləri və hədisçilər haqqında təhqiqat aparan şəxslər onları zəif saymışlar.
Aşağıdakı dəlillər bu iki kitabın mətn və sənəd baxımından onun hədislərinin zəifliyi barədə bizim əqidə və nəzərimizi sübut edir:
1. Səhiheyn kitablarının sənədləri və hədisçilərindən bir çoxu nəinki mö`təbər deyil, bəlkə onların rical elmi nöqteyi nəzərindən də rədd olunmuşlar.
2. Bu iki kitabın müəllifləri öz əqidələrinə nisbət əməllərində şəxsi qərəzə çox yer vermişlər.
3. Hədislərin nəql olunması və yazılması arasında (uydurma hədislərə diqqət etməklə ) çox məsafə vardır.
4. Buxari, öz səliqə və nəzərinə əsasən hədislərin yarısını ixtisar etmişdir.
5. Səhihi Buxaridə hədisin mənası nəql olunmuşdur.
6. Səhihi Buxari başqalarının vasitəsilə tamamlanmışdır.
7. Səhiheyn kitablarında əqli və dini dəlilərə əsasən bir-biri ilə təzad təşkil edən hədislər çox gözə dəyir.
Bunlar, səhiheyn kitablarında gözə dəyən məsələlərdir. Bu da onların zəifliyini bildirir. Təhqiqat aparan bir şəxs, bu kimi məsələlərə göz yummamalı və yanından e`tinasız ötüb keçməməlidir. Allahın köməyi ilə bu barədə gələcək səhifələrimizdə geniş surətdə söhbət edəcəyik.
D Ö R D Ü N C Ü H İ S S Ə
“ SƏHİHEYNİN RAVİLƏRİ VƏ SƏNƏDLƏRİ “
ƏBU HUREYRƏ ƏBU MUSA ƏŞƏRİ ƏMR İBN ASS ƏBDULLAH İBN ZÜBEYR İMRAN İBN HƏTTAN MUHƏMMƏD İBN İSMAİL BUXARİ MÜSLÜM İBN HƏCCAC NİŞAPURİ
4. “ SƏHİHEYN KİTABLARININ RAVİLƏRİ VƏ SƏNƏDLƏRİ “ “Səhiheyn kitablarının sənədlərinin zəifliyi”
Səhiheynin hədislərinin zəifliyinə birinci dəlilimiz, bu iki kitabın e`tibarsızlığının səbəbi, Bə`zi hədislərin sənədlərinin və ravilərinin zəif olmasıdır.
Hədislərin sənədi kitabın mövzusu ilə kamil şəkildə əlaqəli olduğu üçün, hədis və rical elminin mühüm bəhslərindən sayılır. Bu da, kitabın doğru və yalnış olmasını müəyyənləşdirmək üçün əsas me`yar və ölçüdür.
Bunu da qeyd etmək lazımdır ki, bu mövzu mufəssəl və geniş şəkildə araşdırılmalıdır. Lakin, mətləblərin həcmini nəzərə almaqla bu kitabın bir neçə səhifəsini xülasə şəkildə bu mövzu üçün ayırırıq. Bir neçə mövzunu araşdırdıqdan sonra bu nəticəyə gəlmişik ki, bu kitabların sənədlərinin zəifliyini göstərən ikinci dəlili oxucuların xidmətinə təqdim edək.
Dostları ilə paylaş: |