Rəhman və Rəhim Allahın adı ilə.
Ayətullah Məhəmməd Sadiq Nəcminin həyatı
Ayətullah Məhəmməd Sadiq Nəcmi, 1315-ci şəmsi ilində Horis kəndində dünyaya göz açmışdır. Atası Hacı Mirzə Əhməd ağa Horisi və onun babaları camaat içində sayılan ruhani alimlərdən olmuşlar. Anası, “Kuh Kəmər” vilayətinin seyyidlərindən olan Həzrət Ayətullah Əl-uzma Höccətin əmisi Hacı Miri Ağanın qızıdır.
Ayətullah Məhəmməd Sadiq Nəcmi müqəddimə dini dərslikləri atasının yanında yiyələndikdən sonra on beş yaşında, Təbriz şəhərinin “Talibiyyə” adlı mədrəsəsinə daxil olmuşdur. Bir ildən sonra 1332-ci şəmsi ilinin yay fəslinin axırlarında təhsilini davam etdirmək üçün “Qum” şəhərinin “Feyziyyə” mədrəsəsinə qə`bul olmuşdur. Sonralar bu şəhərdə yaşamağa başlamışdır. O, Qum şəhərində 30 illik yaşadığı dövrdə Ayətullah Meşkini, Ayətullah Sultani Təbətəbai, Ayətullah Əllamə Təbətəbai, Ayətullah Gulpəyqani, Ayətullah Həsənzadə Amoli, Ayətullah imam Xomeyni (rəh) və s. kimi böyük və tanınmış şəxsiyyətlərdən dərs almışdır.
Ayətullah Məhəmməd Sadiq Nəcmi, ildə bir neçə ay “Məşhəd” şəhərinə səfər etmiş və oranın alimlərindən bəhrələnmişdir. Bu şəhərdə ikən, Ayətullah Əl-uzma Milani onun üçün elm və əxlaq baxımından nümunə sayılmışdır. Çoxlu mutaliələri nəticəsində “Səhiheynə bir baxış” adlı kitabının muqəddiməsini səkkizinci imam Həzrət Əli ibn Musa Ər-Rza (ə)-ın qəbrinin kənarında yazmağa başlamışdır.
Ayətullah Məhəmməd Sadiq Nəcminin əhli sünnə məzhəbinin kitablarında apardığı təhqiqləri, onun “Səhihi Buxari” və “Səhihi Müslüm” kitablarından götürdüyü bir çox qeydlərin toplanılmasına səbəb oldu. Atasının kəndində Ayətullah Əmini ilə onun görüşü, onun bir çox suallarına cavab tapmaq üçün gözəl fürsətlərdən biri idi. Ayətullah Əllamə Əmini Ayətullah Nəcminin pərakəndə olan qeydlərini görəndən sonra onu həmin mövzuda kitab yazmasına həvəsləndirdi. Əllamə Əmininin göstərişləri “Səhiheynə bir baxış” adlı kitabının yazılmasına səbəb oldu. Bu kitab yazılandan sonra 1353-cü şəmsi ilində bir çox böyük mərcə`i təqlidlər və alimlər, Ayətullah Məhəmməd Sadiq Nəcminin bu işinə görə ona təşəkkür etmişlər. Belə alimlərdən biri də Ayətullah Əllamə Əsgəridir. Ayətullah Məhəmməd Sadiq Nəcmi, Əllamə Əsgərinin “Əbdullah ibn Səba”, “Ayişə Əli (ə)-ın dövründə” adlı kitablarını ərəb dilindən, fars dilinə tərcümə etmişdir.
İran İslam inqilabından sonra 1357-ci şəmsi ilində Ayətullah Nəcmi İmam Xomeyni həzrətləri tərəfindən “Xoy” vilayətinin imami cüməsi tə`yin edildi. Bu müddət ərzində imami cümə vəzifəsində işləməsinə baxmayaraq Ayətullah Nəcmi Xoy vilayətində, Azad İslam Universitetini tə`sis etdi. Hal hazırda da bu Universitet İran İslam Respublikasının seçilmiş elmi və mədəni Universitetlərindən biri kimi sayılır. Bütün bunlara baxmayaraq Ayətullah Məhəmməd Sadiq Nəcmi öz elmi təhqiqlərindən və işlərindən qalmır. O, bu müddət ərzində “İmam Huseyn (ə)-ın Mədinədən Kərbəlaya kimi söhbətləri”, “Bir elmi münahisə”, “İmamların Bəqi`də olan qəbirlərinin tarixi” adlı kitablarını yazmışdır.
Ayətullah Məhəmməd Sadiq Nəcminin tə`lif və tərcümə etdiyi kitablar aşağıdakılardan ibarətdir:
-
Həcc və ziyarətə aid məsələlər;
-
Vəhhabiliklə tanışlıq;
-
Qur`an tarixi;
-
Hədis tarixi;
-
Qur`anla tanışlıq;
-
Ayişə, Əli (ə)-ın dövründə;
-
Abdullah ibn Səba kitabının tərcüməsi (2-ci və 3-cü cildlər);
-
Qur`anın ümumi məsələlərdə və elmlərdə bəyanları (1-ci və 2-ci cild);
Bağışlayan və mehriban Allahın adı ilə
Həmd və səna olsun uca Allaha ki bəndələrinə sonsuz ne`mətlər bəxş etmişdir. Allahın salamı olsun Peyğəmbərimiz Muhəmməd (s)-a , onun əhli-beytinə, Peyğəmbərimizə və onun əhli-beytinə i`man gətirib, kömək edən səhabələrə.
Hörmətli oxucular!
Qarşınızda olan “Buxari və Müslümün səhihlərinə bir baxış” adlı bu kitab 30 ildən çoxdur ki yazılmışdır. Bu kitabın ikinci cildi İran İslam inqilabı ilə bir vaxta təsadüf edir. Təzə qurulmuş bu hökumətdə, İslam inqilabının çüçəklənməsi əhəmiyyət kəsb etdiyi üçün, üzərimizə qoyulmuş iyirmi illik Cümə namazının imamətliyi, bu kitabın üçüncü cildinin yazılmasını müvəqqəti olaraq tə`xirə saldı. Lakin, bu uzun müddətdə bu kitab üç dəfə müxtəlif dillərə tərcümə olunmuşdur.
Birinci tərcümə 1987-ci ildə “Tə`əmmulatun fis-səhiheyn” adı ilə Beyrut şəhərində ərəb dilinə, ikinci tərcümə 1998-ci ildə “Əzvaun ələs-səhiheyn” adı ilə İranda ərəb dilinə, üçüncü tərcümə son illərdə (2005-ci ildə) Ordu dilinə “Səhiheyn kaik mutaliə” İranda çap olunmuşdur.
Qarşınızda olan bu kitabın 1-ci cildi Allahın lütfü ilə İmam Xomeyni mədrəsəsinin mühəqqiq tələbələrindən biri olan Rəşad Əkbərov tərəfindən Azərbaycan dilinə tərcümə olunmuşdur. Allah tə`aladan arzu edirik ki, onun elm aləminə etdiyi xidməti qə`bul, inşəllah bu kitabın ikinci cildinin də tərcümə olmasında ona kömək etsin. Sonra ona arzulayırıq ki, neçə belə əsərlər yazsın, yazdığı və tərcümə etdiyi kitablarla oxucularını sevindirsin. Ona işlərində müvəffəqiyyətlər və apardığı təhqiqat işlərində uğurlar arzulayırıq.
“Qum şəhəri”
“Qum Elmiyyə hövzəsi”
Ayətullah Məhəmməd Sadiq Nəcmi
1385-ci şəmsi ilinin dey ayı – 2006-cı miladi ilinin yanvar ayı.
Rəhman və Rəhim Allahın adı ilə.
Ön söz
وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْه ِفَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ
- “Muhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.” 1
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا
“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin.” 2
وَمَا يَنطِقُ عَنِ الْهَوَى إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَى
“O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” 3
İslam Peyğəmbəri Muhəmməd (s) vəfat etdiyi zaman öz ümmətinin arasında iki böyük və çiyin sındıran, ağır yük, əmanət qoymuşdur. Onlardan birincisi – Qur`an (Allahın muqəddəs kiabı) və ikincisi isə - Əhli beyt (ə) (Peyğəmbərimizin övladları- dır.) Öz ümmətinə əmr etmişdir ki, onlardan itaət etsinlər və heç vaxt onlardan ayrılmasınlar.4
İslam Peyğəmbəri öz həyatı zamanı, Qur`ani Kərimin həqiqətini onun düyünlü və ağır olan mətləblərini ümmətinə çatdırmaq üçün öz öhdəsinə götürmüşdür. Buna görə də Qur`ani Kərimin aöır və düyünlü mətləbləri hədis şəklində açıqlanmışdır. Bütün İslam elmlərini - əqidələr, məaarif və əhkam – öz ümmətinə və ardıcıllarına müxtəlif yollarla başa salmışdır. Həzrət Muhəmməd (s) hədis söyləmək barədə belə buyuru: “Allah mənim sözlərimi eşidən, başa düşən və başqalarına çatdıran bəndəni sevindirsin. Nə çoxdur o kəslər ki elmi özlərindən savadlılara və başa düşənlərə nəql edirlər”.1
İndisə İslam ümmətinin Peyğəmbər (s)-in vəfatından sonra Qur`an və əhli-beyt (ə)-lə necə rəftar etdiklərinə, Peyğəmbər (s)-in buyurduğu hədislər qarşısında etdikləri cinayətlərə diqqət yetirək.
Onlar Peyğəmbər ailəsini cəmiyyət arasından uzaqlaşdıraraq ev dustağı etmişlər. Onlarla etdikləri bu rəftarı açıqlamağa insan dili acizdir.2
Elə ki, İslam həqiqi və düzgün qoruyucularını müxtəlif hiylələrlə cəmiyyətdən uzaqlaşdırmaqla xilafəti ələ keçirdilər, Qur`anla onun mə`nalarını açıqlayan hədislər arasında ayrılıq salmaq və Allahın kitabını öz istəkləri üzərində təfsir etməklə mə`nalarını dəyişmək imkanını əldə etdilər.
“Peyğəmbər sünnəsi” adlanan İslam rəhbərinin buyurduğu bu hədislər, xəlifələrin irəli sürdükləri siyasətlərinin yolu üzərində olan birinci maneə idi. Daha doğrusu “sünnə”, muxalif qüvvələrin apardığı siyasi muharibənin qalibi sayılırdı. Buna görə də, hakimiyyəti ələ keçirənlər birinci çıxış yolu bu ağır siyasi muharibədə güclü olan muxaliflərini tərki silah etməkdə gördülər.
Əvvəlcə Əbu Bəkr bu silahı özününkiləşdirdi. Bu yolla Peyğəmbər (s)-dən buyurulan 500 hədisi yığıb topladı. Lakin, bir müddətdən sonra bu hədislərdən faydalanmayacağını başa düşdü. Çünki, bu hədisləri özününkiləşdirməsi mümkün deyildir. Nəticədə bütün toplanılmış hədisləri oda ataraq yandırdı.1
Şübhəsiz ki, o vaxt heç bir kəsi hədis yazmaqdan və söyləməkdən çəkindirmək mümkün deyildi. O cümlədən ancaq Əbu Bəkrin yığdığı hədislərdən istifadə etməyi də heç kəsə məcbur etmək mümkün deyildi. Buna görə də çarənin Peyğəmbər (s)-in hədislərinin nəql olunması və yazılmasının mütləq şəkildə qadağan edilməsində gördü. Ta camaatın əli bu güclü silaha çatmasın. Buna görə də xəlifə, Peyğəmbər (s)-in hədislərini nəql etməyi müsəlmanlara qadağan etdi və əmr etdi:- “Peyğəmbərdən hədis nəql etməyin və Qur`ana məşğul olun.”2
Bəli, təkcə Qur`ana! Çünki, Qur`ani Kərimi Peyğəmbər (s)-in hədisləri olmadan istənilən şəkildə mə`na etmək olar.
Əbu Bəkr vəfat etdərək öz vəsiyyətnaməsində xilafəti Ömərə verdi.1 Təbiidir ki, bir çox müsəlmanlar xəlifənin əmrindən çıxmadılar. Onlar Peyğəmbər (s)-in hədislərini daha yazmadılar.
Ömər də, öz hökuməti dövründə Əbu Bəkrin bu siyasətini daha da şiddətlə davam etdi. Bir dəfə hökuməti dövründə Peyğəmbərin (s) hədislərinin yazılıb nəql olunması məsələsinin azad şəkildə davam edilməsi barədə camaatla məsləhətləşdi. Bu işin müsəlmanlar üçün gərəkli olduğunu e`lan etdi. Bir ay fikirləşdikdən sonra xüsusi zirəkliyi ilə bu əməlin çıxış yolunu tapdı və camaat arasında e`lan etdi:-“Mən Peyğəmbər (s)-in sünnələrini yazmaq istəyirdim. Lakin, keçmiş ümmətləri yada saldım. Onlar bə`zi kitabları yazmaqla İlahi kitablarından uzaqlaşdılar. Buna görə də mən heç vaxt Allahın kitabını (Qur`anı) başqa bir şeylə bir yerdə qarışdırmaram.”2
Ömər, eləki Peyğəmbər (s)-in köməkçilərini mə`muriyyətə göndərərdi onlara hədis söyləməyə və camaatı Qur`andan uzaqlaşdırmamağa əmr edərdi. Əgər onun əmrinə tabe olmayan hər kəsdən xəbər tutardısa həmin az onu Mədinəyə gətizdirib öz nəzəri altında saxlayardı.3 Həmçinin, camaat içində topladığı hədisləri də yandırdı.
Ömərin xilafəti dövrü də belə keçdi. Osman xüsusi hazırlanmış şəkildə xilafətə sahib çıxdı.4 Osmanın zamanında, xilafət və hökumət hədis nəqlinin əleyhinə daha da amansız oldu. Əgər Ömər öz zamanında Peyğəmbər (s)-in səhabələrini əziyyət edib onları Mədinəyə gətirməklə öz nəzəri altında saxlayırdısa və onlaın yazdılar hədisləri yandırırdısa, Osman bu əməlin qarşısını almaq üçün Peyğəmbər (s)-in böyük və tanınmış səhabələrinə işgəncə verərək onları sürgün edərdi. Belə ki, “Əbuzər”-i Mədinədən Şam şəhərinə, oradan isə Mədinəyə və Mədinədən isə “Rəbəzə”-yə isti kimsəsiz səhraya sürgün etdi. Bununla da Peyğəmbər (s)-in əziz köməkçisi isti səhrada, qürbət yerdə öz canını tapşırdı. Həmçinin Peyğəmbər (s)-in başqa səhabəsi sayılan “Əmmar Yasir”-i elə döydürmüşdür ki, vurulan zərbələrin ağrısından bihuş olaraq yerə yıxılırdı.1
İyirmi beş il üç xəlifənin hökuməti zamanı Peyğəmbər (s)-in köməkçiləri, tabeinlər və başqaları bu acınacaqlı və çətin həyatı yaşayaraq keçinirdilər. Axırda taqətsiz qalmış bu ümmət qiyam edərək Osmanın xilafətini devirdilər və onu öldürdülər. Sonra Əli (ə)-a tərəf üz çevirdilər. Onu çox tə`kidlə xilafətə gətirdilər.2 Əli (ə) hakimiyyətə elə vaxtı yetişmişdir ki, artıq 30 ildən çox idi ki müsəlmanlar get-gedə keçmiş xəlifələrin zamanında olan siyasi gedişə adət etmişlər. Əli (ə) öz zamanının vəziyyətini belə açıqlayır3:
- “Məndən üncə olan xəlifələr yetərincə Peyğəmbər (s) ilə müxalif olan əməlləri yerinə yetirdilər. O həzrət (s)-in əmrini pozaraq sünnəsini dəyişdirdilər. Elə ki mən camaatı bu işlərdən çəkindirməklə Peyğəmbər (s)-in zamanında olduğu kimi yerinə yetirməyə çağırsam qoşumların mənim ətrafımdan dağılacaq məni tənha və kimsəsiz qoyacaqlar. Ən azı və çoxu öz tərəfdarlarımla, Peyğəmbər sünnəsi və İlahi kitab yolu ilə mənim vilayətimi qə`bul edənlərlə birgə qalacam.”
“Nə fikirləşirsiniz? Əgər əmr etsəm ki;
-
İbrahim (ə)-ın məqamını Peyğəmbər (s)-in buyurduğu yerə qaytarın;
-
Fədək bağlarını Fatimə (s)-in övladlarına tapşırıram;
-
Peyğəmbər (s)-in bağlanmış əhdi-peyman necə idisə eləcə yerinə yetirsəm;
-
Peyğəmbər (s) tərəfindən məsləhət üzündən səlahiyyəti olan şəxslərə verilmiş torpaqları özlərinə qaytarsam;
-
Xəlifələrin zülmcəsinə çıxardıqları hökümlərə ədalətlə yenidən baxsam;
-
Zəkatı onun əsil yerlərindən düzgün ölçüdə alsam;
-
Dəstəmazı, quslu və namazı əvvəlinci şəkildə yerinə yetirilməsinə əmr etsəm;
-
Öz ərlərindən boşandırılaraq ədalətsizcəsinə başqalarına verilən qadınları öz ərlərinə qaytarsam;
-
Təbəqə söhbəti ilə bölünən beytul malı Peyğəmbər (s)-in zamanında olduğu kimi bərabər bölsəm və təkcı varlılara qismət olmasına icazə verməsəm;1
-
Torpaq maliyyəsini ləğv etsəm;2
-
Müsəlmanları evlənməkdə bərabər etsəm;1
-
Xumsu Allah buyurduğu kimi alsam;2
-
Peyğəmbər məscidini əvvəlki vəziyyətinə qaytarsam: -O qapılar ki, Peyğəmbər (s) –dən sonra məscidə açılmışdı bağlatsam və o qapılar ki Peyğəmbər (s)-dən sonra məscidə bağlatdırılmış qapını açdırsam;
14. Dəridən tikilmiş papış ya çarıqların üzərinə məsh çəkməyi qadağan etsəm;3
15. Şərab içənə layiq olduğu cəzanı versəm;
16. Qadınların və Həcc mut`əsini Peyğəmbər (s)-in zamanında olduğu kimi cayiz saysam;4
17. Meyyit namazının təkbirini beş dəfə etsəm;5
18. Camaatdan “Bismillah”-ı namazda uca səslə oxumalarını istəsəm;6
19. Təlaqı Peyğəmbər (s)-in buyurduğu və göstərdiyi kimi yerinə yetirsəm;1
20. Başqa ümmətlərin muharibə əsirləri ilə Allah və Peyğəmbəri (s) buyurduğu kimi rəftar etsəm;2
Xülasə söyləsəm, əgər camaatı İlahi əmrlərə və Qur`ani Kərimin göstərişlərinə rəayət etməyə çağırsam, belə halda onlar mənim ətrafımdan dağılacaqlar.”
“And olsun Allaha ! Elə ki, müsəlmanlara Ramazan ayında əmr etdim ki, vacibi namazlardan savayı başqa namazları camaatla birgə qılmasınlar və dedim ki;- Müstəhəb namazları camaatla qılmaq bid`ətdir3, qoşunumun bir qismi səs-küy salaraq dedilər: واسنة عمراه !! “Ey müsəlmanlar Əli istəyir Ömərin sünnəsini dəyişsin. Bizi Ramazan ayında müstəhəb namazlar qılmaqdan saxlasın. İş o yerə çatdı kı, qorxdum qiyam etsinlər.”
“Aman bu ümmətin əlindən, mənimlə muxalifət etmələrindən, yolunu azmış başçılardan itaət etməklərindən, onları uçuruma aparan başçılardan itaət etməklərindən, acılar çəkdim.”
İmam (ə) öz işini elə tənzimləmişdi ki, Peyğəmbər (s)-in getdiyi yolu, izləyərək xəlifələrin əksinə davranmışdı. Xüsusən hədis məsələlərində xəlifələrin buraxdığı böyük səhvləri və qoyduqları mənfi tə`sirləri məhv etmək üçün davamlı mübarizəyə başlamışdır.1
Qureyş tayfası öz şəxsi ambisiyalarının ziddinə olan Əli (ə)-ın bu işlərini görüb onunla muxalifət etməyə başladılar. Buna görə də “Cəməl” və “Suffeyn” döyüşlərində çoxlu qanlar axıdıldı. Şəxsi mənafelərinin təhlükədə olduğunu gördükdə Əli (ə)-la öz düşmənliklərini göstərdilər. Bu düşmənlik o qədər uzun sürdü ki, dörd il yarımdan sonra Həzrət Əli (ə)-ı mehrabda ibadət edərkən şəhid etdilər.
Çox keçmədi Allahın və Peyğəmbər (s)-in düşməni olan Muaviyə hiyləkəri ilə xilafəti ələ keçirdi. Onun Muğeyrə ibn Şö`bə ilə söhbətində öz mənfur siyasətini ona belə açıqladı. Muğeyrə demişdi: “Ey Əmirəl mö`minin! Indi ki öz arzu və istəklərinə çatdın, bu yaşının çoxluğunda ədalət və muruvvətə rəayət etməkdə sənə mane olan nədir? Ləyaqətli işlər görməklə özündən sonra ad-san qoya bilmərsənmi? And olsun Allaha ! Bu gün daha Bəni Haşim sənin qorxundan başqa heç nələrin qalmayıb. Buna görə də yaxşı olardı onlarla mehriban davranaraq öz qohumluq əlaqəni daha da gücləndirəsən.” Muaviyə belə cavab verdi:-“Heyhat, heyhat- uzaqdır uzaq!Əbu BƏkr hakimiyyətə gəldi ədalətlə iş gördü. Bütün çətinlikləri öhdəsinə götürdü. Lakin, hələ də vəfatından neçə gün keçmədi ki, bə`zi vaxtlar adı çəkilirdi və ondan heç bir şey qalmadı. Bu vaxt Ömər hakimiyyətə gəldi. Çoxlu zəhmətlər çəkərək on il xilafəti dövründə əziyyətlər gördü. And olsun Allaha ölən kimi adı da öldü. Sonra, hamımızdan üstün olan qardaşımız Osman, xilafətə gəldi. Bir çox işlər gördü. Onunla başqalarının etdiyi əməllər də ötüb keçdi. And olsun Allaha ölümündən sonra adı da öldü. Onun yaxşı əməlləri, rəftarı da unuduldu. Lakin, Haşimi olan o kişinin adını1 hər gün beş dəfə azan vaxtı dünyanın ucqar yerlərində uca səslə səsləndirirlər.2 “Şəhadət verirəm ki həqiqətən Muhəmməd Allahın elçisidir.”
Nə qədər ki bu ad yaşayır, kimin adı yaşayar ey anası ölmüş! Yox and olsun Allaha ! Nə qədər ki bu adı yer üzündən silməmişəm dincəlməyəcəyəm!3
Bu səbəbdən bütün gücünü Peyğəmbər (s)-in adının və ailəsinin məhv olması üçün sərf edirdi. Öz hədəfinə çatmaq üçün cürbə-cür hədis uyduran dəsgahları işə saldı. İş o yerə gəlib çıxdı ki, Əbu Hureyrə 5300-dən çox hədis, Abdullah ibn Ömər 2000-dən çox və Ummul mö`minin Ayişə, Ənəs ibn Malik hər biri 2300-dən çox yalan və qondarma hədislər Peyğəmbər (s)-ə nisbət verdilər.4
Adı çəkilən şəxslər və onların başqa həmkarları, hakim təbəqənin razılığını əldə etmək üçün səhabələrin adından uydurulmuş və qondarma hədisləri nəql etməkdə bir –biriləri arasında rəqabət aparırdılar. Heç kəs Allahdan başqa bu dövrlərdə Peyğəmbər (s)-ə nisbət verilən hədislərin aqibətindən xəbərdar deyildir. Bu işin tə`siri nəticəsində bütün şeylər İslam qanunlarını qarışdırdı. Nəticədə həqiqi və düzgün İslamı dəyişib, hakimiyyətdə olanların cinayətlərinə haqq qazandıran İslama çevirdilər.
Hakimiyyətdə olanlar da ancaq belə bir İslamı rəsmi tanıyırdılar. Birinci iki xəlifənin beyninin məhsulu olan və onlara sərf edən İslam ki, Muaviyyənin dövründə daha çox dəyişdirildi, bu günümüzə kimi bir sıra ölkələrdə həqiqi və rəsmi İslam adı ilə qalmaqdadır. İş o yerə çatıb ki, Peyğəmbər (s)-in gətirdiyi həqiqi və əsil İslamı, o yalnış İslama öyrəşmiş insanlara təqdim eməkdə çoxlu çətinliklər törədir və onlar üçün inanılmaz görünür.
Muaviyyənin zamanında yayılmış və Peyğəmbər (s)-in adına yalandan qondarılmış hədislər ilə İslama üz tutub onunla tanış olanlar, məhz bu İslamı həqiqi İslam kimi tanıyırlar. Misal üçün; Onlar İslamda olan tohidə Əbu Hureyrənin saxtalaşdırdığı qondarma hədislər gözü ilə baxırlar.
“Bir qrup şəxslər Peyğəmbər (s)-ə dedilər:- Ey Allahın rəslu! Biz qiyamət günündə öz Allahımızı görəcəyikmi? Buyurdu:_On dörd gecəlik ayı görməyinizə narahatsınızmı? Dedilər:- Xeyr, ey Allahın rəsulu! Buyurdu:- Bulud olmayan havada günəşi müşahidə etdikdə əziyyət çəkirsinizmi? Dedilər:- Xeyr, ey Allahın rəsulu! Buyurdu:- Siz Allahınızı belə şəkildə görəcəksiniz! Qiyamət günündə Allah camaatı bir yerə toplayacaq. Sonra onları çağırıb belə buyuracaq:-Hər kəs pərəstiş etdiyinə tərəf getsin.
Günəşə pərəstiş edənlər günəşə tərəf, aya pərəstiş edənlər isə aya tərəf gedərlər. Axırda zülmə pərəstiş edənlər öz mə`budlarına tərəf gedərlər. Təkcə arasında munafiq olan bu ümmət qalar. Bu vaxt Allah təbarək və tə`ala keçmişdə onu tanıdıqları sifətdə onlara yaxınlaşaq və deyər:- Mən, sizin Pərvərdigarınızam! Deyərlər:- Bİz səndən öz Allahımıza pənah aparırıq. Biz Allahımız gəlincəyə qədər burada qalacağıq. O gələndə biz onu tanıyacağıq.
Sonra, Allah onu tanıdıqları surətdə onlara tərəf yaxınlaşaq və deyər:- Mən sizin Pərvərdigarınızam! Deyərlər:- Bəli, sən bizim Pərvərdigarımızsan. Sonra onun arxasınca yola düşərlər...”1
Gördüyünüz kimi bu hədis Allahı tanımağın və İslamda mə`ad bəhsinin əsasını dəyişmişdir. Həmçinin başqa hədislərdə də İslam Peyğəmbərinin asimani simasını başqa cür tanıtdırmışlar. O cümlədən, rəvayət etmişlər ki, Allahın rəsulu öz Allahından belə bir şey istəyibmiş:- İlahi, qəzəb üzündən mö`minlərə etdiyim qarğışı dəyişib onların paklığına və onlar üçün bərəkətə çevir.”2
Həmçinin nəql eidirlər ki, Peyğəmbər (s) camaata buyurdu:-“Xurmanın tozlanmağa ehtiyacı yoxdur” və yaxud “Xurmanı tozlandırmayın, yaxşı olacaq.! Camaat da Peyğəmbər (s)-in əmrinə itaət edirdilər. Xurmanı tozlandırmadılar. Nəticədə həmin il ağaclar bar vermədi. Peyğəmbər (s) eləki öz sözlərini yadına saldı, “Mən belə düşünürdüm, məni qinamayın!” və ya “Siz öz dünyəvi işlərinizdə məndən daha çox təcrübəlisiniz.” buyururdu!3
O cümlədən rəvayət edirlər ki, “Bir gun Peyğəmbər (s) Məkkə şəhərində “Nəcm” surəsini oxudu. Elə ki,
وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَى أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّى
“Bir deyin görək (sizin ibadət etdiyiniz) Lat və Uzza, digər üçüncü (büt) olan Mənat da Allahın qızlarıdırlar ?!” 1
ayəsini oxuyarkən Şeytan Peyğəmbər (s)-in mübarək dilinə bu cümləni gətirdi:
تلك الغرانيق العلي منهاالفاعة ترتجي
“ Ağ quşlara bənzəyən bütlərdən şəfaət almaq ümüdü gözlənilir “
Elə ki, bu cümlə Peyğəmbər (s)-in dilindən çıxdı müşrüklər sevindilər. Onlar deyirdilər ki, Peyğəmbər(s) də bizim bütləri təriflədi. Bu vaxt hamı bir yerdə - müsəlmanlar və müşrüklər – səcdə etdilər! Cəbrail (ə) nazil oldu və Peyğəmbər (s)-i bu böyük səhvindən agah etdi. Peyğəmbər (s)-ə belə buyurdu:- “Bu cümlələri Şeytan sənin dilinə gətirdi.”
Bə`zi rəvayətlərin bir hissəsində belə zikr olunnuşdur ki, Cəbrayil (ə) Peyğəmbər (s)-ə dedi:-Ayələri təkrar edin. Peyğəmbər (s) ayələri bir-birinin ardınca oxudu. O cümlədən تلك الغرانيق العلي منهاالفاعة ترتجي cümləsini də qiraət etdi. Cəbrayil (ə) dedi:-Xeyr, bu cümləni mən gətirməmişəm. Onu Şeytan sənin dilinə gətirmişdir.2
Bu rəvayətlər, əhli-sünnə məzhəbinin mö`təbər və məşhur olan “Təbəri, İbn Kəsir, Syuti və Seyyid Qutbud-din” kimi alimlərinin təfsir kitablarında yazılmışdır. Onlar Peyğəmbərin dilindən o qədər yalan hədislər demişlər ki, Peyğəmbər (s)-in o ilahi və gözəl xüsusiyyətləri pərdə arxasında qalmışdır.1
Bütün bunlara baxmayaraq, Qureyş tayfasının böyüklərinə və onların ətrafındakılara yalan fəzilətlər uydurmuşlar. Onlara muxalif və zidd olanları isə töhmət və iftira yağışına tutmuşlar. Bu iş, o yerə çatdı ki, “Əbuzər Qəffari”, “Malik Əştər”, “Əmmar Yasir” və s.. kimi şəxsiyyətli səhabələri dindən xəbərsiz və aldanılmış kimi qələmə verirdilər.2
Buna da kifayətlənməyib, “Allahın sifətləri, məhşər və qiyamətin necəliyi, behişt və cəhənnəmin savabı və cəzası, əvvəlki peyğəmbərlərin macarası, İslam əqidələrinin, əhkamının və yaranışın başlanması” barədə bir çox rəvayətlər nəql etmişlər ki, əhli kitabın xurafi fikirlərindən və özlərinin uydurduqları böhtan, yalan və cahillikdən başqa bir şey deyildir.
Bu kimi hədislərin sayı çoxaldıqca onun nəqli və yayılması da genişlənirdi. Bununla da bütün həqiqətləri dəyişdirib biyabırçı vziyyətə saldı. Onun da nəticəsi bu oldu ki, hakim təbəqənin icad etdiyi yalnış İslam, Əməvi və Abası xəlifələrindən ta Osmanlı ımperatorluğunun zamanına kimi davam etdi.
Bütün dövrlərdə olduğu kimi İslam tarixində də hədis uyduran və yalan hədis düzəldən muzdurların qarşısında bir qrup şəxsiyyətli, pak insanlar da vardır. Onlar, öz canları bahasına Peyğəmbər (s)-in həqiqi sünnəsini yə`ni o həzrətin bəyanlarını müsəlmanlar arasında yayaraq həqiqəti çatdırırdılar. Peyğəmbərin səhabələrindən biri olan “Əbuzər” bu gözəl və haq sevər insanların qarşısında gedirdi. Bir gün “Mina” dağında “Cəməreye vusta”-ya yaxın oturmuşdu. Camaat onu dövrəyə alıb din barədə ondan suallar soruşurdular. Birdən Əməvi hökumətinin muzdurlarından biri camaatın çoxluğunu görüb yaxınlaşdı. Əbuzərin başının ütsündə durdu və ona dedi:- Məyər sənə camaatın suallarına cavab verməyi qadağan etməyiblərmi? Əbuzər dedi:_Sənə əmr ediblər ki mənə nəzarət edəsən? Sonra boynunun arxasına işarə edərək dedi:- Əgər qılıncı bura qoysan mənim başımı kəsincə güman etsəm ki Peyğəmbər (s)-dən eşitdiyim bir məsələni deyə bilərəm, canım çıxıncaya qədər şübhəsiz onu söyləyərəm.1
“Rəşid Hicri”-də belə şəxslərdən biri idi. İbn Ziyad Kufənin hakimi olan zaman onun əl-ayağını kəsdirib evinə göndərdi. Camaat da onun görüşünə gələrək ağlayırdılar. O isə ağlayalara belə deyirdi:-Ağlamağı yığışdırın. Yazmaq üçün bir şey gətirin. Mövlam Əli (ə)-dan eşitdiklərimdən sizlərə söyləyim. Camaat da qə`bul etdilər. Elə ki, bu xəbər İbn Ziyada çatdı, əmr etdi onun dilini də kəssinlər.2
“Meysəm Təmmar” da bu yolun yolçusu idi. İbn Ziyad onun əl-ayağını kəsdirib dar ağacından asdırdığı zaman, mənbər üstünə çıxmış kimi uca səslə fəryad edərək deyirdi:- Eşidin ey camaat! Hər kəs Əli (ə)-dan nəql olunan hədisləri eşitmək istəyirsə yaxın gəlsin.
Camaat onun başına toplaşdılar. Meysəm, söhbətə başladı. Bu xəbər İbn Ziyada çatan kimi onun dilinin kəsilməsini əmr etdi. Meysəm, dili kəsiləndən sonra, bir saatdan artıq tab gətirə bilmədi. Dar ağacında qanına qəltan canını tapşırdı.1
Əsrlər boyu xilafət məqamının nüfuzu çoxalırdı. Allah və Peyğəmbər (s)-in qoyduğu halal və haram haqqında olan qanunları dəyişdirib, özləri qanun tə`yin edirdilər ki nə olar və nə olmaz. Onların çıxardıqları yanlış və zalimanə qanunlar Allahın adilanə qanunlarının yerinə qoyuldu. Əlbəttə bu hal, Osmanın xilafətinin axırlarına qədər çox çəkmədi. Camaatın narazı qalması və inqilabı az-çox olsa bu işin üzərindən xətt çəkdi. Bir müddət keçdikdən sonra növbə Muaviyyəyə çatdı. O, öz təbliğatçı hey`ətinin köməyi ilə - qondarma hədis düzəldənlərlə - keçmiş işləri davam etdi.2
Lakin, İmam Huseyn (ə)-ın şəhadəti ilə bu plan həmişəlik olaraq pozuldu. Daha xilafət əvvəlki vəziyyətində qala bilmədi. Buna görə də yeniliklər və rəsmi İslamı həqiqi İslamdan ayırmış olan bid`ətlər bundan sonra daha çoxalmadı. Xəlifələr daha təzə bid`ətləri din adı ilə cəmiyyətə məcburən qə`bul etdirə bilmədilər.3
İmam Huseyn (ə)-ın şəhadətinin başqa bir faydası da bu idi ki, İslamın həqiqətini tanıyanların və Peyğəmbər (s)-in hədislərini söyləyənlərin həbs edilməsi, əziyyət və işgəncə olunmasının, qətlə yetirilməsinin azalmasıdır. Çünki, sonraki hökumət başmıları onları keçmişdəkilərə nisbətən işgəncə verib öldürə bilmədilər. Axırda onlar çox çalışaraq bir-birinin ardınca minlərcə xilafət muzdurları tərəfindən uydurulmuş hədislərin içindən düzgün və səhih hədisləri seçərək müsəlmanlara çatdırırdılar.
Ömər ibn Əbdul Əzizin hakimiyyətə gəlməsi, hədis nəqlinə qoyulmuş 100 illik qadağanı aradan apardı. Bu zamandan başlayaraq (2-ci əsrin əvvəlləri) rəsmi İslam itaətçilərinə hökumət tərəfindən Peyğəmbər (s)-in hədislərini yazmaq tapşırıldı. Nəticədə, Peyğəmbər və səhabələrin həyatı barədə və hədislər barədə onlarla kitablar toplanıb yazıldı. Bu kitablar içində olan minlərlə hədis təkcə İslam məktəbinin həqiqi şagirdləri tərəfindən Peyğəmbər (s)-dən nəql olunmuşdur. Lakin, həmin hədislər özü də bir neçə nəfər satılmış üzdən iraq alimləri narahat edirdi. Həqiqi hədislərlə mübarizə aparmaq üçün onlar iki yolu seçdilər:
-
Hədis və Rical elmində belə bir qanun çıxardılar ki,hər hədisin ravisi şi`ə və həzrət Əli (ə)-ın tərəfdarlarından olsa o hədis e`tibarsız və zəif sayılar.1
-
Hədislərdən elə bir məcmuə tərtib etdilər ki, imkan daxilində doğru hədislər və xəlifələrin mənafeyinə toxunan hədislər orada olmasın.
Bu yolla yazılmış hədis kitabları “Səhih” adlandırıldı. Bu kitabların sayı altıya çatdı. Onların arasında “Səhihi Buxari” başqalarına nisbətən çox e`tibarlı sayılırdı. Çünki, Buxari hamıdan çox yuxarıdakı iki qaydaya çox diqqət edirdi. Hətta, xəvaricdən – İmran ibn Həttan kimi – hədis nəql etmişdi. Lakin, İmam Sadiq (ə)-dan bir dənə də olsun hədis rəvayət etməmişdir. O, xəlifələrin pis əməllərini bəyan edən hədisləri yarımçıq və parça-parça nəql etmiş, bu səbəbə görə də rəsmiyyətdə tanınmış olan İslam yolunu gedənlər onun kitabını Qur`andan sonra ən düzgün kitab kimi saymışlar.
Bu əsasla, tarix kitabları arasında Təbərinin tarixi bütün tarixi kitablardan ən mö`təbərlisi sayılır. Baxmayaraq ki, o da Buxarinin getdiyi yolla getmişdir. O cümlədən rəsmi İslamın hökumət başçılarına və səhabələrə olan hər növ hörmətsizliyi açıqlayan hədisləri nəql etməmişdir. Həmçinin, bu kimi hədislər qarşısında olan zalim hökumət başçılarının mənafeyinə olan, onların əməllərini başqa cür yozan və mə`na edən uydurma və qondarma hədisləri öz kitabında zikr etmişdir. Buna görə də, Təbəri dinsiz və İslam düşmənlərinin uydurduqları yüzlərlə düzəlmə hədisləri zikr etmişdir. Nəticədə Peyğəmbər (s) əsrinin və ilk xəlifələrin tarixi hadisələri təhrif olunaraq yazılmışdır.1 Xəlifələrin və səhabələrin mənafelərini müdafiə etdiyi üçün elə bir şöhrətə və məqama yetişmişdir ki, onu “İmamul muərrixin”, “Tarix yazanların başçısı” adı ilə çağırırdılar. Təbəridən sonra İbn Əsir, İbn Kəsir və İbn Xəldun kimi tarixçilər ancaq səhabələrin həyatını onun tarix kitabından sitat gətirmişlər.2
Rəsmi İslamın davamçıları dördüncü əsrdən sonra dövlətə bağlı olan alimlərin ardınca yuxarıdakı altı kitabı nəşr etmışlər. Tarix yazanlar arasında da ancaq Təbəri və ardıcılları mö`təbər sayılmışlar. Alimlərin topladığı yüzlərlə hədis, təfsir və tarix kitabı kənara qoyuldu. Bu minvalla Peyğəmbər (s)-in gətirdiyi həqiqi İslam haqqında olunan bəhs və təhqiqat qapılarını öz üzərinə bağladılar.
Neçə nəsil sonra, yə`ni dördüncü əsrdən ta bu günə qədər onlardan sonra gələnlər də onların yolunu davam etdirmişlər. Bu günlərdə əhli-beyt məktəbinin davamçılarıından başqa, qalan bütün məzhəblərin nümayəndələri İslamı elə xəlifələrin muzdurlarının tanıtdırdığı, dövlətə sərfəli olan İslam kimi qə`bul edirlər. Buna görə də, hazırki zamanəmizdə həqiqi İslamı tanımağa aparan yolda saxta hədislər ən böyük maneədir. Bu saxta hədislər maarif, əhkam və hətta Peyğəmbər (s)-in həyatı və tarixinə də sirayət etmişdir. Buna görə də, çox mühümdür ki, İslam dünyasının alimləri bu haqda təhqiqat və axtarış apararaq həqiqi İslamı ki ancaq Peyğəmbər (s)-in ailəsində tapmaq olar, saxta İslamdam ayırsınlar. Bu böyük işə hər yerdə, o cümlədən İraqda, Misirdə, Suriyada, Livanda və həmçinin İranda böuyük ehtiyac vardır.
Mən, bu məsələni yuxarıda adı gedən ölkələrin alimləri ilə meydana qoyub muzakirə etmişəm. Arzu edirəm ki, Peyğəmbər (s)-in həqiqi dininin qoruyucuları olan bizim elmi hövzələrimiz bu məsələyə daha çox diqqət etsinlər. Bu barədə Qum elmiyyə hövzəsidən birinci əlimə çatan iş: Ayətullah Məhəmməd Sadiq Nəcminin əsəri olan “Buxari və Müslümün səhihlərinə bir baxış” kitabıdır. Bu kitab neçə səbəbə görə məni sevindurdi. Onun müəllifinə təşəkkür edirəm. Çünki;
1.- Kitabın möhtərəm müəllifi hədis kitabları haqqında lazımı qədər təhqiqlər aparmışdır.
2.- Hədis kitablarının arasından əhli sünnə arasında səhih sayılan Buxarinin və Müslümün səhihlərini bəhs mövzusuna çevirmişdir.
3.- Kitabı diqqətlə oxuduqdan sonra gördüm ki, müəllif kitabın bəhsləri haqqında olan ədəb-ərkana tamamilə rəayət etmişdir.
4.- Bu kitabda olan bütün mətləblərini bu mövzu ilə maraqlanan fars silli xalqların başa düşdüyü səviyyədə, sadə və aydın dillə yazmışdır.
5.- Müəllifin Qum elmiyyə hövzəsinin alimlərindən olmağına və sünni məzhəb qardaşlardan uzaq yaşamasına baxmayaraq bu məsələyə doğru və düzgün diqqət yetirmişdir.
Ümüdvarıq ki, alimlər bu kitabın qədrini bilsinlər və onu diqqətlə oxusunlar. Ta bə`zi məsələlər onlar üçün aydınlaşsın.
********
Mütəal Allahın dərgahından istəyirəm ki, Qum elmiyyə hövzəsini İmam Zamanın zühuruna kimi qoruyub saxlasın. Üzümüzə gələn hər əsrdə İslam dünyasına bəhs və təhqiq əhli olan alimlər bəxş eləsin.
Ayətullah Seyyid Murtəza Əsgəri
11/ 02/ 92-ci hicri ili.
Dostları ilə paylaş: |