İ K İ N C İ H İ S S Ə
“SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM SÜNNİ MƏZHƏBİNİN NƏZƏRİNDƏ “
2.“ SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM SÜNNİ MƏZHƏBİNİN NƏZƏRİNDƏ “ Sihahi sittə (altı səhih kitab):
Sünni məzhəbinin alimləri bütün hədis və məsanid1 kitablarından altı kitab seçərək, bu kitabları düzgün və səhih saydıqları üçün birinci dərəcəli kitablar bilirlər. Beləki, bu kitabları “sihah” yə`ni həqiqətlə uyğun olan hədislər adlandırırlar. Bu kitablar, bu məzhəbin əhkam, əqaid, təfsir və İslamın ilk illərinin tarixi barədə olan məsələlərin əsasını və bünövrəsini təşkil edir.
Bundan öncə işarə olunduğu kimi, bu altı kitabların “səhih” adlandırılması və onların başqa hədis və məsanid kitabları ilə fərqi bundadır ki, bu kitablarda olan hədislər və bütövlükdə bu kitabların məzmunu, onların müəllifləri tərəfindən və başqa əhli sünnə alimləri tərəfindən doğru və həqiqətə uyğun sayılır.
Onların nəzərincə bu altı kitabların hər birində Peyğəmbərimiz (s) haqda yazılan hər hansı bir hədis həqiqətən onun mübarək dodaqlarından zikr olunmuş və ya əməli surətdə onu təsdiqləmiş və bəyənmişdir. Lakin, başqa hədis kitablarında belə xüsusiyyətlər yoxdur. Onların hədislərində olan mətləblərin və məsələlərin Peyğəmbər (s)-a səhvən və ya yalan olaraq nisbət verilməsi də mümkündür. Hansı ki, o həzrət (s) tərəfindən bu hədislər buyurulmamışdır.
Məsələ burasındadır ki, Fəzl ibn Ruzbəhan deyir: - “Əgər bir kəs and içə ki, altı kitabda olan hədislərin hamısı səhih və Peyğəmbər (s)-in sözləridir, andı düzgündür və ona kəffarə düşmür.1”
Başqa yerdə isə belə buyurur:- “Bizim məzhəbimizin bütün rəhbərlərinin hamısının nəzəri budur ki, altı kitabda olan bütün hədislərin hamısı düzgün və həqiqətə uyğundur.”2
Başqa bir cəhətdən, “sihah” kitablarının bə`ziləri ( sunəni Termizi) barədə deyilmişdir ki:
مَنْ كَانَ فِي بَيْتِهِ هَذالْكِتَاب كَانَ فِي بَيْتِهِ نَبِي يَتَكَلَّم
“ Bu kitab, hansı evdə olsa, eləbil onun evində Peyğəmbər (s) söz demişdir.”
Sunəni Əbi Davud barədə bə`zi mənbələr belə buyurur:
كِتَابُ الله اَصْلُ الاِيمَان وَسُنَنِ اَبِي دَاوُدعهدالاِسْلام
“Qur`ani Kərim i`manın kökü, sunəni Əbu Davud isə İslamın proqramıdır.”
Lakin bu altı kitab arasında səhihi Buxarı və səhihi Müslüm sihahdan və dörd başqa kitablardan daha çox əhəmiyyət kəsb etmişdir. Bu iki kitab əhəmiyyət və dərəcə cəhətindən birinci sayılmış və başqa dörd sihahlar isə əhəmiyyət cəhətindən ikinci dərəcədə yer tutmuşdur.
“ SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM KİTABLARININ XÜSUSİYYƏTLƏRİ.” Hədislrin mövzuların sayı:
Səhihi Buxari adlanan kitab, doqquz cilddən ibarətdir və yüz kitabdan çoxdur. Onun mövzuları 3450-ə qədərdir. Hədislərinin sayı təkrarla birlikdə 7275 və təkrar olmuş hədisləri nəzərə almasaq 4000-ə qədər hesablanmışdır.1
Şərhləri:
Əlimizə çatan say, bunu bildirir ki indiyə qədər 59-a kimi (tamamlanmış və natamam) səhihi Buxari kitabına şərhlər yazılmışdır. Onlardan 11 şərhi çap olunmuş, bu günə qədər 28 nəfər ona ünvan* yazmışlar. 15 nəfər isə öz zövqlərinə uyğun onu xülasələşdirmiş, 16 nəfər isə ona müqəddimə yazmışdır.
Səhihi Müslüm isə, səkkiz cilddə 15 kitaba şamil olub, 1205 mövzudan ibarətdir. Hədislərinin sayı təkrarla birlikdə 7275 və təkrarsız 4000-ə qədər hesablanmışdır.2
" SƏHİHEYN KİTABLARI BARƏDƏ YAZIÇILIQ MƏHARƏTİ "
Sünnilər “Səhiheyn” və bu iki kitabların bütün hədislərinin doğruluğu və həmçinin onların müəllifləri (Buxari və Müslüm) barədə çoxlu tə`riflər söyləmiş və yazmaqda məharət göstərmişlər. Bə`zən, bu yolda ifrata varmışlar. Əlbəttə, bu baxımdan Buxari Müslümə nisbətən çox tə`rif olunmuşdur.
Əhli sünnə alimləri bəzən Peyğəmbər (s)-in salamını Buxariyə çatdırmış, bəzən onun kitabı barədə yuxular görmüş və bəzən də bu iki kitaba və onların müəllifləri haqqında kəramətlər söyləmişlər. Beləki, bu iki kitabı tə`rifləməkdə o yerə gəlib çıxmışlar ki, guya bu iki kitab doğru və Peyğəmbər (s) tərəfindən imza olunmuşdur. Lakin, belə kəramətlər və tə`riflər nəinki bu iki kitabın mətni ilə hətta, öz müəlliflərinin nöqteyi nəzərindən düzgün deyildir. Bu mövzu barədə geniş şəkildə bəhs edəcəyik.
Hər şeydən öncə əziz oxucunun belə tə`riflərdən bir neçəsinə diqqət yetirməsini istəyir, sonra isə bu iki kitab barədə təhqiqə başlayacağıq.
Katibe Çələbi deyir:-“Hədis elmi barədə saysız hesabsız kiablar yazılmışdır. Lakin, bizim alimlərimizin Qur`ani Kərimdən sonra ən səhih kitabın “Səhihi Buxari” və “Səhihi Müslüm” kitablarının olması barədə nəzərləri uzlaşır”.1
Muhəmməd ibn Yusif Şafei deyir:- “Birinci hədis kitabı “Səhihi Buxari” və ondan sonra isə “Səhihi Müslüm” kitabıdır. Bu iki kitab, Qur`ani Kərimdən sonra ən səhih sayılan kitablardır”.2
Zəhəbi deyir: - “Səhihi Buxari” kitabı İslam aləmində ən böyük, bəlkə Qur`andan sonra ən yaxşı kitabdır.3
Çələbi “Səhihi Müslüm” kitabı barədə deyir:- “Səhihi Müslüm, doğru və düzgünlüyünə görə kitablar arasında ikinci kitabdır. Qur`andan sonra ən səhih sayılan iki kitabdan biridir. Qur`andan sonra bu iki kitabdan başqa səhih kitab yoxdur”. 4
Əbu Əli Nişapuri deyir: - “Mavi səma altında “Səhihi Müsllüm” kitabından başqa bir səhih kitab yoxdur”.5
Fazil Nəvəvi "Əttəqrib"6 kitabında deyir:- “Səhihi Buxari və Səhihi Müslüm kitabları Qur`ani Kərimdən sonra ən səhih kitablardır. Baxmayaraq ki, bə`ziləri Səhihi Müslümü birinci sayırlar lakin, Səhihi Buxari kitabı Səhihi Müslüm kitabına nisbətən ən səhih və çox faydalıdır”.
Yenə də Nəvəvi “Səhihi Müslüm” kitabına şərhində belə deyir:- “Qur`ani Kərimdən sonra ən səhih kitab “səhiheyn” (Səhihi Buxari və Səhihi Müslüm) kitablarıdır. İslam ümməti də bu iki kitabı qə`bul etməklə onun düzgün və səhihliyini təsdiq etmişlər. Bu məsələ barədə bütün alimlərin nəzərləri və fikləri eynidir”.1
Qəstəlani deyir:- “Bütün İslam ümmətinin bu iki kitabın səhihliyi barədə nəzərləri eynidir və hər ikisinin səhih olduğunu qə`bul etmişlər. Lakin, onlardan hansı biri digərindən üstündür? Bu barədə müxtəlif nəzərlər var. Bə`ziləri “Səhihi Buxari”-yə və bə`ziləri isə “Səhihi Müslüm” kitabına üstünlük verirlər”. 2
İbn Həcər Məkki deyir:- “Səhihi Buxari və Səhihi Müslüm kitabları din alimlərinin nəzərində Qur`andan sonra ən səhih kitabdır”.3
İmamul Hərəmeyn demişdir:- “Əgər bir şəxs and içsə ki, səhiheynin hədislərinin hamısı həqiqətlə uyğun və Peyğəmbər (s)-in söylədikləridir, onun andı düzdür və kəffarəsi də yoxdur. Çünki, İslam ümmətinin hamısının nəzəri bu iki kitabın səhih olması barədə eynidir”.4
Dostları ilə paylaş: |