Bu kitabın sənədləri haqqında izah:
“Səhihi Buxari”
1.-Kamil bir nüsxədir ki, səhvləri düzəldilib tənzimlənmişdir. Misirdə çap olunmuşdur. Bu nüsxə ikinci Sultan Əbdul Həmidin göstərişi ilə hicrətin 1312-ci ilində Misirin 16 nəfər tanınmış alimlərindən ibarət olan bir hey`ətin nəzarəti altında yazılmışdır. O alimlərdən Camei Əl-Əzhər institutunun rəisi Şeyx Səlim Beşri və o institutun başqa alimlərinin adını çıkmık olar. Bu işdə əhli-sünnənin dörd məzhəbinin alimlərinin rolu da az olmamışdır. Yuxarıda adı gedən alimlərin zəhməti sayəsində səhvləri düzəldilib çap edilərək camaatın istifadəsinə verilmişdir. Bu kitabın çapında əsil və qədimi bir əl yazma kitabdan istifadə edilmişdir ki, o kitab İstambulun Astana kitabxanasında mövcuddur. Adı gedən əl yazma başqa əl yazma nüsxələrlə müqayisə edilmişdir. Bu kitab, çap olunduqdan sonra alim və qazilərdən olan yeddi nəfər tərəfindən diqqətlə mutaliə olunmuş, tənzimlənmiş və həmin alimlər tərəfindən təsdiqlənmişdir.Biz də “Buxari və Müslümün səhihlərinə bir baxış” kitabımızda adı yuxarıda gedənkitaba istinad etmişik.
2.-Mö`təbər bir nüsxədir ki, hicrətin 1272-ci ilində “Hindistanda” çap olunmuşdur. O zamanlarda kitabın arxasında o kitabın səhvlərini göstərən səhifə olmurdu. Bu iş, axır zamanlarda kitablarda qeyd olunmağa başlamışdır.
3.- Üçüncü nüsxə elə bir nüsxədir ki, Misirin Şə`əb çapxanasında Yuniyyə nusxəsində çap olunmuşdur. Təəssüflər olsun ki, bu nüsxədə çapın tarixi qeyd olunmamışdır.
“Səhihi Müslüm”
1.-Gözəl bir nüsxədir ki əl yazma və çap olunmuş nüsxələrlə tutuşdurulduqdan sonra Məhəmməd Şükrinin vərəq altısı ilə hicrətin 1334-cü ilində səkkiz cüzdə və iki qalın cilddə Misirdə çap olunmuşdur. Biz də bu kitabımızda o nüsxəyə əsaslanmışıq.
2.- İkinci nüsxə yenə də maraqlı bir nüsxədir. Məhəmməd Fuad Əbdul Baqinin təhqiqi və Şər`i Nəvəvinin vərəq altısı ilə 1374-cü ildə, beş cilddə çap olunmuşdur. Adı çəkilən bütün nüsxələr bizim yanımızda mövcuddur. Bu kitabın tə`lifi zamanı o nüsxələrin hamısından geniş istifadə etmişik.
وألحمدلله رب العالمين وصلي الله علي محمدوآله الطاهرين
Cümə axşamı Rəbius-sani ayının 25-i 1392-ci hicr tarixi;
Xordad ayının 18-i 1351-ci şəmsi tarixi Gecənin yarısı
Dostları ilə paylaş: |