C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar



Yüklə 1,2 Mb.
səhifə9/37
tarix02.01.2022
ölçüsü1,2 Mb.
#47131
1   ...   5   6   7   8   9   10   11   12   ...   37
C -dan praktikum (1)

Göstəricilərlə əməllər

Standart funksiyalar

C++ dilindəki əsas standart funksiyalar cədvəl-də verilmişdir.



Adı

Təyinatı

abs(x)

x tam ədədinin modulu

fabs(x)

x həqiqi ədədinin modulu

sin(x)

x ədədinin sinusu

cos(x)

x ədədinin kosinusu

tan(x)

x ədədinin tangensi

atan(x)

x ədədinin arktangensi

asin(x)

x ədədinin arksinusu

acos(x)

x ədədinin arkkosinusu

exp(x)

ex

log(x)

natural loqarifm

log10(x)

onluq loqarifm

sqrt (x)

x ədədinin kvadrat kökü

pow(x,y)

x ədədinin y qüvvəti

ceil(x)

x ədədinin ona yaxın ən böyük ədədə qədər yuvarlaqlaşdırılması

floor(x)

x ədədinin ona yaxın ən kiçik ədədə qədər yuvarlaqlaşdırılması

Verilənlərin daxil və xaric edilməsi

C++ dilində verilənlərin daxil və xaric edilməsi siniflər kitabxanası vasitəsilə həyata keçirilir. Formatlı xaric etmək üçün printf funksiyasından istifadə olunur və onun ümumi aşağıdakı kimidir:



printf (format sətri, xaric olunacaq dəyişənlərin siyahısı);

Bu funksiya format sətrində verilmiş siyahı üzrə dəyişənləri formatlı xaric edir.

Formatlı daxil etmək üçün scanf funksiyasından istifadə olunur və onun ümumi şəkli aşağıdakı kimidir:

scanf (format sətri, daxil ediləcək dəyişənlərin siyahısı);

Bu funksiya format sətrində verilmiş siyahıda ünvanları göstərilmiş dəyişənləri formatlı daxil edir. Format sətri ekrana çıxarılacaq və ya klaviaturadan daxil ediləcək simvollardan ibarət olub spesifikasiya adlanır. Spesifikasiya “%” simvolu ilə başlayır və formatlaşdırma əməliyyatını yerinə yetirir. Bu zaman tam ədədlər üçün %d, həqiqi ədədlər üçün %f və simvol üçün %c formatı göstərilməlidir.

Qeyd edək ki, printf funksiyasının parametrləri scanf funksiyasının parametrlərinə oxşardır və format sətrində ədədlər üçün %d, həqiqi ədədlər üçün %f, simvol üçün %c və simvollar sətri üçün %s formatı göstərilməlidir.

Bunlardan başqa format sətrində aşağıdakı xüsusi simvollarda ola bilər:



  • \b – cari mövqenin sola sürüşdürülməsi;

  • \n – növbə

  • \r – yeni sətrə keçmədən sətrin əvvəlinə keçid;

  • \t – horizontal

  • \’ – tək dırnaq simvolu;

  • \” – cüt dırnaq simvolu;

  • \? - ? simvolu.

Format sətrindən sonra vergül qoyulur və ondan sonra ekranda əks olunacaq dəyişənlərin adları, ədədlər və ya ifadələr yazılır.

Giriş-çıxış funksiyası istifadə olunan proqramda #include direktivindən istifadə olunmalıdır.

Aşağıdakı nümunəyə baxaq.

Məsələ. Üçbucağın üç tərəfi verilmişdir. Onun sahəsini və perimetrini hesablamalı.

Bu məsələnin həlli üçün proqram tərtib etmək üçün giriş və çıxış verilənlərini təyin edək.

Giriş verilənlərini a, b, c ilə, çıxış dəyişənlərini isə S və P ilə işarə edək. Sahənin hesablanması üçün Heron düsturundan istifadə edirik. Burada yarımperimetrdir.

Proqramın mətni aşağıdakı kimi olar.

#include

#include

#include

Using namespace std;

int main()

{

float a, b, c, S, r; // dəyişənlərin təsviri.



printf (“a=”); // a= yazılışının ekrana çıxarılması.

scanf (‘%f”, &a); // a dəyişəninə klaviaturadan daxil edilmiş qiymətin yazılması.

printf (“b=”); // b= yazılışının ekrana çıxarılması.

scanf (‘%f”, &b); // b dəyişəninə klaviaturadan daxil edilmiş qiymətin yazılması.

printf (“c=”); // c= yazılışının ekrana çıxarılması.

scanf (‘%f”, &c); // c dəyişəninə klaviaturadan daxil edilmiş qiymətin yazılması.

r=(a+b+c)/2; //yarımperimetrin hesablanması.

S=sqrt (r*(r-a)*(r-b)*(r-c)); // üçbucağın sahəsinin hesablanması.

printf(“S=%5.2f \t”, S); // S= yazılışının ekrana çıxarılması. S-in qiymətinin ekrana çıxarılması, tabulyasiya.

// %5.2f spesifikası 5 simvoldan ibarət və onlardan 2-si nöqtədən sonra gələn həqiqi ədədin təsvirini göstərir.

printf(“p=%5.2f \t”, 2*r); // p= yazılışının və 2*r ifadəsinin qiymətini ekrana çıxarır.

return 0;

}


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin