C++ proqramlaşdırma dili haqqında ümumi məlumatlar



Yüklə 1,2 Mb.
səhifə17/37
tarix02.01.2022
ölçüsü1,2 Mb.
#47131
1   ...   13   14   15   16   17   18   19   20   ...   37
C -dan praktikum (1)

Do while dövr operatoru

Bəzi məsələlərin həllində elə hallar olur ki, dövrü heç olmasa bir dəfə yerinə yetirib, sonra isə müəyyən şərt əsasında onu davam etdirmək lazımdır. Bu zaman while operatoru lazım olan effekti vermir. Bunun üçün do while operatorundan istifadə olunur. Burada əvvəl dövrün gövdəsindəki operator yerinə yetirilir, sonra şərt yoxlanılır. do while operatorunun ümumi yazılış forması belədir:

do

{

1-ci operator;



2-ci operator;

...


n-ci operator;

}

while (şərt);



do while operatoru belə işləyir. Əvvəl dövrün gövdəsinə daxil olan operatorlar yerinə yetirilir. Sonra şərt yoxlanılır. Əgər şərt doğrudursa (sıfıra bərabər deyilsə), onda gövdənin operatorları təkrar bir dəfə də yerinə yetirilir. Əks halda dövr sona çatır və idarəetmə dövrdən sonrakı operatora ötürülür. Belələklə, do while operatorundan istifadə zamanı dövr həmişə heç olmasa bir dəfə yerinə yetirilir. while operatorundan istifadə zamanı ola bilər ki, dövr heç bir dəfə də olsa yerinə yetirilməsin.

Nümunə1. y=x3+6x-7 funksiyasının [1;10] parçasında h=1 addımı ilə qiymətlərini hesablayan alqoritmin proqram kodunu yazmalı.

Məsələni do while operatorundan istifadə etməklə həll edək. Onda proqram kodu aşağıdakı kimi olar:

#include

#include

#include

using namespace std;

int main()

{

float a,b,h,x,y;



cout<<”a=”;

cin>>a;


cout<<”b=”;

cin>>b;


cout<<”h=”;

cin>>h;


x=a;

do


{

y=pow(x,3)+6*x-7;

cout<<”y=”<

x+=h;


}

while (x<=b)

return 0;

}

Nümunə2. EBOB-un tapılması alqoritminin proqram kodunu do while dövr operatorunun köməyilə tərtib edək. Proqram kodu aşağıdakı kimi olar:

#include

using namespace std;

int main()

{

unsigned int a, b;



cout<<"a=";

cin>>a;


cout<<"b=";

cin>>b;


do

if (a>b) a=a-b;

else

b=b-a;


while (a!=b);

cout<<"EBOB= "<

return 0;

}


Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin