MAKROSLAR
C++ dilində istifadə olunan digər əhəmiyyətli vasitələrdən biri də makroslardır. Makroslar
2 cür olur: şərt makrosları və təyin makrosları.
Təyin makrosalrı
Təyin makrosalrı #define direktivindən istifadə olunaraq yaradılır. Təyin makrosları hər hansı bir ifadənin başqa ifadə ilə əvəz edilməsinə xidmət edir. Misal üçün əgər biz proqramın hər-hansı yerində #define MAX_QIYMET 1024 sətrini yerləşdiririksə onda kompilyator proqramda MAX_QIYMET ifadəsinə rast gəldiyi bütün yerlərdə onu 1024 ilə əvəz edəcək.
Sadə proqrama baxaq:
#define MAX 8
int main()
{
int i,x[MAX];
for (i=0, i
return 0;
}
Bu proqram 8 elementli tam tipli x cərgəsi elan edir və onun elementlərinə 0-dan 7-yə kimi qiymətlər mənimsədir.
Şərt makrosları
Şərt makrosları #ifdef , #ifndef , #endif direktivlədən istifadə olunaraq yaradılır.Şərt makrosları bizə imkan verir ki, müəyyən şərtdən asılı olaraq proqramın hər-hansı hissəsinin kompilyator tərəfindən nəzərə alınmamasını təmin edək.
Sintaksis belədir:
# if şərt proqram kodu
#endif
Bu zaman əgər şərt 1 qiyməti alarsa onda kompilyator proqram kodu hisəsini nəzərə alacaq, əks halda isə bu hissə kompilyator tərəfindən inkar ediləcək, başqa sözlə şərh kimi qəbul olunacaq.
Əlavələr Əlavə A – bəzi standanrt funksiyalar
sdt::cout funksiyası.
sdt::cout funksiyası yaddaşın müxtəlif məlumatları ekrana çap etmək üçün istifadə olunur. Misal üçün əgər ekranda "Salam dunya" sətrini çap etmək istəyiriksə onda aşağıdakı kimi yazırıq:
std::cout<<"Salam dunya";
Əgər sdt::cout vastəsilə ekrana müxtəlif məlumatlar göndərmək istəyiriksə onda bir neçə müxtəlif məlumatı "<<" vastəsilə birləşdirə bilərik. Misal üçün tutaq ki, x,y,z dəyişənlərinin qiymətlərini çap etmək istəyirəm. Onda kod aşağıdakı kimi olar:
Dostları ilə paylaş: |