C++ proqramlaşdırma dili
Əhməd Sadıxov
3 – cü buraxılış
10.02.2013
Önsöz
C++ proqramlaşdırma dili kitabının 3-cü buraxılışında hamınızı xoş gördük. Bu dərslik C+
+ proqramlaşdırma dilini tam başlanğıcdan, heç bir proqramlaşdırma biliyi olmayan səviyyədən orta təcrübəli səviyyəyə qədər sərbəst örgənənlər üçün nəzərdə tutulub. 3
-cü buraxılış əvvəlki buraxılışlardan məzmun, struktur v.b. məsələlərə görə ciddi fərqlənir. Bir çox başlıqlar demək olar ki, təmamilə yenidən işlənib.
C++ dilinin örgənilməsini çətinləşdirən ən əsas amil göstəricilərdir. Digər C++ dərsliklərində və bu dərsliyin əvvəlki buraxılışlarında göstəricilər mövzusu dərsliyin əvvələrində daxil olunur və dərslik boyu göstəricilərin digər proqramlaşdırma elementləri ilə əlaqəsi paralel izah olunur. Bütün bu isə yeni başlayanlar üçün ciddi çətinliklər yaradır. Bunları nəzərə alıb dərsliyin hazırkı braxlışında aşağıdakı dəyişiklikləri etdik.
Göstəricilərlə bağlı bütün məsələlər dərsliyin əsas bölmələrindən təmamilə yığışdırıldı. Bu mövqenin yeni başlayanlar üçün ilkin proqramlaşdırma təcrübəsi toplamaqda göstəricilərin yaratdığı maneəni aradan qaldırdığı qənaətindəyik.
İlkin proqramlaşdırma təcrübəsi dedikdə dəyişənlər, operatorlar, cərgələr, sətirlər, strukt tiplər və siniflər nəzərdə tutulur. Bütün bu anlayışlarla iş təcrübəsi topldıqdan sonra artıq orta səviyyəli proqramçı öz proqramlaşdırma təcrübəsini PHP, JAVA və digər bu tipli göstərici tələb etməyən dillər istiqamətində inkişaf etdirə bilər.
Göstəricilərlə bağlı bütün məsələlər 9 – cu paraqrafda daxil edilir. Burada göstəricilər, onların digər proqramlaşdırma elementləri ilə əlaqəsi, göstəricilər üzərində hesab əməlləri, göstəricilərin funksiyalarla əlqəsi v.s. məsələlər tam ətraflı izah olunur. Etiraf etməliyəm ki, göstəricilər hal-hazırda istifadəçi proqramlaşdırmasında(məlumatlar bazası, web v.s.) demək olar ki istifadə olunmur və göstəricilər mövzusunu örgənmək bu halda sizə sadəcə proqramın yaddaşı ilə bağlı müəyyən qədər təcrübə qazandıracaq. Lakin gələcəkdə Unix sistemlərinə keçmək istəyən proqramçılar(sistem proqramlaşdırma) üçün göstəriciləri örgənmək mütləq vacibdir.
Bu buraxılışda digər bir yenilik isə Buta_PM proqramlaşdırma mühitinin hazırlanması oldu. C++ və digər dilləri örgənmək istəyənlərin ən başlanğıcda qarşılaşdıqları problem düzgün kompilyatorun seçilməsi, quraşdırılması və istifadəsi problemidir. Bir qayda olaraq yeni başlayan proqramçılar bu mərhələdə təcrübə, dil, v.s. problemlər səbəbindən hal- hazırda geniş istifadə olunan və daha çox peşəkar proqramçılar üçün nəzərdə tutulmuş kompilyatorların quraşdırılmasında çətinlik çəkirlər. Bunları nəzərə alıb biz yeni başlayanlar üçün Azərbaycan dilində olan, çox asanlıqla quraşdırılan və olduqca sadə istifadəçi interfeysinə malik Buta_PM C++ proqramlaşdırma mühitini tərtib etdik. Buta_PM proqramlaşdırma mühitini asadikhov.net səhifəsindən yükləyə bilərsiniz.
Dostları ilə paylaş: |