c plus-plus proqramlasdirma dili ahmed sadixov aze
<<məlumat1 <<məlumat2 <<... <<məlumatn;
Bu zaman məlumat1, məlumat2 ... v.s. hamısı eyni bir axına bitişdirilir.
Çalışma 3.
Yalnız bir std::cout operatorundan istifadə edərək ekranda "Nevrokibernetika" və "Proqramlashdirma" sətirlərini ardıcıl çap edən proqram tərtib edin.
Həlli. "Nevrokibernetika" və "Proqramlashdirma" sətirlərini çap etmək üçün std::cout<< "Nevrokibernetika"; və std::cout<<"Proqramlashdirma"; operatorlarından istifadə etməliyik, lakin birləşdirmə operatorunun köməyilə ilə bu aşağıdakı kimi də yazıla bilər:
std::cout<< "Nevrokibernetika"<<"Proqramlashdirma"; Proqram aşağıdakı kimi olar:
#include int main (){
std::cout<<"Nevrokibernetika"<<"Proqramlashdirma";
}
Bəzən çap elədiyimiz məlumatları oxumaq asan olsun deyə bir-birindən aralı çap etmək tələb olunur. Bu zaman yalnız məsafə(probel) simvollarından ibarət sətirdən istifadə edə bilərik, misal üçün " " şəklində.
Çalışma 4. Ekranda "Nevrokibernetika" və "Proqramlashdirma" sətirlərini ardıcıl çap edən proqram tərtib edin. Sətirləri bir-birindən fərqləndirmək məqsədilə onları bir qədər aralı çap edin.
Həlli. Bunun üçün "Nevrokibernetika" sətrindən sonra məsafə buraxmalıyıq. std::cout<<" "; operatoru ilə həmin məqsədə nail ola bilərik. Daha sonra isə "Proqramlashdirma" sətrini çap etmək olar. Proqram kodu aşağıdakı kimi olar:
}
Çalışma 5. Yalnız bir std::cout operatorundan istifadə edərək ekranda "Nevrokibernetika" və "Proqramlashdirma" sətirlərini ardıcıl çap edən proqram tərtib edin. Sətirləri fərqləndirmək məqsədilə onları bir-birindən aralı çap edin.
Həlli. Bunun üçün birləşdirmə operatorundan aşağıdakı kimi istifadə edə bilərik std::cout<<"Nevrokibernetika" <<" "<<"Proqramlashdirma"; . Proqram kodu aşağıdakı kimi olar:
#include int main (){
std::cout<<"Nevrokibernetika" <<" "<<"Proqramlashdirma";