C++ proqramlaşdırma dili


Çalışma 6. Ekranda "Nevrokibernetika" və "Proqramlashdirma" sətirlərini alt-alta çap edən proqram tərtib edin. Həlli



Yüklə 257,56 Kb.
səhifə10/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Çalışma 6. Ekranda "Nevrokibernetika" və "Proqramlashdirma" sətirlərini alt-alta çap edən proqram tərtib edin.


Həlli. Proqram kodu aşağıdakı kimi olar:


#include int main (){
std::cout<<"Nevrokibernetika" <<"\n"<<"Proqramlashdirma";

}


Çalışma 7. Ekranda ardıcıl olaraq (arada boş məsafə buraxmaqla) "Elm","Tehsil","Tedqiqat","Inkishafetdirme" sətirlərini çap edən proqram tərtib edin.


Həlli. Proqram kodu aşağıdakı kimi olar:


#include int main (){
std::cout<< "Elm" << " "
<< "Tehsil" << " "
<< "Tedqiqat" << " "
<< "Inkishafetdirme" ;
}


Çalışma 8. Ekranda alt-alta "Elm","Tehsil","Tedqiqat","Inkishafetdirme" sətirlərini çap edən proqram tərtib edin.


Həlli. Proqram kodu aşağıdakı kimi olar:
#include int main (){
std::cout<< "Elm" << "\n"
<< "Tehsil" << "\n"
<< "Tedqiqat" << "\n"
<< "Inkishafetdirme" ;
}


1.5 Proqramda Şərhlər


C++ dilində yazılmış hər – hansı proqramı şərhsiz təsəvvür etmək olmaz. Şərh (comment,statement ... ) proqramın bu və ya digər hissəsinin hansı iş gördüyünü bildirmək üçün proqramın mətn koduna əlavə olunur . Şərhlər ancaq proqramın işini başa düşmək istəyənlər üçündür. Proqramın real yerinə yetirilən koduna şəhrlərin heç bir aidiyyəti yoxdur.

Belə ki, kompilyator proqramı kompilyasiya edərkən birinci gordüyü iş şərhləri proqramkodundan silməkdir.


C++ dilində 2 cür şərhlərdən istifadə olunur: çoxsətirli - /* və */ və təksətirli - // . Çoxsətirli şərhlərdən istifadə etdikdə kompilyator /* və */ arasında qalan bütün proqram kodun şərh kimi qəbul edəcək . Təksətirli şərhlərdən istifadə edən zaman kompilyator // simvollarından həmin sətrin sonuna kimi olan hissəni şərh kimi qəbul edəcək. Bu zaman kompilyator bu sətirləri nəzərə almayacaq. Onu da deyim ki, çox vaxt bu qaydadan proqramdakı səhvləri tapmada istifadə olunur (proqramın müəyyən hissəsini şərh kimi verib nəticəni yoxlamaqla).





Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin