Simvol tipi char ilə işarə olunur və yaddaşda 1 bayt yer tutur. C++ dilində simvollar tək dırnaq - ' arasında verilir və böyük və kiçik həriflər bir-birindən fərqləndirilir, misal üçün 'A'
- böyük a simvolu, 'c' - kiçik c simvolu.
Dəyişənlərin elan olunması
Biz proqramın istənilən yerində, istədiyimiz tipdən , istədiyimiz sayda dəyişən elan edə bilərik. Bunun üçün dəyişənin tipini və adını qeyd etməliyik, aşağıdakı kimi:
tip ad;
Hər-bir operatorun sonunda olduğu kimi dəyişənlərin elanı da mütləq nöqtə-vergül ilə bitməlidir. Əgər eyni tipdən bir neçə dəyişən elan etmək istəsək onları bir-birindən vergül ilə ayırmaqla eyni sətirdə elan edə bilərik, aşağıdakı kimi:
tip dey1, dey2, dey2;
Dəyişənlərin adlandırılması
Dəyişənlərə ad verərkən aşağıdakı qaydalara əməl etməliyik:
Dəyişən adında yalnız ingilis əlifbasının simvolları, rəqəmlər və _, $ simvollarından istifadə edə bilərik.
Dəyişən adı mütləq ingilis əlifbasının simvolu ilə başlamalıdır.
Əvvəlcədən elan olunmuş dəyişən, funksiya və operator adlarını dəyişən adı kimi istifadə etmək olmaz.
Düzgün dəyişən adlarına misal: x, y, dey, dey1, dey2, cem, deyişen, S, s, vurma v.s.
Yanlış dəyişən adlarına misal: dəy(ə simvolundan istifadə olunur), 5f (rəqəm ilə başlayır), vur%ma (% simvolundan istifadə olunur) v.s.
Qeyd: Dəyişənləri adlandırmada səhvə yol vermə yeni başlayanlar üçün tipik səhvlərdən sayılır. Nəticədə proqram uğurlu kompilyasiya olunmur.
Məsləhət: Dəyişənə ad verərkən mümkün qədər qısa və dəyişəndə yadda saxlanılan məlumata uyğun ad vermək lazımdır. Bu sizə həmin dəyişəndə hansı məlumatı yerləşdirdiyinizi yadda saxlamağa kömək edr.
Dostları ilə paylaş: |