Çalışma 5. C++ dilində proqram tərtib edin. Tam tipli x,y və z adlı 3 dəyişən elan edin, x-
ə 5, y-ə 12, z -tə isə x ilə y in cəmini mənimsədin.
Həlli: Əvvəlcə int x,y,z; sətri ilə tələb olunan dəyişənləri elan edək. Daha sonra mənimsətmə operatoru ilə x -ə 5, y -ə 12 qiymətlərini mənimsədək. x = 5; y = 12; . Sonda isə toplama operatoru vastəsilə x və y -in cəmini z -tə mənimsədək:
z = x + y; Müvafiq proqram kodu aşağıdakı kimi olacaq:
// 5 ilə 12 nin cəmini hesablayan proqram
#include int main(){
// deyishenleri elan edek int x,y,z;
// qiymetleri menimsedek x = 5;
y = 12;
// z -te x ile y-in cemini menimsedek z = x + y;
}
Proqramın ədədləri düzgün cəmlədiyini bilmək üçün nəticəsini yoxlamaq tələb olunur. Bunun üçün ekranda çap etmə - cout operatorundan istifadə edə bilərik. cout operatorunu keçəndə qeyd etdik ki, cout ilə ekranda sətir, dəyişən qiyməti, unvan v.s. çap edə bilərik. Bir daha yada salaq ki, C++ dilində sətir cüt dırna işarəsi arasında yerləşən ifadə hesab olunur, misal üçün "Baki", "Salam dunya","cem", "5", "5 ile 12 -nin cemi", " x = ", v.s.
Bütün bunlar cüt dırnaq arasında verilmiş müxtəlif simvollar ardıcıllığıdır.