Çalışma 4. İnt tipli x adlı dəyişən elan edin. Mənimsətmə operatorundan istifadə etməklə x dəyişəninə 5 qiyməti mənimsədin.
Həlli: int tipli x dəyişəni elan etmək üçün int x; operatorundan, x dəyişəninə 5 qiyməti mənimsətmək üçün isə x = 5; operatorundan istifadə etməliyik. Yekun proqram kodu aşağıdakı kimi olar:
#include int main(){
int x; x = 5;
}
Dəyişənlər üzərində əməllər
Dəyişənlərdə yerləşdirilmiş məlumatları məsələnin tələbinə uyğun şəkildə emal etmək üçün onun üzərində müxtəlif əməliyyatlar icra etmək mümkündür. Bu əməliyyatları hesab,
müqaisə, köçürmə, məntiq, bit v.s. kimi qruplaşdıra bilərik.
Dəyişənlər üzərində hesab əməlləri
C++ dili tipindən asılı olmayaraq istənilən dəyişən üzərində aşağıdakı hesab