//duzbucaqli sinfi elan edirik
class duzbucaqli {
public: duzbucaqli();
int sahe (int, int); int en;
int uz;
};
duzbucaqli::duzbucali(){ en = 20;
uz = 30;
}
int duzbucaqli::sahe (int x, int y){
return x*y;
}
//nesilverme ile duzbucaqli sinfinden
//paralelpiped sinfi yaradiriq
class paralelpiped : public class duzbucaqli {
public:
paralelpiped(); int hundurluk int hecm(void);
};
// paralelpiped sinfinin yaradicisini yenileyirik
// ki, hundurluk heddine 25 qiymeti menimsetsin
paralelpiped::paralelpiped(){ hundurluk = 25;
}
int paralelpiped::hecm(){
return en*uz*hundurluk;
}
int paralelpiped::sahe (){
return 2*(en*uz + en*hudurluk + uz*hundurluk);
}
int main(){
// paralelpiped sinfinden parp adli obyekt
// yaradaq
paralelpiped parp;
std::cout<<"parp obyektinin sahesi = "<<<"parp obyektinin hecmi = "<
}
$9 Göstəricilər.
Bu paraqrafda biz proqramlaşdırmanın ən vacib və çətin hissələrindən biri sayılan göstəricilərlə tanış olacayıq. Göstəricilərlə iş təcrübə tələb edir və bu paraqrafda biz göstəricilərlə bağlı ən əsas məsələləri izah etməyə çalışmışıq.
Bu paraqrafda göstəricilərlə bağlı aşağıdakı məsələlərə toxunulur : dəyişənin ünvanı, göstəricilərin elanı, unvana görə ötürülmə, göstərici ilə cərgələrin əlaqəsi, göstəricilər üzərində hesab əməlləri, göstərici tipli obyektlər, dinamik yaradılma və silinmə.
Ünvan
Ünvan anlayışı
Sistem proqramlaşdırmada bəlkə də ən mühüm məsələ ünvan məsələsidir. Hər-hansı məlumata müraciət etmək üçün prosessor onun yaddaşdakı ünvanını mütləq bilməlidir. Bizim proqramda dəyişənlərə verdiyimiz adlar kompilyasiya zamanı müvafiq yaddaş ünvanları ilə əvəzlənir.
Ünvan məlumatın və ya proqram kodunun yaddaşdakı yerini göstərir.
Bütün bunlar sistem proqramlaşdırmanın mövzusu olsa da, istifadəçi proqramlaşdırma da unvanlardan geniş istifadə olunur.
Dəyişənin ünvanı
Dəyişənin ünvanının örgənmək üçün ünvan operatorundan istifadə olunur. Ünvan operatoru '&' kimi işarə olunur. Hər-hansı dəyişənin unvanın əldə etmək üçün onun adının əvvəlinə ünvan operatoru artırılır, aşağıdakı kimi:
&dəyişən;
Çalışma 1. int tipli x adlı dəyişən elan edin. Onun ünvanın ekranda çap edin.
Həlli. Proqram kodu aşağıdakı kimi olar:
#include int main(){
int x;
std::cout<< "x deyisheninin unvani = "
<< &x
<< "\n";
}
Göstərici
Sətirlərlə, cərgələrlə, funksiyaya ötürülən parametrlə, məlumat struktları ilə (növbə, stek, siyahı, ağac), dinamik obyektlərlə işləyərkən ünvan əməliyyatları zamanı göstəricilərdən istifadə olunur.
Göstərici özündə qiymət olaraq ÜNVAN yadda saxlayan dəyişəndir.
Göstəriciyə istənilən dəyişənin ünvanın mənimsədə bilərik, nəticədə göstərici həmin dəyişənin yaddaşdakı yerini bildirəcək, istinad edəcək , başqa sözlə həmin dəyişəni GÖSTƏRƏCƏK. Əgər göstəricinin qimətini dəyişib ona başqa ÜNVAN mənimsətsək, onda göstərici müvafiq ünvandakı məlumata istinad edəcək (göstərəcək).