C++ proqramlaşdırma dili


Göstəricilər ilə Cərgələrin əlaqəsi



Yüklə 257,56 Kb.
səhifə42/48
tarix24.05.2022
ölçüsü257,56 Kb.
#59348
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
c plus-plus proqramlasdirma dili ahmed sadixov aze

Göstəricilər ilə Cərgələrin əlaqəsi


Cərgələr göstəricilərin xüsusi bir formasıdır. Cərgələr də göstəricilər kimi yaddaşda müəyyən bir sahəyə istinad edir. Fərq yalnız ondadır ki, göstəricini istənilən ünvana yönləndirmək olar, cərgələr isə proqramın icrası boyu yalnız bir unvana - elementlər yerləşdiyi sahənin başlanğıcına (cərgənin ilk elementinə) istniad edirlər. Başqa sözlə cərgənin adı cərgənin ilk elementinə istinad edən və qiyməti dəyişdirilə bilməyən (constant) göstəricidir.
      1. Göstəricinin cərgəyə mənimsədilməsi


Cərgə elan edən zaman biz aşağıdakı sintaksisdən istifadə edirik:
tip cərgənin_adı [elementərin_sayı];

Qeyd etdik ki, burada cərgənin_adı cərgədəki ilk elementə istinad edən göstəricidir. Buna görə başqa göstərici elan edib bu cərgəyə mənimsədə bilərik. Misal üçün aşağıdakı kimi:


tip cərgənin_adı [elementərin_sayı], *göstərici; göstərici = cərgənin_adı;
Bu zaman göstərici cərgənin ilk elementinə istinad etmiş olacaq. Bu bizə * operatorundan istifadə etməklə həmin elementin qiymətini örgənməyə və dəyişməyə imkan verir. Misal üçün *göstərici = 45; əməliyyatı cərgənin ilk elementinə ()cərgənin_adı[0] ) 45 qiymətni mənimsətmiş olacaq.


Çalışma 7. int tipli 5 elementdən ibarət x cərgəsi və y göstəricisi elan edin. y göstəricisindən istifadə etməklə x-in ilk elementinə 120 qiymətini mənimsədin.


Həlli. Proqram kodu aşağıdakı kimi olar:
int main(){ int x[5], *y; y = &x;
*y = 120;

}


      1. Göstərici üzərində hesab əməlləri


Göstərici qiymət olaraq özündə yaddaş ünvanı saxlayır. Qeyd etdik ki, fiziki yaddaş ünvanları 0-dan böyük - bərabər tam ədədlərlə ifadə olunur. Bu isə ünvan üzərində hesab əməlləri aparmağa imkan verir. İstifadəçi proqramlaşdırmada ünvanlarla bağlı əsasən toplama və çıxma əməliyyatları aparılır.


Göstəricinin qiymətini artırıb-azaltdıqda o yaddaş sahəsi boyu müvafiq olaraq "yuxarı" və "aşağı" sürüşür. Bundan istifadə edib göstəricinin qiymətini artırıb-azaltmaqla onu cərgə boyu yuxarı və aşağı sürüşdürərək cərgənin istənilən elementi üzərinə yerləşdirmək olar.

Tutaq ki, aşağıdakı kimi cərgə və göstərici elan etmişik:


tip cərgənin_adı [elementərin_sayı], *göstərici;

göstəricini cərgəyə mənimsədək,


göstərici = cərgənin_adı;

Hal-hazırda göstərici cərgənin ilk elementi üzərindədir (cərgənin_adı[0]). Əgər göstəricinin qiymətini 1 vahid artırsaq o növbəti elementin üzərinə sürüşər,


göstərici = göstərici + 1;

Hal-hazırda göstərici cərgənin ikinci elementi üzərindədir (cərgənin_adı[1]).


Eyni qayda ilə əgər göstəricinin qiymətini 1 vahid azaltsaq onda o cərgənin əvvəlki elementi üzərinə sürüşər.


göstərici = göstərici - 1;

Bu zaman göstərici cərgənin ilk elementi (cərgənin_adı[0]) üzərinə sürüşər.





Yüklə 257,56 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin