1-ci genotipli, qaraciyər sirrozu olmayan pasiyentlərin
müalicə müddəti
SVC əldə olunarsa, müalicə müddətini fərdi qaydada 24-36
həftəyədək ixtisar etmək olar (D).
SVC olmadığı, lakin tam EVC əldə edildiyi halda müalicə
müddəti 48 həftə təşkil edir (A).
Tam EVC olmadığı və yubanmış cavaba nail olunduğu
zaman müalicəni 72 həftəyədək uzatmaq tövsiyə edilir (D).
2-ci, 3-cü genotipli, qaraciyər sirrozu olmayan pasiyentlərin
müalicə müddəti
Standart müalicə müddəti 24 həftədir (A).
3-cü genotipli və HCV RNT-nin ilkin səviyyəsi > 600 000
BV/ml, yüksək səviyyəli fibroz və/və ya steatoz olan
pasiyentlərdə DVC-nin əldə edilməsi ehtimalını VƏT-ni 24
həftədən çox uzatmaqla artırmaq olar (D).
Dostları ilə paylaş: |