Uşaqların müalicəsi
Uşaqlar üçün standart interferonlardan (Roferon-A, İntron-A)
istifadə olunmaqla kombinasiya edilmiş VƏT-nin aparılmasına 2
yaşdan sonra icazə verilir. İnterferonun tətbiqinin doza və rejimi – 3
mln. BV/m
2
× həftədə 3 dəfə, yaxud 3 mln. BV × həftədə 3 dəfə
(əgər bədən səthinin sahəsinə müvafiq olaraq hesablanmış doza 9
mln. BV/həftə-yə çatırsa). Ribavirin orta hesabla 15 mq/kq/sutka
dozada təyin olunur.
Pegilə olunmuş interferonlar böyüklərin müalicəsində “qızıl
standart” kimi qiymətləndirilsə də, onlar 18 yaşdan kiçik uşaqlarda
istifadə üçün qeydiyyatdan keçməyiblər.
3-18 yaşlı uşaqlarda XCH-nin müalicəsi zamanı pegilə olunmuş
interferonların tətbiqinin effektiv olmasını göstərən ayrı-ayrı klinik
tədqiqatlar mövcuddur (D). Lakin bu preparatların
prepubertat/pubertat yaş dövründə istifadəsinin uzun müddətli
təhlükəsizliyi (reproduktiv, endokrin sistemlərə və s. təsiri) barədə
heç bir məlumat yoxdur.
Uşaqlarda VƏT, yalnız onun zəruriliyinin ciddi şəkildə
əsaslandırılması, valideynlərin və ya uşağın qanuni təmsilçilərinin
yazılı razılığı olduğu halda təyin oluna bilər.
Dostları ilə paylaş: |