25
peqinterferon və ribavirinlə təkrar müalicəyə fərdi qaydada
baxılmalıdır (C).
►
Kombinasiya edilmiş VƏT-dən sonra residiv qeydə alınan və
müalicəyə cavab verməyən pasiyentlərdə təkrar müalicənin
aparılması üçün pegilə olunmuş alfa-2b interferondan istifadə
edilir. Bu zaman preparatların dozasının artırılmasına, onlara
dözümlülük dərəcəsi nəzərə alınmaqla, fərdi qaydada
baxılmalıdır.
►
Virusoloji cavab alınan təqdirdə, təkrar müalicənin müddəti
genotipdən asılı olmayaraq 48 həftədən az olmamalıdır
(D).
►
Təkrar müalicənin effektivliyi ilkin VƏT-nin müvafiq
meyarlarına görə qiymətləndirilir.
Peqilə olunmuş interferon və ribavirinlə təkrar müalicə əvvəllər
VƏT almış və müalicəyə cavab verməyən, yüksək səviyyəli fibroz və
ya qaraciyər sirrozu olan pasiyentlər üçün nəzərdən keçirilə bilər.
Dostları ilə paylaş: