ARTIM FAKTORLARI
Ribavirinlə terapiya fonunda hemoqlobin səviyyəsi orta hesabla
2-3 q/dl-dək azalır ki, bu da yorğunluq və təngnəfəsliklə özünü
büruzə verir. Ribavirinlə terapiya fonunda yaranmış anemiyanın
korreksiyası variantlarına ribavirinin dozasının azaldılması, ribavirin
qəbulunun dayandırılması və/və ya eritropoetin artım faktorunun
təyin edilməsi daxildir.
Anemiyanın korreksiyası məqsədilə ribavirin dozasının aşağı
salınması DVC-nin əldə olunması göstəricilərinin aşağı düşməsinə
səbəb ola bilər. Lakin ribavirin dozasının ≤ 20% aşağı salınmasının
DVC-nin əldə olunmasına təsiri məlum deyil. Beləliklə, xüsusən
terapiyanın ilk 12 həftəsində, ribavirinin hədəf dozasının ≥ 80%-ini
qəbul etmək lazımdır. Ribavirin qəbulunun erkən dayandırılması
DVC əldə olunmasının sübut edilmiş azalmasına səbəb olur.
Eritropoetinlə terapiya ribavirinin lazımı dozasını saxlamağa
imkan verir və müalicə fonunda yaranmış anemiyası olan
pasiyentlərin həyat keyfiyyətini yaxşılaşdırır.
Eritropoetin terapiyası İİV və ya qaraciyər transplantasiyasından
sonra immunosupressantların tətbiqi nəticəsində iliyin zəifləməsi baş
vermiş pasiyentlər üçün daha effektli ola bilər. Eritropoetin təyini
zamanı alfa-epopoetinin başlanğıc dozası 40000 vahid d/a həftədə 1
dəfə (60000 vahidə qədər, d/a, həftədə 1 dəfə) və ya alfa-darbopoetin
200 mkq d/a 2 həftədə 1 dəfə (300 mkq-dək, d/a, həftədə 1 dəfə). Hb
səviyyəsi və hematokritə nəzarəti hər 2-4 həftədən bir aparmaq
lazımdır.
Dostları ilə paylaş: |