Cabbar Məmmədov Diplomatik psixologiya (Siyasi, ideoloji və psixoloji diversiya və anti-diversiyaların metodları)



Yüklə 3,53 Mb.
səhifə33/33
tarix18.03.2017
ölçüsü3,53 Mb.
#11826
1   ...   25   26   27   28   29   30   31   32   33
Эрих Фромм: Психоанализ и этика. ~М., 1998.

  • Эфрамсон В.П., Изюмова Е. А.: На что мы надемся, или нужно ли растить гениев. //в сб. Квинэссенция. // ~М., «Политиздать», 1990.

  • Юнг Карл Густав: Психологические типы. ~М., «Ун.-тская книга»., АСТ. 1996.

  • Юнг Карл Густав: Различие восточного и западного мышления. – Философские науки. ~М., 1988, №10

  • Юнг Карл Густав: Сознание и бессознательное. ~С.-Пб.–М., «Ун.-тская книга», 1997

  • Якобсон П. М.: Психологические проблемы мотивации поведения человека. ~М., «Просвещение», 1969.

    1 Universalilərin tərtibində (fizioloji universalilər istisna olmaqla) — Uznadze (1949) Sperry (1974, 1986), Deqlin və b. (1976, 1986), Nebes (1978), Benton (1980), Bradsbaw, Nettleton (1981), Kostandov (1983) və b. təcrübələrinin nəticələrindən, həmçinin (qismən, (2.2) və (3.2) saylı universalilərlə bağlı), özümüzün psixoloji araşdırmalarımızın və linqvistika sahəsində «baş beyin yarımkürələrinin funksional asimmetriyası» prinsipinə istinadən qurduğumuz məlum sistemin (aparatın) nəticələrindən istifadə olunmuşdur. Deyilənlər eyni qayda ilə səhifə 139-də izah edilən psixi konturlara da aiddir — müəll.

    2 Psixoloji testləri, psixi kompleksləri və s. də bu qayda üzrə təsnif etmək əlverişli nəticələrə gətirib çıxarardı. müəll.

    3 Türk xalqlarındakı bu psixologiya türkdilli dövlətlərin heç birində heç vaxt radikal şovinist ideologiyaların mövcud olmaması ilə əlaqədardır. Lakin bu cür ideologiyaların meydana çıxmaması faktı ilə türkdilli dövlətlərin heç birinin heç vaxt monomillətli dövlət olmaması faktı arasında səbəb yoxsa nəticə əlaqəsi olmasını mütəxəssislər araşdırmalıdır.müəll.

    4 Yeri gəlmişkən, bütün bunların tarixdə çoxdan sübut olunmuş faktlar olmasına baxmayaraq ermənilərin «Böyük Ermənistan» sərsəmləmələrin haradan uydurduqları qəribədir. Ondan da qəribə olanı, azərbaycan intellegentlərinin bu qədər aşkar faktlar içərisində bunu təkzib edə bilməməsidir. Ermənilər özlərinin XIX əsrə qədər buralarda nəhəng imperiya olduqlarını, yalnız həmin əsrdə qonşu dövlətlər tərəfindən parçalandıqlarını, bu əsrin əvvəllərinə qədərsə ümumiyyətcə, buralarda azərbaycanlılar yaşamadıqlarını hər dəfə təkrarlayırlarsa da indiyə qədər deyən olmur ki, bu ərazidə «azərbaycanlılar» yox, «Azərbaycan» adlı dövlətin olmadığı faktdır. Lakin bundan hələ o nəticə çıxmır ki, burada ümumiyyətcə, azərbaycandilli dövlət mövcud olmayıb. Buralar XIX əsrə qədər ermənilərə mənsub olubdusa, görəsən Səfəvilər, Atabəylər, Monqol-Tatar imperiyaları, 600-illik Osmanlı imperiyası öz dövrlərində harada yerləşiblərmiş? Yoxsa, ümumiyyətcə, erməni tarixlərində belə imperiyaların mövcudluğu barədə heç nə yazılmır, yaxud onlar ola-ola da ermənilər, onların daxilində anklav vəziyyətdə öz müstəqil və qüdrətli dövlətlərinə malik imişlər?

    Ermənilər Qarabağda bu gün baş verənləri azərbaycanlıların onlara qarşı yürütdüyü hansısa milli diskriminasiya siyasətinin nəticəsi kimi yozurlarsa da, sual edən olmur ki, nəyə görə azərbaycanlılar bir neçə yüz və hətta min ildir ki, ərazisindəki onlarla etnik azlıqlarla (talışlar, ləzgilər, tatlar, udinlər və b. ilə) mehriban qardaşlıq, qonşuluq şəraitində yaşaya bildiyi və neçə min ildə bunların heç birini assimilyasiyaya uğratmadığı halda, bir təkcə ermənilərə qarşı hansısa «diskriminasiya siyasəti» yürüdəsi oldu? Özü də məhz Ermənistanın özünün monomillətli dəvlət olduğu, yəni heç vaxt heç kimlə normal həmmövcudluq şəraitində yaşaya bilmədiyi göz önündə olduğu halda? müəll.



    5 Burada lazımi adamların ad günlərini, əlamətdar hadisələri və s. yadda saxlamaq üçün bir neçə yaddasaxlama fəndini bilmək xüsusi əhəmiyyətlidir. Nisbətən genişyayılmış yaddasaxlama fəndlərinin bir qismi aşağıdakılardır:

    I) E Y D O T E X N İ K A:

    Eydotexnika əsasən obrazlarla aparılan əməliyyatları əhatə edir. Eydetik yaddasaxlamanın əsasında yaddaşın mexanizmindən irəli gələn bir sıra psixoloji fəndlər durur ki, bunlardan bir qismi aşağıdakılardır:

    a) Əsasən parlaq obrazlar daha yaxşı yadda qalır, buna görə də, yaddasaxlanılacaq obrazı maksimum aydın, parlaq təsəvvür etmək gərəkdir;

    b) Əsasən dinamik obrazlar daha yaxşı yadda qalır, buna görə də, hər obraz mütləq hərəkət halında təsəvvür edilməli və ya fikrən hərəkət etdirilməlidir;

    c) Əsasən təhriflər daha yaxşı yadda qalır, buna görə də, predmet olduğundan qat-qat böyük və ya kiçik kimi təsəvvür edilməlidir;

    d) Əsasən qeyri-məntiqi olan hər şey birbaşa uzunmüddətli yaddaşa düşür, buna görə də, obrazları bir-biri ilə maksimum qeyri-məntiqi, absurd yollarla calaşdırmalı, məs., boşqab və şorba sözlərini bir-biri ilə assosiasiya etdirməyin ən rasional metodu boşqab daxilində şorba təsəvvür etməkdirsə, mnemotexnika üçün şorba dənizində üzən boşqab təsəvvür etmək ən düzgün yoldur;

    e) Əsasən beyinə birinci gələn fikir təhtəlşüurla birbaşa əlaqədar olduğundan, mnemotexnika üçün ağla ilk gələn assosiasiyadan istifadə etməli;

    f) Əsasən insanda müəyyən emosional reaksiya doğuran cisim və hadisələr daha yaxşı yadda qaldığından, assosiasiya edilən predmetin birbaşa özünüzlə əlaqələnməsinə, sizə təsir etməsinə cəhd edin; və s.

    II) M N E M O T E X N İ K A:

    Mnemotexnikanın əsasında o prinsip dayanır ki «Eyni zamanda yaranan təsəvvürlər, xatırlama zamanı da biri digərini oyandırır». Başqa sözlə, əgər insan hansısa bir konkret musiqiyə qulaq asarkən hansısa bir bədbəxt hadisə baş verərsə, ömrünün sonunacan həmin şəxs hər dəfə həmin musiqini dinləyərkən məhz həmin situasiyanı xatırlayacaq. Yaxud, insan bir şəxslə müəyyən bir yerdə tanış olmuşsa, hər dəfə həmin yer ona həmin şəxsi yad etdirəcək. Bu da sözləri, rəqəmləri, fiqurları və s. yadda saxlamaq üçün xüsusi açar verir. O cümlədən:

    RƏQƏMLƏRİN MNEMOTEXNİKASI: Təbii ki, heç kim yüzrəqəmli bir ədədi yadda saxlaya bilməz. Lakin bu rəqəmlərin hər birini ayrıca bir hərfə, alınan hərflər qrupunu obrazlara, bu obrazlarısa bir-biri ilə əlaqələr olan cümlələrə «tərcümə» etsək, nəticədə alınan bu «kodlar» çox asanlıqla yadda qalacaq və onların şifrəsini bir-bir açmaqla isə bütövlükdə yüzrəqəmli ədədi əzbərləyib təkrar etmək mümkündür. Həmin kodlaşdırma metodları isə aşağıdakılardır:



    1) Rəqəmlərin hərflərə «tərcümə» edilməsi metodu:

    Bunun üçün əvvəlcədən 0-dan 9-a qədər olan bütün rəqəmlərin müvafiq hərflərlə əvəzləndirilir və bu əvəzləndirmə ömürlük də dəyişdirilmir. Məs.: 0 = n, 1 = r, 2 = k, 3 = z, 4 = ç, 5 = b, 6 = l, 7 = y, 8 = s, 9 = d. Əsasən samit hərflərdən istifadə edilməsi məqsədəuyğundur və hər rəqəmin iki samit səslə əvəzləndirilməsi daha əlverişlidir, məs., 2 = k, g; 4 = ç, c və s.



    2) Rəqəmlərin obrazlara «tərcümə» edilməsi metodu:

    Bu metod əsasən bir neçə variantdan ibarətdir, o cümlədən:

    a) Yuxarıdakı rəqəm-hərf kodlaşdırılmasından sonra alınan hərflər toplusu arasına uyğun gələn istənilən sait əlavə etdirməklə onlar sözlərə çevriltdirilir, məs., 656 = aLBaLı, 52 = BaKı və s;

    b) Rəqəmləri obrazlara tərcümə etməyin digər metodu onlar arasında oxşarlıq tapmaq və hər rəqəmi bənzəri olan predmet kimi yadda saxlamaqdır, məs., 1 rəqəmi — oxu, 2 rəqəmi — suda üzən qazı, 8 rəqəmi — eynəyi, 58 rəqəmi — vertolyotu və s. xatırladır. Hər dəfə bunlarla rastlaşdıqda isə həmin predmetləri yada salmaq kifayətdir (bu variant görmə yaddaşı güclü olanlar üçün əlverişlidir).

    c) Rəqəmləri obrazlara tərcümə etməyin bir başqa metodu onların oxşar səslənməsinə görə hansısa predmetlə bənzədilməsidir, məs., 7 — getdi, 8 — saqqız və s. fonetik oxşarlıq onların bu obrazlarla əvəz edilməsi üçün kafidir (Bu variant eşitmə yaddaşı güclü olan şəxslər üçün əlverişlidir).

    d) Rəqəmləri obrazlara tərcümə etməyin bir başqa metodu onların əlaqədar olduğu tarixi hadisələr, yaxud bir başqa predmetlərlə əvəzləndiriləsidir, məs., 17 rəqəmi — Leninlə, 41 rəqəmi — müharibə ilə, 53 — Stalinlə (ölüm ilidir), 61 — Xruşşovla və s. əlaqələndirilə bilər.

    Deyilənlərə yeganə bunu əlavə etmək mümkündür ki, 1-dən 100-ə qədər, və ya heç olmazsa 10-a qədər bütün rəqəmlər üçün bu cür ekvivalent sözlər tapılıb yadda həmişəlik saxlanılmalıdır. Özü də, bunlar yuxarıdakı istənilən bir və ya bir neçə metod üzrə seçilə bilər. Həmçinin bir rəqəmə bir neçə ekvivalent söz tapılıb yadda saxlanılması xüsusi effektlidir.

    3) Rəqəmlərin cümlələrə «tərcümə» edilməsi metodları:

    Mnemotexnika qaydaları ilə əlaqəsiz sözləri bir-biri ilə vahid cümlə halında birləşdirməkdən ötrü eydotexnikanın prinsiplərindən istifadə olunur. Bunun üçün sözlər bir-biri ilə ixtiyari qaydada assosiasiya etdirilərək onlardan süni cümlələr quraşdırılır. Məs., «Şeytan» və «Alma» sözlərini bir-birinə «Şeytan alma yeyir» cümləsi vasitəsilə calaşdırmaq, assisiasiya etdirmək mümkündür, bu da uzun müddət yadda qalacaq. Yaxud, aşağıdakı telefon nömrəsini götürək: 85-82-41. Rəqəm sırası «ASiM SoK iÇiR» cümləsi kimi kodlaşdıla bilər və s.

    Eydotexnika fəndləri ilə mnemotexnika fəndlərini kombinasiya halında işlətmək xüsusi effektlidir ki bu zaman yaradılan assosiasiyanın maksimum məntiqsiz, obrazların parlaq, qeyri-real, dinamik və s. olmasına xüsusi fikir vermək zəruridir. Nümunə üçün bu qayda ilə aşağıdakı sözləri bir-biri ilə əlaqələndirmək vacibdir: ŞEYTAN, SİMURĞ QUŞU, FRANSA, VƏSİQƏ, QƏZƏB, GECƏ, QUYU, AĞLAMAQ, ÜZMƏK, TAKSİ: «Şeytan Simurğ quşunun belinə minib Fransaya gedir və düşəndə də, yolpulu əvəzinə vəsiqə göstərib getmək istədikdə Simurğ quşu qəzəblənir və onu aparıb zülmətdəki bir quyuya atır. Şeytan quyuda oturub çox ağlayır və göz yaşları getdikcə quyunu doldurur. Sonra şeytan bu quyuda üzərək quyudan çıxır və yaxınlıqdan keçən taksini saxlatdırıb öz evinə qayıdır» və s. Qeyd edək ki bu ilkin sözlərin özləri rəqəmlərin kodlaşdırılması da ola bilərdi.

    Beləliklə, göstərilən kodlaşdırılma metodundan istifadə etməklə istənilən uzunluqlu rəqəmlər sırasına, telefon nömrələrini, tarixi hadisələri, dostların ad gününü və s. çox asanlıqla əzbər yadda saxlamaq mümkündür;

    FİQURLARIN MNEMOTEXNİKASI: Həndəsi fiqurları yadda saxlamaq da, bu prinsipə əsaslanır, sadəcə olaraq, hər fiquru müəyyən bir predmetə bənzətmək lazımdır, məs., xaç, üçbucaq, dairə, oval və şüa fiqurlarını yadda saxlamaq üçün belə bir mətn tərtib etmək olar: «Təyyarə (yəni xaç) Bermud üçbucağına bir bomba (dairə) atır və dərhal oradan bir «uçan boşqab» (oval) qalxıb, təyyarəyə şüa buraxır və təyyarə partlayır»;

    Bütün bunlar zahirən çox cəfəng və «detski iqra» kimi görünsə də, əslində bütün bunlar mnemotexnikanın mahiyyəti ilə əlaqədardır. Belə ki, beynin dərinliklərindəki proseslər qeyri-məntiqi, əyləncəli şəkildə, uşaq düşüncəsi formasında baş verdiyindən (Həmin səbəbdən uşaqların yaddaşı böyüklərinki ilə müqayisədə qat-qat güclüdür, çünki onların təfəkkürü hələlik səbəb-nəticə, ümumi-xüsusilik rabitələri ilə məhdudlaşdırılmayıb, fantaziyaları çərçivəyə salınmayıb), burada da, istənilən yaşlı insanlarda yatmış uşaq təfəkkürünü oyatmaqğa cəhd edilir. Hər halda bəşəriyyət gündəlik məişət üçün hələlik bundan yaxşısını fikirləşib tapa bilməyib və bu metodlar bir neçə min ildir effektlə işləyir.


    III) E V R İ K O T E X N İ K A*:

    Əslində rabitəsiz olan faktlar, predmetlər, hadisələr və s. arasında süni rabitə tapmaqla onların məntiqi yadda saxlanılmasının sadələşdirilməsi metodlarıdır. Məs., 24–68–40 telefon nömrəsini götürək. Burada aşağıdakı prinsipi əsas götürmək mümkündür: həmin rəqəmlər «8»-ə qədər bir-birindən iki-iki artır, ondan sonra isə dörd-dörd azalır, yəni 0+2 = 2 [+ 2] = 4 [+ 2] = 6 [+ 2] = 8 [— 4] = 4 [— 4] = 0. Və s...


    IV)

    1954-cü ildə Loyd və Marqaret Pemerson belə bir təcrübə keçirdilər: üzərində təcrübə keçirilən şəxslərə 3 hərfi yadda saxlamağı tapşırdılar. Eyni zamanda onlara paralel olaraq yaddaşlarında bir başqa riyazi hesablama aparmaq da tapşırıldı. Təcrübənin yekununda pasiyentlər həmin bu üç hərfi yada sala bilmədilər, çünki beyində aparılan əlavə riyazi əməliyyat yaddasaxlamaya mənfi təsir göstərmişdi. Buradan belə nəticə alınır ki, yaddasaxlama anında beyin eyni zamanda digər əməliyyatlarla yüklənməməlidir. Bəs onda beyində aparılan ayrı-ayrı əməliyyatlar arasında zaman fərqi nə qədər olmalıdır?

    1913-cü ildə Pyeron belə bir təcrübə apardı. Yoxlanılan adamlara bir-biri ilə rabitəsi olmayan 18 söz verildi və onları yadda saxlamaq tapşırıldı. Sonra onları ayrı-ayrı qruplara bölüb hansında neçə dəfə təkrarlamadan sonra yaddasaxlama effekti daha yaxşı olduğunu araşdırırdı. Məlum oldu ki, ilk oxunuşdan 10 dəqiqə keçənədək həmin materialı yenidən təkrar edənşəxs lərin yaddasaxlama effekti, 10 dəqiqə keçəndən sonra təkrar edən şəxslərin yaddasaxlama effektindən qat-qat aşağıdır. Buradan belə bir nəticə çıxır ki, əzbərlənən materialı üstündən 10 dəqiqə keçənədək qətiyyən təkrarlamaq olmaz və bu, beyində «interferensiya» törədərək unutma əmələ gətirir. 10 dəqiqədənbir olan təkrarlama isə maksimum effekt göstərir.

    1900-cü ildə Müller və Piltsekerin keçirdiyi təcrübədə isə hər 24-30 saatdan bir təkrarlamanın da, əlahiddə effekti olduğu nəticəsini verdi.

    XIX əsrdə şotland filosofu Uilyam Hamiltonun və yenə həmin əsrdə yaşamış ingilis iqtisadçısı və məntiqçisi Uilyam Stenli Cevonsun apardığı təcrübələr əsasında məlum oldu ki, insan diqqəti eyni zamanda 5-dən 9-a qədər informasiyanı tutmaq və təhlil etmək qabiliyyətinə malikdir. Sonradan C.Müllerin apardığı təcrübələr nəticəsində həqiqətən də, məlum oldu ki, operativ yaddaşın (qısamüddətli yaddaşın) həcmi 72-yə bərabərdir, başqa sözlə 5 və 9 arasında həcmə malik informasiya yaddaşda daha yaxşı qalır. Buradan belə nəticə alınır ki, yaddaşdan daha səmərəli, qənaətli istifadə etmək üçün yadda saxlanılacaq informasiyaları yeddi-yeddi qruplaşdırmaq daha effektlidir.

    Qeştaltpsixologiya nümayəndəsi B.V.Zeyqarnin XX əsrin əvvəllərində belə bir təcrübə apardı. Yoxlanılanlara müəyyən bir material verib, yadda saxlamalarını tapşırdı. Sonra bu qrupların birindən materialı vaxt axıra çatmamış, digərindən isə vaxtın sonunda soruşdu və məlum olur ki, birinci qrup materialı daha yaxşı yadda saxlayıb, nəinki ikinci qrup. Buradan belənə ticə alınır ki, yarımçıq informasiya daha yaxşı yadda qalır, nəinki bitmiş.

    Alman alimi Q.Ebbinqauz yadda saxlanılan informasiyanın əvvəlinci və son hissəsinin, gürcü alimi Z.Uznadze «ustanovka»lara uyğun olan, qabaqcadan planlaşdırılmış informasiyaların, A.A.Smirnov və P.İ.Zinçenko (1945) mənafeyə, tələbata uyğun informasiyaların, Stendiq (1973) mənalı sözlə müqayisədə şəkillərin və ya rəngarəng obraz kimi təsəvvür edilmiş informasiyaların daha yaxşı yadda qaldığını eksperimental sübut etdilər.

    Adətən, sadalanan bu cəmi metodlardan kombinativ variantda, yəni eyni bir hal üçün bunların bir neçəsindən paralel formada istifadə etmək xüsusi effektlidir.

    Əlavə olaraq qeyd edək ki, bunlar yaddasaxlamanın yeganə metodları deyil və bir başqa məqsədlər üçün «25-ci kadr effekti metodu», «Yuxuda öyrənmə metodu», «Yaddasaxlanılmanın sublimasiyon metodu», «Ritmik səslənmə metodu» və s. tətbiq edilir. Lakin, onlar müəyyən bir şəraitin mövcudluğu çərçivəsində, xüsusi hallar üçün işləkdir və bu sadalanan metodlar qədər universaltət biq dairəsinə malik deyil. müəll.

    * Termin və ona aid metodların fərqləndirilməsi bizə məxsusdur. müəll.



    6 Burada kiçicik bir fəlsəfə. Deyilən mexanizmdə əslində beyində dünyanın sensualist obrazı alınır. Müxtəlif fəlsəfi cərəyanlar arasındakı mübahisələr də məhz bu kimi dolaşıq məqamlardan doğur. müəll.

    7 Yeri gəlmişkən, Hz.Əli övladlarından bəzilərinin də qəbrinin Azərbaycanda olmasına baxmayaraq, Azərbaycan bugünkü gündə bundan nə mənəvi nə də digər formada heç cür istifadə edə bilmir və əhalisi öz ruhi tələbatını ödəmək, nəzir-niyazını vermək, qurban kəsmək üçün olduqca böyük miqdarda rüsum ödəyib, xərc və əziyyət çəkib onunla eyni statuslu olan Məşhəd, Kərbala və s. kimi yerlərə səfər edir. müəll.

    8 Qeyd: Qədim Afrika qəbilələrinin «zombiləşdirmə» (manqurtlaşdırma) prosedurası aşağıdakı prinsipdə həyata keçirilirdi: Obyekt (əsasən əsirlər) ən əvvəl dörddişli balıqların ətindən hazırlanan xüsusi zəhərlə (tetrotodoksinlə) zəhərləndirilib klinik ölüm halına salınır və torpağa basdırılırdı. Müəyyən vaxtdan sonra torpaqdan çıxarılarkən, o, ilk gördüyü şəxsin əbədi şüursuz quluna çevrilirdi. Müasir dövrdə bu məqsədlə nisbətən «sivil» vasitə kimi erqotomin-histomin qazından istifadə edilir, hansının ki təsiri insanın yaddaş sistemini tam və ya qismən blokirovkalayır, pozur. Elmi jarqonda bu prosedura «beynin yuyulması metodu» və ya «şəxsiyyətin korreksiyası metodu» adı ilə tanınır. müəll.

    9 Kvant fizikası dilində sxem bir qədər başqa cürdür: aralarında rabitə qırılmış nukleidlər (elektron, proton və s.) heç vaxt dayanıqlı olmur, buna görə də, digər atomların nukleidləri ilə rabitəyə can atır, rabitə qurulduqda isə bu, artıq həmin atomun enerji balansını pozur, onun elektronlarını həyəcanlı vəziyyətə gətirir, və onların öz enerji səviyyələrini dəyişmələrinə səbəb olur. Nəticədə lokal çərçivədə fəaliyyət göstərən nüvə cazibəsi qırılır və həmin nukleidlərdən bir neçəsi nüvəni tərk edərək, eyni prosesləri digər atomlarla təkrarlayır. müəll.

    10 Haşiyə kimi qeyd edək ki, «Tektonik silah»ların ixtiraçısı Azərbaycan alimi fizika-riyaziyyat e.d. prof. İkram Kərimov hesab edilir. Silah ilk dəfə 1968-ci ildə «Merkuri-18» məxfi proqramı (şifrəsi: «NİR №2M 08614 PK») çərçivəsində onun rəhbərliyi ilə Qırğızıstanın Batken şəhərinin 50 km.-liyindəki bir poliqonda uğurla sınaqdan keçirilib. SSRİ-nin dağılmasından sonra tədqiqat qrupu üzvlərinin dağılışıb xaricə getdi (konkret olaraq, qrup üzvlərindən Niyaz Bayşev və Cəfər Cəfərov CAR-da, daha iki nəfər İsraildə işə dəvət alıb, oraya getdi), Bundan bir müddət sonra – 1995-ci ildə naməlum xarici kəşfiyyat idarələri tərəfindən İ.Kərimovun iş otağına basqın təşkil edilib, bu silahla bağlı bütün tədqiqat sənədlər, o cümlədən, tədqiqatın bütün nəticələrinin yerləşdiyi kompüterdəki materiallar oğurlandı (hansının ki, istintaqına Azərbaycanın MTN-i də qarışmışdı). Bundan tezliklə sonra ABŞ, CAR və Yaponiyada da bu sahədə tədqiqatlar aparılmağa başlanıldığına dair məlumatlar yayılmağa başlandı. müəll.

    11 Müasir elmdə canlıların bu seysmosenzitivliyi, seysmik gərginlik ərəfəsində atmosferin elektrik və maqnit sahələrində əmələ gələn dəyişikliklərin (1) hava aerozollarını yükləməsi və onların atmosferlə canılıların sinir sistemi arasında naqil funksiyası yerinə yetirməsi; (2) bu maqnit sahəsnin canlıların qanındakı dəmir mənşəli hemoqlobinə təsir göstərməsi faktoru ilə əlaqələndirilir (əlavə olaraq bax: «Psixotron silahlar» bəlümünün «Xüsusi tezlik» və «Xüsusi sahə generatorları» hissəsinə) müəll.

    12 Burada və ümumiyyətcə, bütövlükdə bu kitab boyu heç yerdə bizim mövqeyimizi demokratiya, plüralizm və s. kimi açıq cəmiyyətə xas olan dəyərlərin əleyhinə qəbul etməməli. Bu kitabın əsas kredosu — həm ifrat açıq və həm də ifrat qapalı cəmiyyət modellərinin zəifliklərini qabardaraq, ideallığın haradasa bu iki qütbün məxrəcində və ya kombinasiyasında olduğunu isbat etməkdən ibarətdir. müəll.

    13 Qeyri-mütəxəssislərə informasiya üçün bildiririk ki Karl Popper (1902-1994) müasir Qərbin ən tanınmış filosoflarındandır. Bu zirvəyəsə onu yeganə olaraq qapalı cəmiyyətin tənqidi və açıq cəmiyyətin tərifi mövzusunda yazdığı və obyektiv yanaşılsa, elə bir dahiyanə məzmun kəsb etməyən ortabab bir əsəri (bax: Ədəbiyyat siyahısına (burada, səh. 230) 207-cü ədəbiyyata) qaldırıb (baxmayaraq ki, digər bir sıra əsərlər də yazıb, lakin onların adını hətta əksər mütəxəssislər belə tanımır). Sadəcə olaraq, əsərin məzmununun Qərb ideoloqlarının maraqları ilə tam şəkildə üst-üstə düşməsi onun bəxtinə belə bir parlaq ulduz yandırdı. müəll.

    14 Yeri gəlmişkən, Sokrat, Platon, Aristotel və digər bir sıra mütəfəkkirlərin də demokratiyanın qatı əleyhdarlarından olduqları mütəxəssislərə məlumdur. müəll.


    Yüklə 3,53 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   25   26   27   28   29   30   31   32   33




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin