2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İşarəyə hazır dayanmış adam əlində milli bayragımız,
gözləyir...
Aparıcı: -“Atbeli” oyununun quruluşu çox
sadədi...lap cadə; yəni işarə verilən kimi atlılar sürəyə-
cıdıra başlayırlar...Hər biri çapa-çapa atın beilndən əyilib
əvvəl papaqlarını, sonra yenə çapa-çapa qılınclarını,
kəmərlərini açıb yerə qoyurlar...
(Kamera dönüb yenə qara zurnanı göstərir, yavaş-
yavaş köynəkdən-qabından çıxır, bayrağın qalxıb
enməyiylə qarazurnanın çalınmağı bir olur, “Cəngi
Koroğlu” havası üstündə atlılar ox kimi irəli şığıyır...
Kamera onları izləyir...)
Aparıcı: Atlılar müəyyən olunmuş mənzilə çatıb dön-
məlidirlər. Dönəndə də yenidən çapa-çapa əyilib yerdən
kəmərlərini götürüb qurşanır, qılınclarını alıb taxır,
papaqlarını alıb geyinirlər... Beləliklə, bunları kim tez
eləsə və mənzilə tez gəlib çatsa mükafat-nəmər onun
olur...
(Kamera çapa-çapa qayıtmaqda olan atlıları göstərir,
hələ heç nə alınmır, biri papağını əlindən salır, təzədən
qayıdır ki, götürsün...)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Aparıcı: -Çox lazım olanları beləcə, unutmuşuq,
yadırğamışıq, yada salmaqsa özümüzə qayıtmağımızdı.
Yaddaşsız
yaşamaq
başqası
olaraq
yaşamaqdı...
Atalarımızsa deyib; hər şeyə bənzəyən heç nəyə
bənzəməz...Amma örkən nə qədər uzun olsa yenə
doğanaqdan keçər... Ot kökü üstə bitər, ağaca dedilər,
maşallah nə ucasan, əyilib kökünə baxdı...Öz-özünə
yiyəlik eləməyənin yiyəsi olmaz...
(Axıra qalan atlılar görünür, atlar büdrəyir, yiyələri
çaşqınlıq içindədi, çalışırlar ki, yerə qoyduqlarını atın
üstündən əyilib götürsünlər, heç nə alınmır...Biri çox
əyildiyindən yıxılır, təzədən qalxıb atın ardınca qaçır...)
Aparıcı: -Eybi yox, qardaşım, özü yıxılan ağlamaz,
yıxıla-yıxıla öyrənəcəyik... İtik itiyi tapdırar, öz əlimizlə
itirmişik, öz ayağımızla da axtarmalıyıq... Beləcə,
düzələcəyik, dikələcəyik, artıq yad bayraq altında deyilik,
şükürlər olsun, başımız üstündə öz bayrağımız dalğalanır,
ayaqlar altında qalmasın deyə, beləcə, yerdən papağımızı
götürəcəyik, qılıncımızı qurşanacağıq...
( Kamera atlılara yaxınlaşıb onları danışdırır, hərə bir
neçə kəlmə... deyir)
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Aparıcı: -“Atbeli” oyununu əməlli-başlı hazırlayanda
bir də görüşərik, inşallah, sabahlara daha hazırlıqlı, daha
çevik, daha özümüzə bənzər... Əsas məsələ vaxtı-zamanı
anlamaqdı, anladınsa ayaqlar altında, tapdaqda yəni, heç
nəyin qalmaz...
***
“...hər şeyin başını qaytarmaq” fikrinə qayıdaq, ərəb-
fars istilahıyla desək, bu ifadə hər hansı bir hərəkətin və
yaxud hərəkatın istiqamətlənməsidir. İnsan yarandığı
gündən yuvasından çıxarkən addımını bir daha
qayıtmamaq qorxusuyla atır. Sadəcə düşünməyi bacaran,
yəni, heç olmasa bir addım irəlini görən qorxulardan
yayına bilir. Amma təəssüflər olsun ki, azacıq da olsa
düşünmək bir çoxları üçün dünyanın ən böyük əziyyətidir.
Bu da bir cür köləlikdir, yəni əgər özünçün də olsa düşün-
mək əziyətinə qatlaşmırsansa yadında olanları unudacaq-
san, yaddaşsız qalandasa hara dartırlarsa ora getməlisən.
Özün istəməyib getdiyin yeri də anlamaq mümkün deyil.
Bu həm də güclə getmək deməkdir. Güclə getmək də
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yüyənin kiminsə əlində olmağıdır. Bu neçə yüz illərdə
bizim yüyənimiz sözün əsil mənasında yad əllərdə
oldu...Əgər biz bu tarixi və psixolji anlayışı obrazlı olaraq
yüyən altda yaşamaq kimi ifadə elədiksə o cür də izah
etməyə, çözməyə çalışaq.
Atın
əhilləşməsi,
yəni
öyrədilməsi
onun
tutulmasından başlayır. Tutdun başına noxta saldın,
qorxuda bildinsə sənindir. Xalq da elədir, köləliyin əvvəli
zəbt olunmağıyla başlayır. Qorxur, qorxaqlarıyla içinə
yığılır, bu da onun balaca görünmək istəyiylə bağlıdır.
Amma Xalqın balaca görünmək istəməyən qorxmazları
içinə dartınmır, seçilir, üzə çıxır, baş qaldırırlar ki, millətin
boyunu göstərsinlər. Yüyən tutana da bu lazımdır...
Görünənləri qırırlar. Amma o gözəldir ki, bu qırılmaya,
qırğına ölüb qurtarmaq deyilmir, yaşamaq deyilir.
Biz tarixlər boyu bu cür qırğınları çox görmüşük...
ölməmişik, yaşamışıq.
***
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Xan bıçağım, Xaqan bıçağım...
-Yox. Sən bilmirsən,bilmirsən əlində tutduğun nədi...
Əlindəkini hiss eləmirsən.
Qardaşımın səsidi, əlli, altımış il öncə yaşadığım
yaylaq həyatının dərinliklərindən gəlir...
...Çiyinlərimdən yapışıb silkələyir. Mən sümük saplı
bıçağın tiyəsindən tutub qardaşımın indicə dərisini soyub
on-onbeş metr aralı qantarğadan asdığı qoyun cəmdəyinə
baxıram.
-At, - deyir qardaşım, - ürəkli ol. Amma daş kimi
atma, bu bıçaqdı, bıçaq, yalama döyül. Bıçaq kimi at!
Sonra bıçağı əlimdən alıb özü atır. Sümük saplı bıçaq
qoyun cəmdəyinin sinəsinə saplanır, tiyəsi görünməz olur.
-Bıçaq atmağı öyrənsən,-deyir,-addımların sərrast
olacaq, qayım, bərk... addımlarını düz atacaqsan,
dərslərini də yaxşı oxuyacaqsan, atı da yaxşı sürəcəksən.
Böyüyəndə maşın alacaqsan aa, onda maşını da yaxşı
sürəcəksən...Çünki
sən
bıçağın
sancılmağını
hələ
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
əlindəykən, yəni atmamış biləcəksən. Bu yaşamağa hazır
omaqdı..hazır ol... Bıçağa diri kimi bax... Görürsən?-Bıçağı
alıb gözümün qabağına tutur... -Əlinə alan kimi dirilir,
tiyəsinə baax, ölür sancılmaqçün....
-Mən ətə bıçaq ata bilmirəm ,- belə deyib başımı
aşağı salıb susdum.
-Onda alaçığın yanındakı taxtaya at, -bıçağı mənə
uzadıb yönünü alaçığa tərəf döndərir.-Əlinlə yox, bütün
canınla at. Bıçağın necə gedib batdığını gözünün
qabağına gətir. Mahnısını bilirsənmi?
Mən başımı tərpədib:
-Hə, -dedim.
-Mahnını oxuya-oxuya, at...! Ürəkdən oxu, onda
sanca biləcəksən.
Sümük saplı bıçağı çiynim bərabərində qaldırıb
tiyəsinə baxa-baxa oxudum:
On bıçağım yüz bıçağım
Çox bıçağım, az bıçağım,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Oğlan bıçağım, qız bıçağım,
Yağı gözünəəə!
-Bir də oxu. Çiyinlərini tərpədə-tərpədə oxu!
Çiyinlərinə sal səsini!
Mən həmin ahənglə ardını oxudum:
Xan bıçağım, xaqan bıçağım,
Qəbzəsi al-qan bıçağım
Əyri yatağan bıçağım,
Yağı gözünəəə...!
Gözlərimi yumdum ,bıçağın taxtaya doğru getdiyini
görürəm... Atdım,bıçaq taxtaya sancılmışdı...
Bu mətn, minilliklər boyu yaşayıb yaşatdığımız
uşaqlarımız üçün olan “Bıçaq atma” oyunundandır. Nə
yazıqlar ki, indiki yüzilliklərdə demək olar ki, unuduldu. XX
yüzilliyin ortalarınacan yaşadırdıq, yaşayırdı...Oyunun
böyüklərimizin öyrətdiyi “Əl üstü”, “Əl içi”, “Barmaqarası”
“Dişdəmə”, “Ayaqüstü” yönləri vardı. Birinci yön-əlin
üstüylə atıb sancmalısan. İkinci yön,- əlin içiylə, üçüncü
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yön, - dişlərinlə tutub atmalısan, dördüncü, ayağın üstünə
qoyub atmalısan... Sonda yuxarıda dediyim mahnını
oxuyub, “Yağı gözünə” deyən kimi bıçağı manşır-bəlli yerə
sancmalıydıq, manşır yer də daha çox torpaq, üz-üzə
durduğumuz dağ,-Böyük təpə olardı, - ora sancmalıydıq.
Amma
qardaşım
yan-yörəmizin
yağı-düşmən
olduğunu anlayıbmış, bayram günlərində kəsdiyi
qoyunların dərisini soyan kimi birinci bıçağı cəmdəyə
sancardı... Mən bunu indi anlayıram... onu da anlayıram
ki, bıçaq atmağı yaxşı bacaranlar həmişə hər yerdə birinci
olurdular; at sürməkdə də, maşın sürməkdə də, dərs
oxumaqda da. Minilliklər boyu yaşayıb minilliklər boyu da
uşaqlarımızın tərbiyəsində var olan bu oyunu indi
itirdiklərimizin içində arayıb axtarmaqdayam...
“Yerişini, duruşunu bıçaq kimi kəsərli elə”, “Çox
gülmə kəsərini itirərsən”, “Bıçaq kimi kəs, amma bıçaq
kimi də dinməz ol”, “Bıçaq qurd ağzı bağlayar...” bu kimi
deyimlər niyə, nə üçün yaranmışdı? Bu sorunun da bircə
cavabı var, düz, doğru, halal, qorxmaz, igid, ağıllı uşaqlar
böyütmək üçün...İndi özümüzlə bağlı tarixləri xatırladıqca
yaddaşımıza yayılan dad-tam da ona görədir...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
İllər keçdi, mən “Bıçaq oyunu”nun yaddaşımda qalan
qırıntılarını toplayıb, bərpa edib işlədim, həmişə də oyun
bıçaqları yanımda oldu, gizlin, daldey yerlərdə tuşqula (
nişangah- mişen-hədəf) atdım, indi də atıram, bu yaşımda
da elə bilirəm bıçaq əlimdən yox, içimdən çıxır. İndi bərpa
edib işlədiyim düzgünü, - oyunun sözlərini tam-bütöv
şəkildə qulluğunuza təqdim edirəm.
Ey bıçağım! E-hey bıçağım!
Xan bıçağım, bəy bıçağım.
El bıçağım, ev bıçağım,
Əz bıçağım, əy bıçağım
Öy bıçağım, söy bıçağım
Döy bıçağım, dəy bıçağım,
Yağı gözünə!...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Çox bıçağım, az bıçağım,
On bıçağım, yüz bıçağım
Oğlan bıçağım, qız bıçağım,
Əyri bıçağım, düz bıçağım
Əz bıçağım, kəs bıçağım,
Söz bıçağım, səs bıçağım
Yağı gözünə!...
Bıçağım mənnən qurulu,
Binədən, binnən qurulu,
Qəbzəsi qınnan qurulu.
Önündə düşmən qırılı,
Yağı qanıyla durulu.
Tiyəsi haqqa burulu,
Xan bıçağım, xaqan bıçağım,
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Əyri, yatağan bıçağım,
Yağı gözünə...
***
Bəs belədirsə niyə yer üzü bizi olduğumuz kimi
tanımır və yaxud tanımaq istəmir? Özümüzün niyə
özümüzə inamımız yoxdu? Biz bu inamı harda itirmişik?
Özümüzə
bəslənən
bu
inam
indimizə
niyə
qalmayıb...Minilliklər, yüzilliklər boyu yaratdıqlarımızı
niyə görmürük? Bizi tanımaq istəməyənlər bir yana, bəs
özümüz özümüzü niyə tanımırıq? Bəlkə bütün bunlar
tərbiyəmizə, böyüməyimizə dəxli olan bu cür şeyləri itirdi-
yimizə görədir....
Əlbətdə, bu suallar insana həmişə verilir, fərqinə
varan oldu-olmadı, bütün həyatı boyu bu sorular ondan
bir addım öndədir, ona görə də tam cavab vermək
çətindir. Yaşın da elə vaxtıdır ki, nəinki yazılanların, hətta
deyilən sözlərin belə, bircə-bircə hesabını aparmaq qalır
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
adama...Yəni, bu dövrlərdə insanın özündən asılı olmayan
yır-yığışı başlayır. İndi mən bu yır-yığışda onu anlayıram
ki, əslində mənsub olduğum və sevib qanım kimi dərindən
tanıdığım bu xalqı yer üzünə dəyərincə, heç olmasa layiq
olduğu
qədərində
tanıdıb
anlatmadıq;
Bilmədik,
gəldiyimiz dünyanın ən dərin qatları haradır... Öz qapımı-
zın səmtini özümüz də itirdik, aça bilmədik ki, içəri girən
qapımızdan girsin, bacamızdan yox... Çox vaxt, qapı
açanda da yuxarıdan açdıq, başımızın üstündən... gələn
yuxarıdan gəldi, çox vaxt ayaq altda yaşamağımız da ona
görədir...Xalqın öz sözüdü, “yedəyə getdik”, başımıza
gələnləri görsək də, görüb anlasaq da özümüzü o yerə
qoymadıq, təhlil aparmadıq, araşdırmaları yazmadıq,
tapşırılanları yazdıq, ələ baxdığımız üçün doğrunu
gizlətdik. Şəkildən şəkilə düşdük. Yenə XALQIN öz
dediyiylə deyək; “hər şeyə oxşayan heç nəyə bənzəməz”
El arası deyimlər, adətlər...
El arasında deyərlər,“Köhlən at başınnan, insan
dilinnən bağlanar”, “Çoban gözüylə at al, qoca gözüylə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
qız...”, “Elini hürküt, ağsagına yapış”, “Qapıdan çıxmayan
kosanın yaşı bilinməz”, “İt sözünü quyruğuyla deyər...”,
“Xırman
ətəyinnən,
bostan
tağınnan
bilinər”,
“Dəyirmanda doğulan siçan göy gurultusunnan qorxmaz.”
“Dananı dingildədən xayasıdı”, “Mən getdim gəlin
görməyə, gəlin getmişdi təzək dərməyə...”
Deyərlər, “yuxudan gec duran gəlinin buzovu
arxacda qalar”. İş bilməyən,tutamasız adamlar üçün
deyərlər, “axşamnan yeriha yeri, saban namıdan geri”....
***
Aranda xırman ayıdı, yaylaqda ağartı ayı... Təzə evə
köçərkən, köhnə evin ocağından od götürərlər.
Toy günü qız evi oçağa gözətçi qoyardı ki, oğlan evi
ocaqdan köz oğurlamasın... El arası deyərlər: evin
bərəkəti ocağındadır.
Deyərlər, hansı ocağın közü dik durdusa o ocağa
qonaq gələcək. Deyərlər, gilas ağacının qabığı çıraq kimi
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
yanar. Ona görə də xonça gətirəndə gilas ağacının
qabığıyla işıqlandırardılar.
Odla sarılıq xəstəliyini sağaldardılar. Çaxmaq daşını
çalıb
xəstənin
gözü
qarşısında
tez-tez
qığılcım
oynadardılar...
Durnalar köç edib elin-obanın üstündən keçəndə
aşağıdan uçarlarsa, deyərlər, qış soyuq, sərt keçəcək,
hündürdən uçarlarsa qış yumşaq olacaq.
Qışın sərt keçəcəyini arılar da bildirir, yuvalarının
ağzını yüngülcə qapayarlarsa qış isti, yumşaq keçər, bərk
qapayarlarsa sərt, soyuq keçər,...
Ağaclar, xüsusən çinar ağacı yarpaqlarını başından
tökərsə qış soyuq keçməlidir.
Qış sərt gələçəksə o il qoyunların yunu sıxlaşıb
qatılaşır. Belə olarsa ağıllı çobanlar qoç vaxtı olsa da
sürüyə qoç qatmazlar. Ona görə də belə deyim var, “dölü
gecikdir”,yəni elə etmək lazımdır ki, döl ayı-doğum ayı
qışa düşməsin, yaz aylarına düşsün... Qış quzusunu
böyütmək çəti olur.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Qoyun tələsə-tələsə yeməyə başlayırsa bil ki,çovğun,
boran yaxınlaşır.
Ağ daş, qara daş...
Qara, ağır, cingiltili daşları hörgüyə hörməzdilər, el
arasında deyərdilər, qara daş yurd daşı deyil, qoysan da
yurdda qalmaz...Yerini dəyişəndi. Uşaq vaxtı hərəmizin bir
bəlli qara daşımız vardı, manşırlayıb-nişanlamışdıq ki,
görək yerini dəyişəcəkmi. Amma görə bilmədik, qara daş
yaddaşımıza ilişib eləcə qaldı, yerini dəyişən özümüz
olduq. Çox yəqin ki, gözəl şairimiz Musa Yaqub da
yaddaşında qaldığına görə deyir:“Bu dünyanın qara daşı
göyərməz...”
Əslinə qalanda yarandığımız gündən daş ağlı-qaralı
yoldaşımız olub, ona sığınmışıq, Yeri gələndə silah-yaraq
kimi işlətmişik. Qobustan qayalıqları, qayaüstü rəsmlər
minilliklər boyudur bizim itirib unutduğumuz sözləri
söyləməkdədir... Deyərlər, qara daş o qədər sərtdi ki,
sərtliyindən üstünə bərk qışqırsan çatdayar. Deyilənə
görə, qara daşlar gözə-nəzərə də dözmür...Uğursuz, şərə
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
sevinən,qara fikirli adamlara deyərlər: “üzünə daş
yamansın”, gözü götürməz adamlara da: “ gözünə daş”,
deyərlər...
Çaxmaq daşı da var, o da hörgü üçün yararlı deyil,
bir-birinə vuranda od saçar, qığılcım üçün işlədilər.
Böyüklərimiz bizi dağa-daşa göndərərdilər ki, çul daşı
yığın, çox təəssüf ki,çul daşının nəyə lazım olduğunu
unutmuşam, görünür, o vaxt da bilməmişəm, yoxsa
unutmazdım...Onu bilirəm ki, çul daşı boyundan,
çəkisindən qat-qat ağır olurdu. Bəzi bölgələrimizdə indi də
işlədilən belə ifadələr var: “Çul kimi sərildi...” “Çulunu
sudan çıxartdı...”, “Dəvə böyüyər, çulu böyüməz.” “Ağzına
çullu dovşan sığışmır...” “Qulun yeri çul altında olar...”
El arasında deyərlər, Babadağının ağ daşlarını suya
sal, bu daşların suyu qızdırmalı, titrətməli xəstələrə
dərmandı...Bu daşlardan un çuvalına qoyardılar ki,
bərəkətli olsun, qıtlıq, aclıq olmasın. Süd sərnicinə (süd
qabı) də o daşlardan atardılar, sonra çıxardıb qatıq
çalardılar, qabı isti olsun deyə büküb üstündə oxuyardılar.
Qum kimi quyruuul (qıvrıl) yat,
Saman kimi soyruuul (sovrul) yat...
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
2016
Mövlüd Süleymanlı
“And olsun, əsrə…”
Quraqlıq düşəndə bu daşları bir qab suda
saxlayardılar, sonra ayaqyalın, başı açıq oxuyub
oynayardılar.
Çax daşım, çaxmaq daşım,
Yağış gətir, yağ daşım...
Yağış aramsız olandasa, ocaga daş qoyub daş
dağılana kimi yandırardılar...
Körpüyə, bulaga hörülən daşlar el arasında sınaqlı
sayılır, ona görə də toxunmazlar...
Hörmətli alimimiz Zaur Həsənov stolüstü kitabıma
çevrilmiş, “Çar skiflər” əsərində yazır: Bizim eradan əvvəl
111 əsrdə Filarx skiflərin həyatından maraqlı bir adəti
təsvir edir: “Skiflər yatmazdan əvvəl oxqabını götürür və
əgər həmin günləri kədərsiz, uğurlu keçibsə oxqabına ağ
daş, uğursuz keçibsə qara daş atırdılar. Hər bir şəxsin
ölümündən sonra onun oxqabını boşaldıb daşları
sayırdılar: əgər ağ daşlar çoxluq təşkil edirdisə ölən adam
xoşbəxt-yaxşı yaşamış sayılırdı. Xoş günümüz ox
qabından çıxır, məsəli də burdan yaranmışdır”.
www.kitabxana.net
– Milli Virtual Elektron Kitabxana
Dostları ilə paylaş: |